Qandurulducu dərmanları necə qəbul etməli? - Akademikdən izah

Qandurulducu dərmanları necə qəbul etməli? - Akademikdən izah"Antikoaqulyant deyilən qandurulducu, tromb əleyhinə dərmanlar çox ciddi prepatlardır. Onlar aspirin kimi deyil və onunla bir tutulmamalıdır. Yanlış və yerində istifadə edilmədikdə, xəstəni ağır hala sala, öldürə də bilər".
Milli.Az xəbər verir ki, bunu rusiyalı akademik David İoseliani bildirib.
O qeyd edib ki, koronavirusda ürək-damar xəstəlikləri olan və qanı laxtalanmaya meyilli insanlar risk qrupundadır.
Yüksək təzyiqi olan insanlar koronavirusdan daha ağır formada reanimasiyaya düşür.
Koronavirusdan sonra miokardın iltihabı xəstəliklərinə çox rast gəlirik. Ürək əzələsi infeksion xəstəliklərdən həmişə zərər görüb. Bu həmişə olub.
Covid 19 sistem xəstəliyidir, ona görə, ürək, böyrək, beyin hər orqanda iz qoya bilər.
"Mən əminəm ki, koronavirusu orta və ağır formada keçirən hər insanda miokardit baş verir. Lakin çoxlarında bu xəstəlik yüngül keçir, izsiz keçir, fikir vermirlər.
Amma məlsəhət görərdim ki, koronavirusdan sonra hər bir xəstə ürəyini yoxlatsın.
Ümumiyyətlə, 40 yaşdan sonra hər bir insan ildə 2 dəfə EKQ və EXQ dən keçməlidir".
Həkim bildirib ki, özbaşına və səbəbsiz ürək, qan damar dərmanları, qandurulducular qəbul etmək orqanizm üçün zərərlidir, çünki hər bir dərman kimyəvi maddədir və orqanizm üçün əlavə yükdür.
"Mən istər viruslarda, istər arada bir qandurulducu preparatların özbaşına, analizlərsiz qəbulunun əleyhinəyəm. Eləcə də bu gün içdim, yaxşıyam, sabah yadımdan çıxdı, lazım deyil kimi yanaşma da səhvdir. Bu dərmanlar ciddi sxemlə içilməlidir.
Əgər bir xəstəyə antikoaqulyant təyin edilirsə, onu vaxtında, dozasında və hər gün müəyyən müddət qəbul etməlidir.
Həkimin dediyi kimi qəbul etməyəcəksizsə, onda heç içməyin.
Qandurulducular daxili qanaxmalara səbəb olur, lakin onların qəbulunu da birdən kəsmək olmaz. Bu ürək qan damar beyin üçün əlavə təsirdir.
Antikoaqulyantlar qan damar testləri, qan analizlərindən sonra təyin edilir və bu analizlər normallaşandan sonra həkim nəzarətində sxemdə azaldılmaqla kəsilir". /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1102   Tarix: 13 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gündə 1 çay qaşığı qəbul edin, cinsi gücünüz artacaq

Cinsi performansı artırmaq üçün təbii üsullara maraq günü-gündən artır.   -a istinadən xəbər verir ki, kimyəvi dəstək əvəzinə qidalanma vərdişlərini dəyişdirərək cinsi sağlamlıq üzərində müsbət təsirlər yaratmaq mümkündür

.

Dəmlənmiş çayı həyətə basdırın – Faydalarına təəccüblənəcəksiniz

Aqronom və landşaft dizayneri Anastasiya Kovriznux həyət evi və bağı olanlar üçün faydalı bir məsləhət verib. . -a istinadən xəbər verir ki, o, insanları çay yarpaqlarının həyətə və ya bağa basdırmağı tövsiyə edib. . 8 stəka

.

Arıqlamaq üçün bu məhsullara diqqət yetirin

Amerikalı diyetoloq Melissa Rifkinin fikrincə, noxud, avokado, smuzi arıqlama dərmanlarının təsirini "təqlid edərək" aclığı effektiv şəkildə yatırmaq qabiliyyətinə malikdir. -ə istinadən bildirir ki, bu barədə "Dail

.

Çox yaşamaq istəyirsinizsə bunları yeyin

Uzun və sağlam ömür sürmək üçün emal olunmuş qidalardan uzaq durmaq vacibdir. Mütəxəssislərin fikrincə orqanizmi cavanlaşdıran qidalar da var. -ə istinadən sözügedən qidaları təqdim edir:. Tərəvəz. Brokoli, ağ kələm və Brüsse

.

İmmunitet hüceyrələrinin qocalmasını sürətləndirən infeksiya aşkar edilib

Malyariya immun hüceyrələrdə DNT zədələnməsinə səbəb ola bilər. Bu təsir xroniki xəstəliklərin inkişafına və sürətlənmiş yaşlanmaya kömək edə bilər.   -a istinadən xəbər verir ki, bu barədə "American Journal of Huma

.

Bunu oxuyandan sonra bir də heç vaxt çiyələk yarpaqlarını atmayacaqsınız

Çiyələyin sağlamlıq üçün faydaları hər kəsə məlum olsa da, bir çox insan onun yarpaqlarından istifadə etməyi ağlına belə gətirmir. -a istinadən xəbər verir ki, çox vaxt zibil qutusuna atılan çiyələk yarpaqları xüsusilə böyrə

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI

Sarıkök antioksidant xüsusiyyətlərə malikdir. Sarıkök yeməklərə ətir və dad əlavə etməklə yanaşı, həm də çoxsaylı sağlamlıq faydaları ilə tanınan heyrətamiz bir ədviyyatdır. .   -a istinadən xəbər verir ki, bu ədviyyat antioksidan

.

Paltarları stula dağınıq atmaq psixi pozuntudur

Çirkli paltarlarla dolu stul psixi pozuntudan xəbər verə bilər. "medicina"ya istinadən xəbər verir ki, psixoterapevt Billi Roberts bu vərdişin altında yatan səbəblərdən danışıb:. "Günlərlə paltar yuyulmasın

turlar.az

sonxeber.az geyim seçimi kosmetoloq kosmetika mehsullari qara gavali salati quru deri ucun maska aksesuarlar qız bürcü kosmetika sac modelleri statuslar haxışda burcler haqqinda sevgi