Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanıBahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.
Milli.Az lent.az-a istinadən "Şəfalı bitkilər" rubrikasında bu dəfə ala qanqalın faydalarından bəhs edir.
Ala qanqal (ona bəzi bölgələrdə süd otu da deyirlər) farmakopeyaya daxil edilmiş ofissinal dərman bitkisidir, ondan geniş istifadə edilir. Tərkibi 400-ə qədər bioaktiv maddələrdən ibarətdir. Əsasən qaraciyər, öd daşı, plevrit, bağırsaq xəstəlikləri, həmçinin yanıqlar, babasil və sarılıq zamanı istifadə olunur. 
Qanqalın qandurulducu xüsusiyyəti var. Hətta qədimdə arzuolunmaz hamiləlik zamanı qadınlar qanqal yeyərək hamiləliyin qarşısını alırdılar.
Qanqal güclü antioksidant, ödqovucu, qankəsici, hipotenziv, işlədici və yarasağaldıcı təsirə malikdir. Eyni zamanda dəri, ağciyər, ginekoloji xəstəliklər və ürək-damar patologiyalarının müalicəsində də əvəzsiz sayılır. 
Tərkibində təbiətdə bitkilərdə nadir hallarda rast gəlinən silimarin adlı maddə var. Bu maddə hüceyrələrin membranını müxtəlif təsirlərdən qoruyur, keçiriciliyini gücləndirir və yenilərinin yaranmasını təşviq edir. Eyni zamanda zülal sintezini stimullaşdırır, selik istehsalını artırır və zəhərli maddələri zərərsizləşdirir. Yəni qanqal gəncləşdirici effektə malikdir.
Qanqaldan hepatit və sirrozlarda, dalaq xəstəliklərində, öd yollarının iltihabında, öd daşı, kolit, xolesistit və şəkərli diabet xəstəliklərin müalicəsində də istifadə edilir. Cinsi həvəsi artırır, öskürək, sinə ağrıları, ürəkbulanma, qızdırma və susuzluğa faydalıdır. Təbabətdə eyni zamanda tərqovucu vasitə kimi də istifadə edilir.
İstifadə qaydası
Müalıcə məqsədi ilə bitkinin kökü, meyvəsi və toxumları istifadə edilir.
Payızda bitkinin kökləri qazılaraq çıxarılır, axan suyun altında yuyulur və 40-50 dərəcə temperaturda qurudulur. Toxumları isə tam qurudulduqdan sonra yaxşı havalandırılan yerlərdə parça torbalarda saxlanılır. Cövhər, dəmləmə, spirtli tinktura və ekstrakt şəklində istifadə edilir. 
Kökündən hazırlanmış həlimi xarici vasitə kimi şiş və irinləmələrin müalicəsində təyin edilir. İstifadə qaydası: 30 q xammalın üzərinə 0,5 litr qaynar su tökülür, suyun yarısı qalana qədər qaynadılır və süzülür. Gündə 3 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən 1 saat sonra qəbul edilir. Müalicə kursu 1-2 aydır. Həmçinin, toxumunu toz halına salaraq gündə 4-5 dəfə, hər dəfə 1 çay qaşığı qida qəbulundan 20 dəqiqə əvvəl 1 ay müddətində qəbul etmək immunitet sistemini gücləndirir.
Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 650   Tarix: 09 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Gənələr ən çox bu qan qruplarına düşür: Otluqda oturanlara XƏBƏRDARLIQ

Yaz və yay aylarında park, bağ kimi, çəmənlərin olduğu yerlərdə insanlar dincəlməyə üstünlük verir. Ancaq otluqda oturub durandan sonra bədəninizi yoxlamaq tövsiyə olunur. Əgər bədəninizdə gənə aşkarlasanız va ya hər hans

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Ürəyi dərmansız gücləndirməyin yolu

Stress, təşviş və gərginlik ürək və digər orqanlarda problemlər yaradır.   -a istinadən xəbər verir ki, alimlər ürəyi qüvvətləndirmək üçün dərmansız təsirli metod açıqlayıblar. Stress və narahatıq, fikir və kədər miokar

.

İmtahandan əvvəl bunları YEYİN

Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. -a istinadən bildirir ki, yaddaş və konsentrasiyanı yaxşılaşdırma

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim şəkilləri toy makiyaji sekilleri piroq reseptləri yay geyim 2024 tərbiyə manikür və pedikür kosmetika laylalar vidyolar qz eviyçun hakışta rus dilin nece orenek bayatı