Qara çayın qadınlar üçün zərərləri

Qara çayın qadınlar üçün zərərləriYəqin ki, çayı sevməyən çox az qadın olar. Çay içmək sizin üçün ən böyük zövq ola bilər, ancaq qəbul miqdarına diqqət etmirsinizsə, sizi böyük təhlükələr gözləyir! Qəbizlikdən şişkinliyə, hamilə qalmamaqdan böyrək daşlarına qədər qara çayın zərərlərini araşdırdıq və sizinlə bölüşmək qərarına gəldik!

Dəmir əksikliyinə səbəb ola bilər

Həddən artıq çay içmək, dəmir əksikliyi və qansızlığa səbəb olur. Yorğunluq, qəbizlik, üşümə, aybaşı nizamsızlığı dəmir əksikliyinin əlamətləridir. Əgər, sizdə bunlar varsa, ilk olaraq gündəlik çay miqdarını azaltmalısınız.

Qəbizliyə səbəb ola bilər

Qaydasız qidalanırsınızsa, həddən artıq miqdarda çay içir və su içmirsinizsə, qəbizlik problemi yaşaya bilərsiniz. Qara çay, bağırsaqdakı dəmir sovrulmasını azaldır və hərəkətləri yavaşladıb qəbizliyə səbəb ola bilər. Ən yaxşı üsul isə, hər gün bir stəkan içdiyiniz çayı azaldın, əvəzinə bir stəkan su için. Görəcəksiniz ki, bir neçə gündən sonra özünüzü daha rahat hiss edəcəksiniz və qəbizlik probleminiz həll olunacaqdır.

Şişkinliyə səbəb ola bilər

Gündə 4 stəkandan artıq çay içirsinizsə və ən az 2 litr su içmirsinizsə, şişkinlik təhlükəsi sizi gözləyir! Tərəzidə daima çəki dəyişimi olursa, bu gün geyindiyiniz bir geyim növbəti gün əyninizə olmursa, bunun səbəbi həddən artıq çay içməklə bağlı şiş ola bilər.

İnsulin müqavimətini artırır

İnsulin müqaviməti xəstəliyi, qaraciyər və mədəaltı vəzin sağlam işləməməsinin bir göstəricisidir. Həddən artıq miqdarda qara çay içmək insulin müqaviməti xəstəliyinə mənfi təsir göstərir və sağalmasını gecikdirir. Bu səbəbdən, qaraciyər xəstəliyi və ya insulin müqaviməti varsa, dərhal içdiyiniz qara çay miqdarını azaltmağa başlamalısınız.
sagliqtv.az

Xəbərlər   Baxılıb: 381   Tarix: 11 yanvar 2017  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti