Qaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTO

Qaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılar digər xalqlardan tamam fərqlənən köçəri xalqdırlar. Təsadüfi deyil ki, bayraqlarının üzərində təkər təsviri əks olunub. Bugünədək onlar haqda çox deyilib, müxtəlif məqalələr yazılıb. Lakin bu əsrarəngiz insanlara maraq azalmaq bilmir. Qaraçılara xas özəlliklərdən biri də müxtəlif yollarla fala baxıb, gələcəkdən xəbər vermək bacarığıdır. Dünyanın müxtəlif nöqtələrinə, o cümlədən Azərbaycanda yayılan qaraçılar, yerli xalqlarla ünsiyyətdən, qarşılıqlı münasibətdən qaçır, öz mədəniyyətlərini, adətlərini qoruyub saxlayırlar. Onların bu mühafizəkarlığı bəzən davalara gətirib çıxardır.

Qaraçıların məişəti, güzəranı digər xalqların nəinki təəccübünə, hətta sərt münasibətinə səbəb olur. Elə şəhərimizin küçələrində il boyu dilənən inadkar qaraçı qadınlarını, təmasdan çəkinməyərək üstümüzə yüyürən uşaqları görəndə bizə də xoş təsir bağışlamır. Lakin onlarla mübarizə aparmaq çox çətindir. Axı zəngin qaraçı baronları öz var-dövlətlərini artırsınlar deyə, oğru və dilənçi əlaltıları yorulmadan çalışmalıdırlar.
Qaraçılar təhsildən qaçan millətdirlər. Onların çox böyük hissəsi heç hərfləri də tanımırlar. Odur ki, bu xalqın nümayəndələrinıə normal iş tapmaq mümkünsüzdür.. Qaraçıların əsas silahları dilləridir. Sübhdən gecəyədək dil töküb, pul dilənən qaraçı uşaqlarının təəssüf ki, məktəbə gedib, bilik qazanmağa zamanları da yoxdur. Lakin düşünməyin ki, onlar bu sənətdən zövq alırlar. Çox vaxt bu yola evsizlik, aclıq ucbatından düşürlər.

Qaraçı icmalarında bütün vacib məsələlərə baron qərər verir. "Baron" onların dilində böyük deməkdir. Baronlar adətən toplumun ən varlı üzvləri arasında seçilirlər. Onlar nikahların xeyir-duasını verir, qanunvericiliklə problemləri çözürlər. Şəxsi avtomobilləri belə qızıldan olur.Qaraçılar qızları doğulanda sevinmirlər. Bilirlər ki, qadınları daha acı tale gözləyir. Çünki ailədə bütün hüquqlar kişiyə məxsusdur. Kişinin sözü qanundur. Ər arvadının hansı yolla pul qazanacağına onun razılığını gözləmədən qərar verir. Bu bəzən oğuruq, bəzən falçılıq, birçox hallarda isə dilənçilik olur. Qadın olmaq bütün cəmiyyətlərdə olduğu kimi qaraçılarda da çətindir. Ərin əsas vəzifəsi pul qazanmaqdan əlavə gözəl geyinib, qonaq qarşılamaqdır. Qadın isə sübhdən oyanıbyemək hazırlamalı, təmizlik işlərini bitirməlidir. Bütün bu vəzifələrə qaraçı qızlarını uşaqlıqdan hazırlayırlar. Odur ki, böyüyüəndən sonra bütün bu işlərin öhdəsindən gəlirlər.
Qaraçılar hələ də gəlin qaçırma adətini yaşadırlar. Belə ki, oğlan evinin elçiləri rədd edildiyi təqdirdə qız qaçırılır. Bundan sonra qızın ailəsi toya etiraz etmir. Axı qızlarını geri gətirsələr, artıq hörmətli ailəyə gəlin ola bilməyəcək. Yox əgər qız evi elə birinci elçilikdə razılıqlarını versələr, toy hazırlıqları başlanır. Bəzən dəbdəbəli toy etmək üçün qaraçılar hətta evlərini satıb, uzun illər boyu borc ödəmək məcburiyyətində qalırlar. Qaraçılar mütləq öz xalqlarının nümayəndəsi ilə evlənməlidirlər. Əks halda qəbilədən də, mirasdan da məhrum olurlar. Onlar qeyri-qaraçılara "qacco" deyirlər.
Lakin qərb tendensiyaları qaraçı icmalarının güzəranına da yol tapır. Belə ki, son illər eynicinsli qaraçıların nikahlarının sayı artır. Bu toylar dava və digər xoşagəlməz hallarla müşaiyət olunsa da, qarşısını almaq mümkün deyil.
Bütün çatışmazlıqlara rəğmən etiraf edək ki, qaraçıların dünya musiqisinə böyük töhfələr bəxş edən özlərinəxas gözəl musiqi nümunələri və rəqsləri var.

Qaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOQaraçılarla bağlı İNANILMAZ FAKTLAR: qızıldan olan avtomobillər, baronlar və... - FOTOpublika.az

Maraqlı     Baxılıb: 2098   Tarix: 04 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir. xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Müsabiqənin vakansiya seçimi mərhələsində vakant yer seçmək imkanı əvvəlc

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Eynşteyn yenə haqlı çıxdı - Kainatın modeli dəyişir

Xəbər verdiyimiz kimi, kainatda qara dəlik aşkar edilmişdi. Lakin bu dəfə kəşf edilən qara dəlik qeyri-adidir. Kainat modelinə sığmayan bu qara dəlik indiyə qədərki kainat haqqında təsəvvürləri kökündən dəyişə bilər. -a istinadə

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

turlar.az

sonxeber.az yemek reseptleri sade makiyaj sekilleri toy makiyajlari baş gicəllənməsi qadın kostyumları arıqlama sirləri 2024 geyimi kosmetika gülməli hakıştalar gözəllik vətən qizlar haqisda