Qaraciyəri təbii şəkildə təmizləyən içkilər

Qaraciyəri təbii şəkildə təmizləyən içkilərOrqanizmdəki ən mühüm orqanlardan biri sayılan qaraciyər yanlış qidalanma vərdişləri üzündən zamanla öz funksiyasını yaxşı yerinə yetirə bilmir. Qaraciyərin əsas vəzifələri bunlardır: maddələr mübadiləsini normaya salır, qanı təmizləyir, vitaminləri sorur. Daha sağlam bədənə sahib olmaq üçün bütün bunların yerinə yetirilməsi vacibdir. Çünki qaraciyər xəstəliklərinin müalicəsi olduqca çətin və ağrılıdır.
Unutmayın, orqanizmdəki hər orqanın hansı vəziyyətdə olmasına biz özümüz cavabdehik. Bu məsuliyyəti dərk edən insanlar həkimlərə və dərmanlara ehtiyac duymur. Ömrünün sonuna qədər sağlam və gümrah yaşayır.
Xanim.az Publika.az-a istinadən bu yazıda qaraciyəri təmizləyən, müxtəlif xəstəliklərdən qoruyan təbii içkilərin siyahısını təqdim edir:
Möcüzəli yaşıl çay
Yaşıl çay qaraciyər yağlanmasının qarşısını alan içkilərin siyahısında liderdir. Tərkibindəki katexin sayəsində qaraciyərdə yağ yığılmasının qarşısını alır. Yatmazdan əvvəl bir fincan yaşıl çay içməyi vərdiş halına gətirərək qaraciyərin funksiyalarını yerinə yetirməsinə kömək edə bilərsiniz.
Ləzzətli resept: alma suyu
Qaraciyəri qorumaq istəyirsinizsə, öd kisəsinin də qeydinə qalmalısınız. Öd kisəsi daşlarını əritmək, qara ciyəri infeksiyalardan qorumaq və təbii detoks üçün alma suyu için. Almanın tərkibində olan turşular öd kisəsi və qaraciyər üçün olduqca faydalıdır. Təbii alma suyunu eyni dərəcədə limon suyu ilə qarışdırıb ləzzətli içki hazırlaya bilərsiniz.
Özü acı, faydası şirin: qreypfrut şirəsi
Qış aylarında bütün mağazalarda asanlıqla tapılan qreypfrut qaraciyərin ən sədaqətli dostudur. Qreypfrut suyuna: sarımsaq, zəncəfil kökü, limon, zeytun yağı əlavə edərək həm ləzzətli, həm də çox sağlam içki hazırlayın. Bu içki qaraciyəri təmizləyir, limfa sistemini möhkəmləndirir.
Min bir dərdin dərmanı: qarağat şirəsi
Qarağat tərkibindəki vitamin, mineral və antioksidantlar sayəsində əsl sağlamlıq anbarıdır. Bu bitki qaraciyəri təmizləyir, immunitet sistemini gücləndirir. Qarağatı, kərəviz sapını, kiçik xiyarı, qırmızı alma və yaşıl armudu blenderdə yaxşıca qarışdırın. Bu möcüzəli içkini 5 gün ərzində mütəmadi olaraq için. Qaraciyəri təmizləyən bu içkini hər gün təzə hazırlamaq faydalıdır.
Qızıldan qiymətli: yerkökü suyu
Yerkökünün tərkibindəki A, B, C vitaminləri, kalsium, fosfor və kalium qaraciyəri zərərli maddələrdən təmizləyir. Yerkökü, xiyar və kərəviz sapını mikserdə qarışdırın. Bu içkini hazırlayan kimi için, çox saxlamaq olmaz.

Xəbərlər     Baxılıb: 1515   Tarix: 27 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Çay diabet riskini azalda bilər: Belə içsəniz

Alimlər sübut ediblər ki, çayın müntəzəm istehlakı insan sağlamlığına müsbət təsir göstərir.   -a istinadən bildirir ki, tədqiqatçılar çayın insan sağlamlığına təsiri ilə bağlı 20 elmi araşdırmanı araşdırıblar. Nəticələ

.

Şabalıdın bilinməyən faydaları: Siz də yararlanın

Şabalıd pəhriz lifləri, minerallar, sağlam yağlar, vitaminlər və antioksidantlar da daxil olmaqla qida maddələri ilə zəngindir. -ə istinadən bildirir ki, şabalıd C vitamini ilə zəngindir. Xüsusilə soyuq qış günlərində qızardılmış

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Gündə nə qədər "arı çörəyi" yemək olar? – Doğru istifadə qaydası

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.   -a istinadən xəbə

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Bu yağlar qanı laxtalandırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən xəbər verir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Həkimlər omeqa-6-da yüksək olan yağların istehlakının mümkün təhlükələr

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Yaşıl alçanın bilmədiyiniz FAYDALARI

Alça yaz pəhrizlərində əvəzedilməzdir, 100 qram alçada təxminən 45 kalori var. Antioksidant komponentləri ilə bədəni qoruyan və yüksək miqdarda C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır. Alça, eyn

.

Yaz çillərindən bu yolla xilas olun

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir. axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosi

turlar.az

sonxeber.az yay kolleksiyasi geyim seçimi gelinlikler xina qoymaq qaydasi dolma reseptleri yeni dogulmus korpeye lazim olan esyalar uşaqlara yemək hazırlama kosmetika google yumurta qizlar uşaq şeirləri laylalar