Qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılmasıQadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.
Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.
Əlbəttə ki, kirpikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kirpiklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır. Bu prosedura çox sadə və ağrısızdır: kirpikləri səliqə ilə xüsusi mütəkkələrin ("biqudi") üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Öz təsirlərini göstərmək üçün mütəkkələri 20 dəqiqə ərzində (mütəkkələrin qalınlığı fərdi şəkildə seçilir) kirpiklərin üzərində saxladıqdan sonra çıxarırlar. Prosesin son mərhələsi qidalandırıcı tərkibin çəkilməsidir. Adətən, bu hər hansı bir yağ olur. Kirpiklərin burulmasının effektivliyi təxminən 3 ay müddətində - kirpiklərin təbii "həyat müddəti" başa çatanadək saxlanılır. Kirpiklər burulduqdan sonra ağardığı üçün, bir neçə gün sonra onları boyayırlar.
Burulmuş kirpiklərə ev şəraitində kirpiklərə qulluq edilməsi üçün tərkibində vitaminlər və gənəgərçək yağı olan xüsusi balzamlardan istifadə etmək məsləhət görülür. Balzam gündə 1 dəfə olmaqla, yatmamışdan 2 saat əvvəl çəkilir.
Hər hansı bir göz xəstəliyi, allergik reaksiyalara meyllilik olanda, kirpiklərin kimyəvi burulması və rənglənməsi aparıla bilməz!
Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur: "kirpiklərin dəstə şəklində uzadılması" və "kirpiklərin tək-tək uzadılması".
Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.
Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Belə kirpiklər, heç də kirpiklərin tək-tək uzadılmasında olduğu kimi, uzun müddət qalmır və bir azca da qeyritəbii görünür. Kirpiklərin tək-tək uzadılmasından fərqli olaraq, onların dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur, sanki onları ağırlaşdırır. Bu üsulun üstünlüyü isə onun daha ucuz olması və kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.
Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə müəyyən edirlər.
Kirpiklərin uzadılması zamanı "təbii" (heyvanların tükləri, ipək lifləri) və ya süni (neylon lifləri) kirpiklərdən istifadə olunur. Təbii kirpiklər daha baha olur. Ancaq onu da qeyd etmək lazımdır ki, süni neylon liflərdən istifadə olunduqda, onların gözə düşməsi nəticəsində allergiyanın əmələ gəlməsi təhlükəsi də mövcuddur.
Uzadılan kirpiklərin tökülməsi prosesi tədricən, ətrafdakılar üçün nəzərə çarpmadan baş verir.
Əlbəttə ki, uzadılan kirpiklərlə ehtiyatla davranmaq lazımdır. Bu zaman ən əsas qayda göz qapaqlarına və kirpiklərə mümkün qədər az toxunulmasıdır. Yuyarkən gözləri ovxalamaq olmaz. Bu zaman yalnız yağsızlaşdırılmış lasyon və ya kosmetik süddən istifadə etməklə gözləri səliqə ilə təmizləmək lazımdır. Göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuş yağlı kremlərdən və yağlardan istifadə etmək olmaz. Arxası üstə olmaqla səliqə ilə yatmaq da arzu olunandır. Əgər siz kantakt linzalardan istifadə edirsinizsə, hamam və saunaya tez-tez gedirsinizsə, sizin yapışdırılmış kirpiklərinizin qalma müddəti də qısalmış olur.
Əlbəttə ki, qaşların rənglənməsi, kirpiklərin rənglənməsi, burulması və ya uzadılması qərarına gəldikdə, yalnız müasir kosmetik salonlara müraciət etmək lazımdır. Məhz belə müasir yerlərdə, kirpiklərinizin və qaşlarınızın daha yüksək səviyyədə gözəlləşdirilməsi üçün ən qoruyucu hesab edilən üsullardan, daha müasir və təhlükəsiz kimyəvi boyalardan istifadə etməklə, sizə xidmət göstərilə bilər. Hər halda, istənilən dekorativ proseduraları ehtiyatla, tez-tez təkrarlamadan etmək tövsiyə olunur, əks halda qaşlarınızın və kirpiklərinizin zərif tükləri seyrələ və quruya bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1401   Tarix: 02 mart 2021
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Çuğundur bu dərdlərin dərmanı imiş

Hələ qədim zamanlardan çuğundur bir çox xəstəliklərin müalicəsində istifadə olunub. Tərkibində olan askorbin turşusu və karotin orqanizm üçün çox faydalıdır. -a istinadən çuğundurun faydalarını təqdim edir:. Alçanın faydaları

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən can dərmanı

a istinadən "Şəfalı bitkilər" rubrikasında akasiya çiçəkləri barədə məlumat verir. Bahar gələndə salxım-salxım ağ çiçəklərinin qoxusu insanı məst edən akasiya əslində yüz dərdin dərmanıdır. Bu bitkinin çiçəklərində

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar donlar 2024 gənc qızlar üçün saç düzümləri geyim qaydaları qonaq otaqi dizayni pnevmoniya xesteliyi kosmetika kondom nedir intim nizami gencevi vətənə aid qurd ve quzu