Qatılaşdırılmış südlə dondurma

Qatılaşdırılmış südlə dondurmaYayın ən ləzzətli təamlarından olan dondurmalar ev şəratində də hazırlana bilir və çox ləzzətli olur.
Qatılaşdırılmış südlə olan bu dondurma da həm görünüşü, həm dadı ilə göz oxşayır.
Lazım olan məhsullar:
- Qatılaşdırılmış süd - 380 qr
- Yoqurt - 200 qr
- Xama - 200 qr
- Vanilli şəkər - 8 qr
Hazırlanması:
1-ci mərhələ
Qatılaşdırılmış süd, qatqısız yoqurt, xama və vanilli şəkər götürülür. Şəkər xəstələri üçün olan qatılaşdırılmış süddən də istifadə oluna bilər, onun tərkibində fruktoza var və adi şəkər yoxdur.
Dondurma adətən uşaqlar üçün hazırlandığına görə yoqurt seçərkən uşaqlar üçün olan yoqurta üstünlük verə bilərsiniz. Xama kimi isə istənilən yoxlanılmış xamadan istifadə edə bilərsiniz.
2-ci mərhələ
Bütün bu məhsullar dərin qabda və ya mikser kasasında qarışdırılır. Alınan kütlə blender vasitəsilə biraz çalınır. Bu zaman kütlə köpüklü (воздушный) olmayacaq, ancaq daha yaxşı qarışacaq.
3-cü mərhələ
Alınan qarışıq səliqəli şəkildə formalara tökülür. Sonra çubuqlar yerlərinə yerləşdirilir. Əgər formalar yoxdursa, qarışığı plastik qaba da tökə bilərsiniz. Sonra qarışıq donması üçün soyuducuya qoyulur.
4-cü mərhələ
Dondurma dondurucu kamerada bir neçə saat ərzində saxlanılır.
Dondurmanı formalardan çıxarmaq üçün onu bir neçə saniyəlik qaynar suda saxlayın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1279   Tarix: 02 noyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Xolesterol səviyyəsini idarə etməyə kömək edəcək unikal içki

Xəstəliklərə nəzarət və qarşısının alınması məlumatına görə, 40-59 yaş arası böyüklərin 17 faizi xolesterolunu azaltmaq üçün statin qəbul edir.   -a istinadən xəbər verir ki, ümumi xolesterolu azaltmağın təsirli yolu yüksə

.

79 illik araşdırmanın nəticələri açıqlandı:Kişilərdə cinsi orqanın ölçüsü artıb, amma

Kişi cinsiyyət orqanının ölçüləri ilə bağlı 79 illik tədqiqatın nəticələri dərc edilib.   -a istinadən xəbər verir ki, kişilərin cinsiyyət üzvünün uzunluğunun artdığı müəyyən edilib. Ancaq bu, alimlərin narahatlığına səbə

.

Dünyanın ən təmizkar xalqı açıqlandı

World Population Review apardığı analiz nəticəsində ən təmizkar xalq elan edilib.   -a istinadən xəbər verir ki, statistika əhalinin yuyunma sayına görə təyin edilib. Ən təmizkar insanlar Braziliyalılar hesab edilib. 99

.

Ağciyəri toksinlərdən təmizləyən qidalar

Havanın çirklənməsi, yaxşı qidalanmamaq və siqaret çəkmək ağciyər sağlamlığını ciddi şəkildə təhdid edən amillərdəndir. Sağlamlığınızı qorumaq üçün həyat şəraitinizi dəyişdirmək, tütün məhsullarından istifadəni dayandırmaq

.

Yaponiya 2 milyardlıq COVID-19 peyvəndini atır

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.   -a istinadən xəbər verir ki, Shionogi" şirkətinin istehsal

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

turlar.az

sonxeber.az sade makiyaj sekilleri həkim məsləhəti yay kolleksiyasi hamiləlik təqvimi geyimler elm haqqinda atalar sözləri baş gicəllənməsi kosmetika hakıştalar şəhid vətən uzeyir hacibeyli həmidə