Qaynanaların tipləri

Qaynanaların tipləriƏsəbi qaynanalar: Başa düşülməsi ən çətin tiplərdəndir. Deyilən hər sözün altında bir bəd niyyət axtararlar. Hər vaxt problem yaradarlar. Bəziləri kobud qüvvətə belə müraciət edə bilər. Nəyə hirsləndikləri, nəyə sevindikləri çox müəyyən olmaz.

Xeyirxah qaynanalar: Hər vəziyyətdə bəzilərinə kömək edən qayınanalardır. Köməksevərlik adına hər şeyi edə bilərlər. Bəzən bunu o qədər şişirdərlər ki qarşılarındakına kömək etmək istərkən bilmədən zərər də verə bilərlər.

Şikayətçi qaynanalar: Davamlı hər şeydən şikayət edər, qarşılarındakı insanları canlarından bezdirərlər. Aldığınız əşya, bişirdiyiniz yemək və paltar mövzusunda həmişə şikayətçidirlər. Onların fikrincə gəlin, ya da kürəkən heç bir zaman istədiyi kimi çıxmamışdır.

Kəndli qaynanalar: Gəlin və ya kürəkən, şərtlər nə olursa olsun gələn-gedən qonağa yaxşı davranmalıdır. Gəlini kənddən gələn hər cür adəti bilməli və onların yeməklərini edə bilmə qabiliyyətinə sahib olmalıdır. Gəlin və oğlu xüsusi günləri çox erkən saatlarda gələrək onlarla keçirməlidir. Əgər bir yerə gediləcəksə onun mütləq xəbəri olmalı, özü də onların yanında karvan halında gedilməlidir. Gəlin öz başına bir şey almağa qərar verə bilməz. Gəlin qonaq çağıracağı zaman ondan icazə almalıdır.

Şəhərli qaynanalar: Şəhərdə nəqliyyatın çətinliyi səbəbiylə kürəkənin və ya gəlinin evini öz evlərinin yaxınına istəyərlər. Mümkünsə eyni məhəllədə oturmağı seçərlər. Gələcək qonaqları çox-çox qəbul etmək istəməz, gəlin və ya kürəkənin evinə gələcək qonağı özləri idarə etmək istəyərlər. Yeni eynək modelləri, çimərlik geyimləri bazara çıxdığında ilk olaraq onlar alarlar. Yeni mebel, xalçalar, pərdələr onların ən əhəmiyyətli istəkləridir, amma gəlin yeni pərdə istədiyində "bədxərc" olaraq qiymətləndirər və daş qoymağa çalışarlar.

Şən qaynanalar: Tapılması ən çətin tiplərdir. Gəlin ya da kürəkənlərinə qarışmazlar. Hər cür problem üçün bir çıxış yolları vardır. Kimsədən iş gözləməzlər. Qırılsalar da kimsəyə bir şey bəlli etməzlər. Hər şeyə gülüb keçməyi bacararlar.

Təmizkar qaynanalar: Bu qayınanaların bütün zərərləri özlərinədir. Nə qədər təmizlik vəsaiti varsa hamısının adlarını əzbərdən bilərlər. Davamlı təmizlik edib dayanarlar. Qapıdan girəcək olan hər kəsə ayaqqabılarını çıxartdırarlar, kreslolara oturanların haranı dağıtdığına diqqət yetirərlər. Onlara görə gəlinləri ya da kürəkənləri çox dağınıq və pintidirlər.

Müdir qaynanalar: Bu tip qayınanalar, pul, ev, qısacası mal-mülk cəhətdən zəngindirlər və bunu hər vaxt istifadə edən təhlükəli tiplərdir. Malları və pulları ilə hər şeyi edə biləcəklərinə inanarlar. Gəlin və ya kürəkənin evinə bir şey aldıqları zaman qiymət etiketini çıxartmazlar. Hər mövzuda özləri ilə məsləhətləşilməsini istəyərlər. Qayınanaya aid bir evdə oturan gəlin və ya kürəkənə bunu hər vaxt onlara xatırladarlar.

Yemək həvəskarı qaynanalar: Həyatlarındakı tək şey, yemək bişirmək və yeməkdir. Onlara bir neçə kilo ət, bir az tərəvəz və ərzaq aldığınız zaman uzun müddət sizinlə işi olmaz. Çox gözəl yemək bişirən bu qayınanalar sizin heç bir yemeyinizi bəyənməzlər.

Ailə və Uşaq     Baxılıb: 3250   Tarix: 28 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Hamiləlikdə aybaşı ola bilərmi? - SƏBƏBLƏRİ

Hamiləlikdə görülən qanaxmanın menstrual qanaxma olub-olmaması qadınları çox düşündürür. Hamiləlik zamanı qanaxmanın səbəbləri müxtəlif ola bilər. Körpə müjdəsini alan bəzi qadınlar hamilə qaldıqdan sonra bir neçə dəfə d

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Nəmləndirici kremlər körpələrdə bu riski artırır - ANALARIN NƏZƏRİNƏ

Üç aylıq körpələrin dərisinə tez-tez nəmləndirici sürtmək körpəlikdə qida allergiyasının ortaya çıxmasına səbəb ola bilər. "Allergy and Clinical Immunology" jurnalında dərc edilən yeni araşdırmanın nəticələrind

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

turlar.az

sonxeber.az qadin sayti aksessuarlar gelinlikler autizm xesteliyi şirniyyat reseptləri bas ortuleri ariqlama kosmetika qizlar veten haqqinda bayatilar üzeyir hacıbəyli hüzeyir hacibəyov oglaq