Qədim Gəncə şirniyyatı - Zilviyə - FOTO

Qədim Gəncə şirniyyatı - Zilviyə - FOTOKeçmişdə Novruz bayramı ərəfəsində Gəncədə süfrəyə paxlava, şəkərbura, nazik və digər şirniyyatlarla yanaşı, zilviyə də düzülərdi.

Xanim.az AZƏRTAC-a istinadən bildirir ki, özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növü artıq unudulmaq üzrədir.

Zilviyənin hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən bu, həm də şirniyyatın tədricən şəhər sakinləri tərəfindən unudulmasına səbəb olub. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş.

Aparılan araşdırmalar göstərir ki, zilviyə ərəb ölkələrində, İran və Hindistanda geniş yayılmış şirniyyat növüdür. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır.

Şirniyyatın bişirilməsində əsasən buğda unu, yumurta ağı, qatıq, nişasta və mayadan, şərbətinin hazırlanmasında şəkər və sudan, qızardılmasında isə bitki yağından istifadə olunur. Bir sıra ölkələrdə hazırlanan zilviyələrin tərkibində sarıkök, zəfəran kimi ədviyyatlardan, eləcə də limon suyundan və portağal şirəsindən istifadə olunur, üstünə küncüt səpilir.

Qeyd edək ki, vaxtilə Gəncədə hər evdə hazırlanan bu şirniyyatın bişirilməsi və satışı ilə hazırda yalnız bir nəfər şəhər sakini - Ayna Qəmbərova məşğuldur. O, bu qədim şirniyyatın bişirilmə qaydasını qoruyub saxlamaqla yanaşı, onu gənc nəslə də öyrətməyə çalışır.

Mətbəx     Baxılıb: 3186   Tarix: 14 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Tuna balıqlı sendviç

Tərkibi. 50 qr konservləşdirilmiş Tuna balığı. 3 xörək qaşığı mayonez. 1 bibər. 1 soğan. duz. istiot. 1-2 pomidor. dilimlənmiş çörək. holland pendiri. 1 xörək qaşığı limon suyu. Hazirlama qaydasi. Tuna balığını konservdə

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Balıqdan buğlama resepti

Tərkibi. Nərə balığı və ya ağ balıq - 370 qr. Kartof - 115 qr. Baş soğan - 80 qr. Sarı alça - 60 qr. Duz - 0,4 qr. Döyülmüş qara istiot - 0,3 qr. Hazirlama qaydasi. Balıq təmizlənir, yuyulur və qurulanır. Kartof, soğan təmizlənir

.

Balqabaqlı Keks (Video)

Keçən yazımda sizə balqabaq püresinin reseptini yazmışdım. Bu gün isə onu istifadə edəcəyik və Amerikada bu fəsildə çox məşhur olan balqabaqlı keks bişirəcəyik. Bu keksin müxtəlif resepti var, mənim təqdim edəcəyim isə dəfələrl

turlar.az

sonxeber.az kosmetik vasiteler qadin sayti qis geyimləri 2024 hüquqşünas qadın geyimi saç həkimi bayatilar xinayaxdi ucun kosmetika aysel bürcler vətən buga burcu tərəzi