Qətlə yetirilən müğənninin bacısı danışdı: 'Kaş hamınız Yaqut kimi namuslu olardınız

Qətlə yetirilən müğənninin bacısı danışdı: 'Kaş hamınız Yaqut kimi namuslu olardınız"Kaş şou-biznesdəkilərin hamısı mənim bacım kimi namuslu olardı".
azxeber.com xəbər verir ki, bu sözləri həyat yoldaşı tərəfindən qətlə yetirilən müğənni Yaqut Nərimanın bacısı jurnalist Şəlalə Nəriman sosial şəbəkə hesabında açdığı canlı yayım zamanı deyib.
O, izləyicilərin "Bacınızın ölümü ilə özünüzü reklam edirsiniz" şərhlərinə əsəbiləşib və iddiaları cavablandırıb:
"Ağzımı açıb bir söz deyən kimi deyirsiz özünü reklam edir. Mənim reklama ehtiyacım var? Mən reklam edib nə edirəm? Bacımı geri qaytaracam? Bacımın vəfatından sonra mənə nə televiziya maraqlıdır, nə jurnalistika maraqlıdır. Efirə çıxıram, bacımın ruhu şad olsun deyə çıxıram".
Daha sonra jurnalist məhkəmə prosesində yaşananlardan danışıb:
"Məhkəmə zalında o qatil qalxdı ayağa. Hakim sual verdi ki, qısqanclıq zəminində öldürmüsən? Dedi ki, hə. Hakim soruşdu tutmusan, sübutun var? O da dedi ki, yox. Sms görüb, o da işlə bağlı olub. Deyir elə bildim ki, sevgililəridir.  Hamımızın telefonunda işlə bağlı kişi nömrələri var. Can da deyirik, qurban olum da deyirik. Deməli hamısı sevgilimizdir? Hələ məhkəmə davam edir. Ayın 14-ü ikinci məhkəmə olacaq. Yalan məlumat və başlıqlarla bu xəbərləri yayanları şikayət edəcəyəm. Kaş ki, hər kəs mənim bacım kimi namuslu olardı. Evini atam alıb, bağı birlikdə tikmişik, maşınını da satıb borclarını vermişəm".
Qeyd edək ki, məhkəmədə müğənninin həyat yoldaşı, Yaqutun telefonunda mesajlar və zənglər gördüyünü və onu namus üstündə qətlə yetirdiyini bildirib.
Aysel

Şou Biznes     Baxılıb: 681   Tarix: 02 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avroviziya'dan sonra uğurlu kariyera quran müğənnimiz yoxdur' - Çinarədən iddia

Müğənni Çinarə Məlikzadə "Avroviziya" da ölkəmizi təmsil edən namizədlərə münasibət bildirib. xəbər verir ki, sənətçi bəzi iştirakçıları uğursuz adlandırıb. O, bu haqda "El canlı" verilişində danışıb:

.

Dilarə Kazımova "Summer Beach Festivalı'nda

Avroviziya təmsilçimiz Dilarə Kazımova Bakıda keçiriləcək "Summer Beach Festivalı"nda çıxış edəcək. . xəbər verir ki, pop ulduz iyulun 13-14-də səhnə alacaq. . Xəzərin sahilində Kazımova hit olan mahnıları və supe

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Məşhur müğənni polis tərəfindən saxlanılıb

Məşhur türkiyəli müğənni Kalben həbs olunub. xəbər verir ki, müğənni Kalben İstanbulda narkotik əməliyyatında saxlanılıb. Onun polisə verdiyi ifadəsində billdirilib ki, o, narkotik vasitəni satmayıb, özü istifadə edib. Ayse

.

Aktrisa qızını paylaşıb üzünü gizlətdi - FOTO

Ötən ilin iyununda ailə quran gözəl aktrisa Eda Ece və basketbolçu Buğrahan Tuncer valideyn olduqdan sonra ilk dəfə qızları ilə foto paylaşıblar. xəbər verir ki, cütlüyün ötən ay qızı dünyaya gəlib. Aktrisa qızına Mina İpe

.

Kirkorov Uspenskayanı 'dilənçi' adlandırdı

Rusiyanın xalq artisti Filipp Kirkorov və köhnə dostu Lyubov Uspenskaya arasında mübahisə səngimək bilmir. xəbər verir ki, Rus səhnəsinin kralı Lyubov Uspenskayanı dilənçi adlandırıb. "O, paltar və hədiyyələr üçün mən

.

Uzun ayrılığın ardından yenidən barışdılar

1.5 il öncə dostluqları "Bəxt oyunu" serialının çəkilişlərində başlayıb sevgiyə çevrilən Cemre Baysel və Aytaç Şaşmaz evlilik yolunda ikən təəccüblü şəkildə ayrılımışdılar. xəbər verir ki, cütlük ayrıldıqdan 1,

.

Castin Biber ata olacaq - FOTOLAR

Dünyaca məşhur cütülk Heyli və Castin Biber valideyn olmağ ahazırlaşır. xəbər verir ki, cütlük bu barədə "instaqram" hesablarında məlumat veriblər. Cütlük bu anı yaddaşlara həkk etmək üçün kamera qarşısına keçib

.

Cennifer və Ben ayrılığın astanasında

Cennifer Lopezin Ben Affleklə evliliyində problemlərin olması şayiələrindən sonra özünə yeni ev axtardığı iddia olunub. xəbər verir ki, müğənni iş ortağı Eleyn Qoldsmit-Tomasın müşayiəti ilə Beverli Hillsdəki malikanədə

turlar.az

sonxeber.az geyim necə seçməli adlarin menasi kosmetik vasiteler kicik biznes qurmagin yollari müsabiqələr vətən haqqında bayatılar gənc qalmağın sirləri kosmetika laylalar yemekler gozellik buga burcu həsən bəy zərdabi