Qışda necə arıqlamaq olar?

Qışda necə arıqlamaq olar?Payız aylarında orqanizm yavaş-yavaş soyuqlara hazırlaşmağa başlayır: çəki artır, passivlik çoxalır. Qış fəsli yaxınlaşdıqca dərialtı piyin əmələ gəlməsi prosesi fəallaşır və bunun nəticəsində orqanizm həmin dövrdə özünü enerji ehtiyatı ilə təmin edir.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, soyuq vaxtlarda vitamin və qidalı maddələrin çatışmazlığı yaranır. Ona görə də gündəlik rasionun cüzi azalması fiziki və psixi cəhətdən neqativ təsir göstərir. Piy toxuması iştahanın, bədən çəkisinin, reproduktiv funksiyaların və hətta psixi sağlamlığın requlyasiyasında iştirak edən leptin hormonunu hazırlayır. Çəkinin kəskin azalması isə hormonal tarazlığın pozulmasına aparıb çıxarır. Artıq çəki narahatlığa səbəb olur və pəhrizlərə meyli artırır. Qış mövsümündə pəhrizlərə daha ehtiyatlı yanaşmaq lazımdır. Elə pəhriz seçmək lazımdır ki, orqanizmin fəaliyyətini pozmasın və uğurlu nəticələr versin.
Artıq çəkidən azad olmaq üçün gündəlik qida rasionundan başlamaq lazımdır. Təklif olunan ilk xörək şorbadır. Şorba mədəyə doluluq hissi verərək onun divarındakı xüsusi reseptorları aktivləşdirir və onun dolması haqda siqnal verir. Nəticədə iştaha azalır və ikinci yemək həmişəkindən 20-40 faiz az yeyilir. Yağsız ət şorbalarına, tərəvəz bulyonlarına üstünlük vermək daha yaxşıdır. Məsələn, 1,5 litr su, 2-3 ədəd kök, 2 pomidor, bir neçə kərəviz və kəvər yarpaqlarından ibarət bulyon hazırlayıb içərisinə bir azca kəklikotu, zirə və keşniş qatmaq olar.
İkinci yemək adətən daha kalorili olur. Onu hazırlayarkən yüngül mayonez, yağsızlaşdırılmış süd, smetan və kəsmikdən istifadə etmək olar. Kartof qızardarkən kərə yağı bitki ilə əvəz edilməlidir. Həmin qaydalara əməl edilməsi ziyan vermir və soyuq qış aylarında dərinin su-lipid tarazlığını qoruyur. Yeməyə qatılan müxtəlif ədviyyatlar isə həzm şirəsinin hazırlanmasını sürətləndirir, maddələr mübadiləsini fəallaşdırır, nəticədə qida tam həzm olunur və yağ toplanmır.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 955   Tarix: 06 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Niyə qadınlar 40 yaşdan sonra arıqlaya bilmir? – SƏBƏB

Bəzi qadınlar yetkinlik dövründə arıqlamağın gənclik illəri ilə müqayisədə daha çətin olduğunu bildirirlər. Zərif cinsin nümayəndələrinin yaş keçdikcə artıq çəkidən çətinliklə qurtulmasının 2 mümkün səbəbi var. . -a istinadə

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

turlar.az

sonxeber.az qadin dunyasi yay geyimləri 2024 maskalar dişlər gözəllik xəbərləri qısa saçların yığılması fransiz qadinlari kosmetika toy gecesi rus dili rus dilin nece orenek cinsi qu quşu