Qışda yaranan göz xəstəlikləri

Qışda yaranan göz xəstəlikləriBu fəsildə gözlərimizi infeksiyalardan daha ciddi qorumalıyıq.
Xanim.az xəbər verir ki, 'gər yay fəsli gözün allergik xəstəlikləri ilə yadda qalmışdısa, hazırda onun yerini gözün mikrob xəstəlikləri tutub. Bunun əsas səbəbi isə insanların daha çox qapalı və sıx mühitlərdə olmaları ilə izah edilir.
Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin sədri Paşa Qəlbinur da deyir ki, havaların soyuması nəticəsində gözün xüsusən təhlükəli olan virus infeksiyaları geniş yayılıb: "İnsanların qapalı məkanlarda uzun müddət vaxt keçirmələri gözün mikroblara tutulma ehtimalını yüksəldir. Odur ki, ehtiyat tədbirlərini artırmaq gərəklidir. Əgər ailə üzvlərindən kimsə qripə yoluxubsa, çalışıb onun qab-qacağını, dəsmallarını digərlərininkindən ayrı saxlamaq lazımdır. Həmçinin immun sistemi güclənsin deyə, meyvə-tərəvəzlərdən, xüsusən də soğan, sarımsaqdan bol-bol istifadə etmək faydalıdır. Düzdür, çoxları qoxusuna görə yeməkdən imtina edirlər, amma çalışıb şənbə-bazar günləri yemək yaxşı olardı".

Mütəxəssislərin fikrincə, bir neçə tədbirlə göz sağlamlığımızı qorumaq mümkündür. Qırmızı gözə diqqət edin: Qış mövsümündə üst tənəffüs yolu infeksiyalarıyla birlikdə gözlərin də qızarmış olduğunu görmək mümkündür. Üst tənəffüs yolu infeksiyalarıyla birlikdə seyr edən və viral faktorlar səbəbiylə ortaya çıxan qırmızı göz, sıxlıqla əlavə bir müalicə tələb etməməkdədir. Bəzi qırmızı göz faktları isə əksinə, daha şiddətli seyr edər və olduqca yoluxucudur. Bunun ən əhəmiyyətli nümunəsi də adenovirus konqonktiviti epidemiyalarıdır. Məktəblər və kütləvi nəqliyyat vasitələri ən sıx bulaşan yerlərdir. Adenovirus səbəbiylə inkişaf edən qırmızı göz ümumiyyətlə bağçalar, məktəblər, xəstəxanalar və kütləvi nəqliyyat vasitələrində sürətlə yayılır. Gözlərdə olduqca sıx qızarıqlıq olan bu xəstəlik 1 həftə, 10 gün kimi bir müddətdən sonra yaxşılaşar.

Əllərinizi tez-tez yuyun, qucaqlaşmaqdan qaçın: Xəstəliyin bulaşmasına maneə törətmək üçün əllər tez-tez yuyulmalı, qırmızı gözü olan kəslərlə qucaqlaşmaq və öpüşməkdən qaçınılmalıdır. Bu göz infeksiyasına tutulmuş kəslərlə eyni dəsmal və makiyaj vəsaitləri istifadə edilməməlidir. Adenovirus infeksiyası bəzi xəstələrdə gözün kornea təbəqəsinin də tutulmasına səbəb olmaqda və görməyi azalda bilməkdədir.

Qarlı və küləkli havalarda eynək taxmağı unutmayın: Soyuq və küləkli havalarda göz yaşı kanalı tıxanıqlığı olan xəstələrin şikayətlərində də artım olur. Göz yaşı kanal tıxanıqlığı, gözdə sulanmağa səbəb olur və bu davam etdikdə isə əməliyyatla müalicə ediləcək qədər irəliləyə bilir. Qarlı havalarda ultrabənövşəyi bloklu günəş eynəklərindən istifadə etmək məsləhətdir. Qar əks olunan günəş şüaları, gözün kornea, linza və retina təbəqələrin zərər verməkdədir. Bu səbəblə uzun müddət qarlı mühitdə vaxt keçirənlərin mütləq qoruyucu günəş eynəyi istifadə etməsi lazımdır.[

Sağlamlıq     Baxılıb: 2257   Tarix: 12 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi akt niyə pozulur? - Təsbitlənmiş 5 tibbi faktor

Cinsi hərəkət qeyri-razı və ya məcburi davranış, məlumatlı razılığın olmaması və ya iradəsinin əksinə olaraq kiməsə məcbur edildiyi zaman pozula bilər. Cinsi pozuntular cinsi təcavüz, zorlama, cinsi qısnama və arzuolunma

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Kişilərin saçlarını necə qorusun? – Ev şəratində qulluğun üstünlükləri

 . Kişilərdə yüksək yağ tərkibi  kəpək, xoşagəlməz sıxılma hissi və ya baş dərisinin qaşınması evdə düzgün olmayan qayğının nəticəsidir. Vəziyyəti düzəltmək üçün təsirli məhsullar seçməlisiniz və kişilərin saçlarına qullu

turlar.az

sonxeber.az kosmetika mehsullari geyim dəbləri geymler 2024 hamilə qalmaq otaq dizaynlari dunyanin en seksual qadinlari portagalin faydasi kosmetika muellim seiri novruz bayramına aid hakışta toyuq salati qiz adlari haxışda