Qışda yaxşı görünmək üçün 7 sadə qayda

Qışda yaxşı görünmək üçün 7 sadə qaydaBütün xanımlar gözəl, dəbli və baxımlı görünmək istəyir.

Qadinsayti.az sizin üçün qışda gözəl görünməyin qaydalarını hazırlayıb. Bizim sadə qaydalara əməl etməklə valehedici bir xanıma çevriləcəksiniz.

Qayda 1.
Dəriyə qulluq.Havanın temperaturunun kəskin düşməsi, isti otaqdan şaxtalı havaya çıxmaq, sonra yenidən isti ofisdə oturmaq əllərin və üzün dərisinə mənfi təsir edir. Evdən çıxmağa yarım saat qalmış dərinizə uyğun gələn yağlı krem çəkin. Gün ərzində yarım litr maye qəbul edin. Bu sizin dərinizi qurumaqdan qoruyacaq.

Qayda 2.
Saçlara qulluq. Qışda saçları hər gün yumaq məsləhət deyil. Bunu 1-gündən 1, bəlkə də bir az gec edə bilərsiniz. Saçlarınızı yuyarkən nəmləndirici balzamlardan istifadə etməyi unutmayın. Çünki şaxta və güclü külək saçları qurudur, hətta papaq qoymaq da onları sağlam saxlaya bilmir. Həftədə bir dəfə saçlarınıza qidalandırıcı maska çəkin.

Qayda 3.
Dodaqlara qulluq. Soyuqda dodaqlar çatlamasının və qurumasının qarşısını almaq üçün gigyenik pomadalardan istifadə edin. Onları gün ərzində tez-tez dodaqlarınıza çəkin. Əgər dekorativ pomada istifadə etməyə adət etmisinizsə, onda nəmləndirici və vitamin tərkibli pomadalardan istifadə edin.

Qayda 4.
Dekorativ kosmetika. Yay və payızdan fəqrli olaraq, qışda daha parlaq tonal kremlərə və kirşanlara üstünlük verin. İstifadə etdiyiniz tuş suyadavamlı olmalıdır. Əks halda göz yaşları olduqda yayıla bilər. Ənlik seçərsən, zərif çəhrayı və şəftəli çiçəyi rənglərə üstünlük verin.

Qayda 5.
Geyim. Əgər hesab edirsiniz ki, qışda donmamaq üçün mütləq qar adamı kimi geyinməlisiniz, səhv edirsiniz. Bu heç də vacib deyil. İsti geyinmək və eyni zamanda dəbli və zərif görünmək mümkündür. Məsələn, heç fikir vermisiniz, isti kolqotkalar və trikotaj ətəklər, cins və kolqotkalardan daha isti saxlayır? İndi istənilən parçadan istənilən bədən formasına uyğun ətəklər almaq mümkündür. Ancaq toxunma və trikotaj donlar dəbin zirvəsindədir. Onlar qəşəng, nəfis görünməklə yanaşı, həm də isti saxlayır. Əgər nazik yun vodolazka, üzərində də yaraşıqlı kardiqan geyinmisinizə, üstdən qolu qısa paltolar da geyinmək olar.
Ağ rəngdən qaçmayın. Ağ rəngli xəz və ya isti paltoda siz zərif və kövrək Qarqızı xatırladacaqsınız.

Qayda 6.
Ayaqqabı. Təəssüf ki, buzlu küçədə hündür nazik dabanlar yolverilməzdir. Düz podoş və ya kiçik, davamlı dabanlar daha təhlükəsizdir. Təbii dəridən üzəri xəzli çəkmə və botlar sizi daha cəzbedici göstərəcək.

Qayda 7.
Burnunuzun şaxtada qızarmaması üçün. Əgər içkili insanlar kimi küçədə burnunuzun qızarmasını istəmirsinizsə, onu qorumaq üçün əlinizdən gələni edin:

1. Küçəyə çıxmazdan əvvəl isti geyinin. Mütləq baş örtüyündən istifadə edin.

2. Küçəyə çıxmazdan əvvəl isti qəhvə və ya kakao için.

3. Əvvəlcədən buruna çəkilmiş uşaq kremi də burunun qızarmasının qarşısını yaxşı alır.

Əgər bunlar kömək etməsə, həkimə müraciət edin. Ola bilər ki, sizə damarların genişləndirilməsi üçün vitaminlər vacib olsun.

Gözəllik və Moda     Baxılıb: 3408   Tarix: 16 dekabr 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

40 yaşdan yuxarı qadınlar üçün saç modelləri

Hazırda moda sahəsində 40 yaşdan yuxarı qadınlar üçün lakonik saç düzümü dəbdədir.  Belə saç modelləri xanımların təbii gözəlliyini vurğulamağa imkan verir. Bu saç düzümləri həmçinin çox diqqət də tələb etmir. Belə ki, səhə

.

Bu qış hansı makiyaj növləri dəbdə olacaq?

Qarşıdan gələn qış mövsümünün trend makiyaj növləri açıqlanıb. Qış makiyajının əsas tendesiyaları hər il olduğu kimi bu il də gözəçarpan rənglərdir. Amma təbii ki, hər kəsin öz üz quruluşuna uyğun makiyaja üstünlük verməs

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

sonxeber.az yemek reseptleri kosmetik vasiteler qadin dunyasi dişlərə qulluq sellulit cins şalvar aybasi ucun derman kosmetika novruza aid hakisdalar novruz bayramina aid azərbaycan xlor lekesi cantalar