Qısqanan qadın bu hərəkətləri mütləq edər

Qısqanan qadın bu hərəkətləri mütləq edərQısqanan qadın bu hərəkətləri mütləq edər

Kişilər şüurlu qadın qısqanclığını təbii və hətta xoş qəbul edirlər.Kişiyə qarşı qısqanclıq qadının ona münasibətinin ciddi olmasından xəbər verir. Ancaq bəzən qadın qısqanclığı sərhədi aşır, sevgilisini itirməkdən qorxan xanım cüzi şeylərə anormal reaksiya verir, dəlillərə fikir vermədən qeyri-sağlam qısqanclığın əlamətlərini nümayiş etdirir.

1. O, hər həftə yoldaşını xəyanətdə təqsirləndırır
Xəstə qısqanclıq qurbanı olanlar hər həftə öz sədaqətini sübut etməyə çalışırlar. Hədsiz dərəcədə qısqanc qadın heç kimin məsləhətinə qulaq asmır, keçmiş şübhələrə görə üzr istəyib yenisinə başlayır.

2. O, kişini izləyir
Qısqanc qadınla münasibət detektiv novellasını xatırladır: belə qadın müntəzəm olaraq kişini izləyir, onu telefon zəngləri ilə bezdirir, hesab kitabçasını və ciblərini yoxlayır, hətta internet axtarış sisteminin tarixinə belə baxır.

3. O, yoldaşının subay kişilərlə dost olmasını istəmir
Xəstə qısqanclıq üzündən qadın əsl manipulyatora çevrilir - hər tanış kişi, onun hakimyyətinin potensial təhlükəsi olmağa başlayır. Subay dostlar - ikiqat təhlükədir. Xanımların fikrincə, o cür dostlar kişini gözəl tənha qadınlar olan kampaniyaya qata bilər. Bundan əlavə, o düşünür ki, kişinin heç dostu olmasa, daha yaxşıdır.

4. O, insanlar arasında dava salır
Qısqanclıq səhnəsi məkan, vaxt və ya mühitdən asılı deyil, "xəstə" qadın hər yerdə dava sala bilər. Qısqanc xanım ifadələrindən və səs tonundan utanmayaraq ailə, dostlar və cəmiyyət qarşısında kişini pərt edə bilər

5. O, yoldaşını iş yoldaşı ilə xəyanətdə günahlandırır
Hər dəfə kişi evə gec gələndə qadın onu iş yoldaşı ilə xəyanətdə günahlandırır. Ola bilər bir gün o, "çox işim var idi" bəhanəsi ilə "təsadüfən" onun ofisində peyda olacaq. Hədsiz qısqanc qadın sevgilisinin iş yerində katibə, ya başqa bir cazibədar assistentin çalışmasına dözə bilməz, əks halda kişini əsl katorqa gözləyir.

6. O, "təsadüfən" yoldaşının olduğu restorana gəlir
Ola bilsin qadın həmin restorana təsadüfən gəldiyini bildirəcək, lakin əminliklə demək olar ki, bu, əvvəlcədən planlaşdırılıb. Gözlənilmədən peyda olmağın arxasınca, "madam, ikimiz də burdayıq" deyərək gecəni birlikdə keçirmək və ya evə getmək təklifi gələ bilər. Qısqanc qadını heç nə saxlaya biməz, onun kişi kampaniyasında artıq olması belə.

7. O, sevgilisinin dostlarını sorğu-suala tutur
Həddindən artıq qısqanc qadının, yəqin ki, xüsusi "şpionlar" dəstəsi var, amma bununla belə, o, kişi qanunlarını tapdalayaraq onun dostlarını sorğu-suala çəkir.

8. Hətta yaxşı münasibət də onun kefini pozur
Qadınla keçirilən hər dəqiqə - başqası ilə eşqbazlıq etmək üçün əldən çıxmış imkan deməkdir. Bu üzdən o çalışacaq ki, kişini nəzarətdə saxlasın. Qadını ən məsum əməllər belə qıcıqlandırır - məsələn, axşamı evdə onunla keçirmək əvəzinə, kişi anasına və ya qohumlarına baş çəkməyə gedir.

9. O, sevgilisini dostları ilə heç yana buraxmır
Qeyri-normal qısqanclıqdan əziyyət çəkən qadın sevgilisinin dostları ilə birlikdə əylənməsinə imkan vermir, böyük ehtimal ki, barda olan cəlbedici gözəlçələrə biganə qala bilməyəcək. Beləliklə, evə qayıdan qısqanclıq xəstəliyinin qurbanı "döyüş meydanı" ilə üzləşəcək: o, hər şeyi nöqtəsinə kimi danışmalıdır: Harada? Necə? Kiminlə?

10. Kişi başqa qadınlara baxanda o qəzəblənir
Mənasız qısqanclıq qadını paranoya xəstəsinə çevirir: o, kişini nəinki başqa qadınlara baxanda, hətta onun yanından ötüb keçən gözəl xanımlara da qısqanır. Həddindən artıq qısqanc qadın sevgilisinin xarici görünüşündən asılı olmayaraq bütün xanımlarla əlaqəsini məhdudlaşdırmağa çalışır.

Ailə və Uşaq     Baxılıb: 5110   Tarix: 19 fevral 2015
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

sonxeber.az kosmetoloq adlarin menasi makiyaj instagram ev dizaynlari qonaq otagi çolkalı saç modelleri janrlar razyana çayı kosmetika qaynanaya aid balıq novruza aid hakistalar üzeyir hacıbəyli intim