Qız uşaqlarında aybaşı

Qız uşaqlarında aybaşıQızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir.

Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnın aşağı nahiyəsinə isti su ilə qrelka və s.

həkimlə məsləhətləşdikdən sonra bəzi dərman preparatları da istifadə etmək olar.

Aybaşı 3-5 gün davam edir, ümumiyyətlə isə, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün (bir qəmər ayı) olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti orta hesabla 24-30 gün arasında dəyişilir). Əksər qızlarda isə bu dövr tez bir zamanda 28 günlük dövr şəklində formalaşaraq bütün dölyaratma dövrü ərzində (klimaks dövrünədək) dəyişilmir.

Menstruasiyanın birinci ili aybaşı dövrü qeyrimütəmadi ola bilər. Bəzən 1-2 dövr müddətinə heç bir səbəb olmadan və ya bir sıra səbəblər üzündən (müxtəlif xəstəliklər, mənəvi sarsıntılar, qorxma, travma, natamam qidalanma və s.) menstruasiya tamamilə olmaya bilər. Əgər aybaşı başlayandan bir il ərzində mütəmadi tsikl formalaşmazsa - tam qaydasına düşməzsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa (yaxçı olar ki, uşaq ginekoloqu olsun) göstərmək vacib hesab edilir. Bu, yumurtalıqların müxtəlif xəstəlikləri, dıgər ciddi patoloji hallar və ya hamiləliklə əlaqədar ola bilər.

Aybaşı zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik aybaşı bezlərini dəyişdirərkən xarici cinsiyyət üzvlərini də yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil. Aybaşı dövründə bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilmir. Bu zaman, sadəcə olaraq, qarın divarının fiziki yüklənməsini istisna etmək tələb olunur.

Həkimlər qarşıdakı aybaşı haqqında qızlarını məlumatlandırmağın vacibliyi barədə analara xəbərdarlıq etdikdə, bir çox hallarda analardan "hələ vaxtımız var" cavabını eşidirlər. Nəticədə analar əksər hallarda qızlarını xəbərdar etməyə gecikirlər və qəflətən başlamış aybaşı zamanı, kifayət qədər məlumatı olmayan qızlar, qan görən kimi qorxur, təşvişə düşürlər. Bəzən hazırlıqsız olan qızlar onlarda baş verən dəyişikliklərdən utanaraq, baş vermiş menstruasiya barədə öz analarına xəbər vermir, müvafiq gigiyenik olmayan materiallardan (tam təmiz olmayan əsgilər, tualet kağızı və s.) istifadə edirlər ki, bu da onların müxtəlif infeksiyalara yoluxması ilə nəticələnə bilər. Belə problemlərin baş verməməsi üçün artıq 9 yaşında analar qızlarını qorxuya salmadan onlara aybaşı barədə ilkin məlumatlar verməlidirlər.

Qanazlığı olan qızları aybaşı dövrünə daha ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. qidaların miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq (qan xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.

Aybaşı vaxtı həddən artıq qanaxma olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək də vacib hesab edilir. Bir çox hallarda analar qızlarında ağrı ilə keçən aybaşıya etinasız yanaşırlar. Nəzərdən qaçırmayın ki, bu ağrılara səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, əyriliyi, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.

İlk aybaşıdan sonra hamilə qalmaq ehtimalı olsa da, 18 yaşa qədər hamiləliyin baş verməsi orqanizmin inkişafının hələ davam etməsi və qızın ana olmağa hələ psixoloji cəhətdən də hazır olmaması səbəbindən, heç bir halda arzuolunan hesab edilmir. Həkimlər hesab edirlər ki, ilk aybaşıdan sonra 5 il ərzində qızların orqanizmi hamilə qalmağa hələ kifayət qədər hazırlıqlı hesab edilmir. Yeniyetmə dövrü hamiləlik üçün risk faktoru sayılır. Yeniyetmə hamilələrdə bir çox hallarda ağır toksikozlar inkişaf edir, doğuş ağır keçir, körpələr çox vaxt anadangəlmə patologiyalarla doğulurlar. Bütün bu hallar gənc ana orqanizminin və onun cinsiyyət üzvlərinin kifayət dərəcədə yetkinləşməməsi ilə bağlıdır.

Ana olmagın minimal yaş dövrünü hesablamaq üçün aybaşı başlayan yaşın üzərinə 5 il əlavə etmək lazımdır:

13 yaş + 5 il = 18 yaş;

14 yaş + 5 il = 19 yaş və s.

Azyaşlı qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidirlər.

Saglamolun.Az

Sağlamlıq     Baxılıb: 2626   Tarix: 29 aprel 2018
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Sağlam hamiləlik necə olmalıdır - Qadınların diqqət edəcəyi məqamlar

Qadın  həyatının  ən əhəmiyyətli və həssas  dövrü olan sağlam hamiləliyin olması həm ananın həm də körpənin sağlamlığı üçün əhəmiyyətlidir. Sağlam hamiləliyin əsas şərti gələcək ananın hamiləlik boyu zərərli maddələrdən uza

turlar.az

sonxeber.az geyim şəkilləri gelinlikler geyim və ayaqqabılar şirniyyat reseptləri roya ayxan duxovkada toyuq qizartmasi körpələrdə süni qidalar kosmetika rus dilini öyrənək 2 ci dərs baldıza aid hakışta sac modelleri sağlamlığa aid atalar sözləri hakiwda