Qızabənzər oğlanlar niyə artır? - Çanaq genişlənir, süd vəziləri böyüyür, köklüyə meyilli olurlar

Qızabənzər oğlanlar niyə artır? - Çanaq genişlənir, süd vəziləri böyüyür, köklüyə meyilli olurlarSon zamanlar bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir.
Müəyyən qisim uşaqlıqdan cinsi şəxsiyyət pozğunluğu ilə üz-üzə qalır. Valideynlərin bəziləri uşağını cinsiyyət ayrı-seçkisi güdmədən böyüdür, əksəriyyəti isə bu yöndə sərbəstliyini məhdudlaşdırmağa çalışır.
Müşahidə etdiklərimiz nədir - hormonal disbalans, yoxsa qərbdən gəlmə təfəkkür?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən androloq Həmid Mustafayev problemin kökündə ailənin dayandığını deyib:
"Bu problemlər ailədən, xüsusilə də analardan başlayır. Onlar oğlan uşaqlarını daim yanlarında saxlayırlar. Bəzən heç atalarının yanına buraxmırlar. Ona görə də bəzi oğlanlar qız kimi böyüyürlər. Əvvəllər oğlan uşaqları ataları ilə birlikdə gəzintiyə, yaxud balıq tutmağa, idmana gedirdilər, indi isə elə deyil. Anaları ilə gözəllik mərkəzlərinə yollanırlar".
H.Mustafayevin sözlərinə görə, bunlar hamısı müasirliyin problemi, cinsi azlıqlara olan xüsusi qayğının fəsadlarıdır:
"Oğlanlarda 10-12 yaşda cinsi inkişaf dövrü başlayır. Bu dövrdə hormon yetməzliyi, testosteron əskikliyi varsa, bədən pozulur. Çanaq genişlənməyə başlayır, süd vəziləri böyüyür, köklüyə meyilli olurlar. Səsləri incələşir, davranışları zərif olur. Bu, testosteron çatışmazlığı ilə bağlıdır. Çünki testosteron xarakter formalaşdırır, güc mənbəyi hesab olunur. Testosteron nə qədər çoxdursa, uşaq da fiziki olaraq güclü olur.
İlk növbədə valideynlər üçün maarifləndirici çağırışlar edilməli, mütəmadi məlumat verilməlidir ki, oğlan uşaqlarını necə böyütmək lazımdır. Məsələnin ilk növbədə sosial tərəfi həll olunmalıdır. Oğlan uşaqları yetkinlik dövrünə qədər mütəmadi şəkildə uroloq nəzarətində olmalıdırlar".
Həkim qeyd edib ki, proses nəzarətdən çıxanda geri dönüş mümkün olmur:
"Bu, insanın fiziologiyasında baş verən xəstəlikdir. Kişi kişi kimi böyüməlidir. Həm də təbliğatın verdiyi fəsadlardır".
Endokrinoloq Emin Ağabalayev isə bunun fizioloji xəstəlik olmadığını deyir:
"Bu, əsasən psixoloji pozuntudur. Psixoloji deyəndə psixiatrik xəstəlik nəzərdə tutulmur. Burada sadəcə insanın tərbiyəsi, yaşadığı mühit, özünün düşüncələri nəzərdə tutulur.
Daxildə hormonal pozuntu olarsa, cinsi inkişafdan geri qalmalar varsa, bunlar qanda qadın hormonlarını artırır, o da öz təsirini göstərir. Burada psixoloji təsir var. Bu, xəstəlik deyil".
Psixiatr Bəxtiyar Mustafayev isə oğlanların qız kimi davranmalarını xəstəlik yox, seçim hesab edir:
"Əvvəllər xəstəlik hesab olunurdu, indi isə yox. Hormonların müəyyən qədər rolu ola bilər. Hazırda bu, insanların seçiminə, həyat tərzinə çevrilib. Bəzi insanlarda özündən asılı olmadan yaranır. Elələri də var ki, özlərini normal hesab edirlər".
B.Mustafayev belə davranışların sayının artmasının səbəbini sosial şəbəkələrlə əlaqələndirib:
"Yəqin ki, əvvəllər də çox olub. Lakin həmin dövrdə internet olmayıb, inkişaf etməyib. İndi isə özgüvən formalaşıb. Xəstəlik hesab olunmur. Bəzilərinin davranışı incə olsa da, hormonal bir problemləri olmur, yəni oğlanlara meyilli olmurlar. Lakin meyilin olması tam başqadır.
İndi sosial şəbəkələrdən hər şeyi görə bilirik. Bəzi saytlar sırf reytinq xətrinə bunu populyarlaşdırırlar. Daha əvvəllər onlara münasibət fərqli idi. İndi isə tamam başqadır. Sanki adiləşib".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 890   Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır- XƏBƏRDARLIQ

"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dər

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Niyə körpələrə yumurta ağı vermək olmaz?

Yağla zəngin olan yumurta sarısı uşağa 7-ci ayından verilməlidir. .   -a istinadən bildirir ki, uşaq bir yaşına çatana qədər yumurta ağını istehlak etmək tövsiyə edilmir. . Dondurulmuş çörəyin faydaları nələrdir?. Doğru bilinə

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

turlar.az

sonxeber.az maskalar geyim necə seçməli toy makiyaji sekilleri salatlarin bezedilmesi ayaq şişməsi intim hekayələr qonag otagi dizayni kosmetika saglam qidalanma atalar sozleri tut ağacı tutdudu heyati ana haqqinda bayati