"Qızılca soyuqdəymə əlamətləri ilə başlayır

"Qızılca hava-damcı yolu ilə yayılan və insandan-insana keçən virusdur. Qızılcaya əsasən uşaqlar yoluxur, lakin digər yaş qruplarından olan insanlar da bu virusa yoluxa bilər. Xəstə insan asqırdıqda, öskürdükdə və ya digər sağlam şəxslə fiziki təmasda olduqda xəstəliyin bir insandan digərinə ötürülməsi baş verə bilər".
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova bildirib.
N.Cəfərova qeyd edib ki, sağlam insan qızılcaya yoluxmuş insanın istifadə etdiyi əşyalarla təmas edərsə və yaxud xəstəyə qulluq zamanı virus əllər vasitəsilə həmin şəxsə keçə bilər:
"Buna görə də, xəstə insana qulluqdan sonra əllər sabunla yuyulmalıdır. Qızılca xəstəliyinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır. Bu xəstəliyin inkubasiya dövrü 7-14 gün təşkil edir".
"Xəstəlik soyuqdəymə əlamətləri ilə başlayır. Qızdırma, intoksikasiya, səpkilərlə xarakterizə olunur. Lakin xəstəlik gedişatına görə digər səpkili infeksiyalardan fərqlənir. Əsas əlamətlərdən biri səpkilərin mərhələli olmasıdır.
Qızılcanın başlanğıc əlamətləri - burun axması, asqırma, öskürmə, yüksək hərarət, yuxululuq, boğaz ağrısı, ağzın selikli qişasında boz ləkələr, konyunktivit (qırmızı gözlər), işığa qarşı həssaslığın artmasıdır.
Xəstəliyin 4-7-ci günləri arası səpgilər başlayır və mərhələlərlə olur. Səpkilər əvvəlcə üzdə, alında, qulaq və boyun arxasında başlayır, sonra bədənə, növbəti günlər isə qola və ayaqlara yayılır. Adətən dəridə qırmızı rəngdə, yüngül qabarıq olur. 50% xəstələrdə səpkilər ovcun içində və ayaq altında da görünür. Səpkilər 3-4 gün davam edir və ortaya çıxdığı yerdən başlayaraq təqribi 7 gün müddətində solmağa, tündləşməyə, qabıqlanmağa başlayır və tədricən keçirlər", - pediatr bildirib.
Onun sözlərinə görə, qızılca xəstəliyinə ancaq həkim dəqiq diaqnoz qoya bilər:
"Sağalana qədər uşaq həkim nəzarətində olmalıdır. Ağırlaşmalar baş verərsə, uşağı mütləq xəstəxana şəraitində müalicə etmək lazımdır. Yəni, bütün hallarda həkimə müraciət etmək ona görə vacibdir ki, ağırlaşmalar vaxtında müəyyənləşsin.
Qızılcadan qorunmağın ən yaxşı və təhlükəsiz yolu xəstəliyə qarşı vaxtında peyvənd olunmaqdır. Qeyd edək ki, peyvəndlənmənin vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib. Peyvənd qızılcaya qarşı güclü immunitet yaradır və yoluxma riskini aradan qaldırır.
Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar. Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar.
Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 716   Tarix: 19 fevral 2024
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.   -a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir. İki əlinizin şəhadət barmağın

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Fiziki fəaliyyət xərçəng riskini azaldır?

"Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bu barədə xərçəngin reabilitasiyası sahəsindəki mütəxəssisi, Hull Universitetində

.

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. -a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev məluma

.

Doşaba 1 qaşıq bu ədviyyatdan əlavə edin və... – Enerji içkilərinə ehtiyac qalmayacaq

Doşab və zəncəfil insan sağlamlığı üçün faydalı qidalar arasındadır.   -a istinadən xəbər verir ki, şəfa mənbəyi olaraq görülən bu iki qida qarışdırılaraq dərman kimi də istehlak edilə bilər. Onlardan əldə edilən qarışı

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin

Müxtəlif qidaların düzüldüyü zəngin səhər yeməyi süfrəsini bir çox insan sevir. Ancaq səhərlər hər qidanı yemək olmaz. Həkimlər səhərlər istehlak edildikdə sağlamlığa mənfi təsir edə biləcək 10 qidanın adını açıqlayıblar

.

Yaponiya 2 milyardlıq COVID-19 peyvəndini atır

Yaponiya əvvəllər alınmış ümumi dəyəri təxminən 1,93 milyard dollar (3,281 milyard manat) olan böyük həcmdə COVID-19 preparatlarını məhv etmək niyyətindədir.   -a istinadən xəbər verir ki, Shionogi" şirkətinin istehsal

turlar.az

sonxeber.az həkim məsləhəti hamiləlik geyim və ayaqqabılar vətən bayatıları olum haqqinda maraqli faktlar ayaqqabılar arıqlama vasitələri kosmetika zəhmət burcler qızlıq pərdəsi kahfe falı lakonizim