Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdır

Qızılcadan qorunmaq üçün bu qidalar faydalıdırTəəssüf ki, qızılca infeksiyasından tam müdafiə yoxdur. Sadəcə immuniteti gücləndirən tibbi prosedur mövcuddur. Qızılca infeksiyasına yoluxan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir.
Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında pediatr, həkim-allerqoloq Xəyalə Quliyeva deyib.
Onun sözlərinə görə, müalicə məhz xəstəliyin əlamətlərinə görə təyin olunur:
"Məsələn, hərarət, öskürək varsa, onlara uyğun olan həblər verilir. Əsasən, xəstəliyin ağırlaşmasının qarşısını ala biləcək dərman kimi A vitamini məsləhət görülür. Bu vitamin meningitdən, otitdən, pnevmaniyadan, ən əsası isə görmə problemindən qoruyur. Əgər qızılca infeksiyasına yoluxma diaqnozu qoyulubsa, mütləq A vitamini qəbul edilməlidir. Xəstəliyin simptomlarına gəlincə, bunlar gözdə əzginlik, qızartılar, öskürək və sonda hərarətin artmasıdır. Qızılca xəstəliyinə yoluxanların bir neçə gün sonra bədənində səpkilər yaranır. Səpkilər ilk gün üzdə, qulaqda olur, növbəti gün boyun və yuxarı ətraflara, sonrakı günlər isə aşağı ətraflara yayılır".
Mütəxəssis vurğulayıb ki, bu dövrdə A vitamini ilə zəngin olan qidalar qəbul edilməlidir:
"Bura süd məhsulları, portağal, yerkökü və s. daxildir. Eyni zamanda, bolluca maye qəbul edilməlidir, çünki xəstəlik zamanı dəri su itirir, susuzlaşır. Xəstə yataq rejiminə keçməli və heç kimlə təmasda olmamalıdır. Digər qorunma yolu isə peyvənd olunmaqdır. Qızılca infeksiyasına yoluxan uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağı tez-tez havalandırmalı, günəş işığının düşməsinə nəzarət etməli, həmçinin otaqda rütubətə diqqət yetirilməlidir. Onlara qulluq edən şəxslər isə qoruyucu maskadan istifadə etməlidirlər. Peyvənd 1 və 6 yaş aralığında edilir. Əgər 1 yaşında peyvənd olunmayıbsa, 6 yaşa kimi, 6 yaşda olunmayıbsa, 10 yaşa kimi vaksin vurulmalıdır. Ümumiyyətlə, peyvənd dozasını almayıbsa, 6 yaşından sonra müəyyən nəzarətlə peyvənd oluna bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 683   Tarix: 13 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Həkim qəbulunda etdiyimiz SƏHVLƏR

Pasiyentlər tez-tez həkim qəbulu zamanı səhvlər edirlər. .   -a istinadən xəbər verir ki, mütəxəssislər pasiyentlərin növbədə olarkən başqalarının söhbətlərini dinləməməyi tövsiyə edir. Həmçinin, başqa bir xəstənin gəlişini

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Yüksək təzyiqi salmaq üçün bunu yeyin

Kətan toxumunun mədə-bağırsağa müsbət təsiri çoxdan məlumdur. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Maykl Mosli bu toxumlarla yüksək təzyiqi salmağın mümkünlüyünü bildirib. Moruq bu xəstəlikləri sağaldırmış 

turlar.az

sonxeber.az toy makiyajlari geyim şəkilləri maskalar qrip və soyuqdəymə hər gün bal praktik məsləhətlər elme aid atalar sozleri kosmetika webnem tovuzlu hakista novruz hakisdalari birlik gəncə