Qızlar ərə gedəndə bu xəstəliyi gizlədirlər

Qızlar ərə gedəndə bu xəstəliyi gizlədirlərAzərbaycanda son zamanlar süni mayalanma halları artıb.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Hamilələrin patologiyası şöbəsinin müdiri Zinyət Muradova bildirib ki, bu, valideynlərin istəyi ilə deyil, sonsuzluq hallarının artması ilə bağlıdır.
        Azadqadin.az modern.az-a istinadən xəbər verir ki, respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova açıqlamasında süni mayalanmanın artım səbəbinin sonsuzluq hallarının artması kimi qiymətləndirilməsilə razılaşmayıb: "Süni mayalanmada kəskin əhəmiyyət kəsb edən artım yoxdur. Bunu yalnız hamilə qadınların dövlət müəssisələrinə qeydiyyata düşməsilə izah etmək olar. Yəni süni mayalanmaya müraciət edən qadınların sayı artmayıb. Sadəcə, xidmətdən yararlanmış qadınların qeydiyyatının aparılması yaxşılaşdırılıb".
Baş ginekoloq sonsuzluq yaradan səbəblərin müxtəlif olduğunu deyib: "Mamalıqda həm mühit, həm qidalanma, həm həyat tərzi orqanizmdə fəaliyyət göstərən bütün daxili və xarici endokrin sisteminə təsir göstərir. Amma birmənalı olaraq demək olar ki, hansısa qida-qablaşdırılmış heyvani mənşəli yağ insan sağlamlığına mənfi təsir göstərir, biz bunu açıqlaya, yaxud iddia edə bilmərik. Çünki hər bir istehsalçı bu qidanı əhaliyə satmamışdan əvvəl klinik laboratoriyalarda təhlillərdən keçirir. İstehsal edilən məhsul insanlara təklif edilməzdən əvvəl də laboratoriya şəraitində heyvanlara yedizdirilir. Əgər uzun müddətli nəzarətdən sonra heyvanın orqanizmində dəyişiklik olmursa, onu insanlara təklif edirlər. Əgər şirkət açıq satışa keçibsə, Səhiyyə Nazirliyinin qida blokuna nəzarət edən məsul şəxsləri buna tam məsuliyyət daşıyır. Çünki istehsal üçün icazəni onlar verirlər. İnanmıram ki, kimsə bilərəkdən klinik tədqiqat aparıldıqdan sonra ziyanlı məhsulun istehsalına və satışına icazə verə. Ona görə birmənalı olaraq hansısa qidanın sonsuzluq səbəbi olduğunu söyləmək olmaz.
Az dinamik həyat tərzi, vaxtlı-vaxtında həkimlərə getməmək nəticəsində orqanizmdə baş verən xroniki proseslərin kəskinləşməsi, hipodinamik, yəni idmanla məşğul olmamaları, düzgün həyat tərzi sürməmələri, gün ərzində yaşadıqları stress və narahatlıqlar, kütləvi informasiya vasitələrindən geniş istifadə, texnologiyalar, telefonlar və s. insanların sağlamlığına müəyyən dərəcədə təsir göstərir. Amma bizdə belə bir məlumat yoxdur ki, hansısa qidanı yeyəndə orqanizmdə hansı dəyişiklik baş verir. Qutu yağı, yaxud "əl yağı" yaxşıdır, ya pisdir. İkinci tərəfdən, faktdır ki, müəyyən dərmanlar qəbul etdikdə, qadının menstruktiv funksiyasına və ana bətnində inkişaf edən embriona, eynilə də oğlan uşaqlarının, kişilərin orqanizminə təsir göstərir. Amma bu kimyəvi maddələr, gübrələr, hormonal dərmanlardır. Bunların qidalara müdaxiləsi qeyri-mümkündür. Çünki zavodlar, fabriklər onu istehsal edir ki, sərf etdiyi maliyyədən gəlir götürsün. Bunu bilərək hansısa qidaya vurmurlar ki, insanlar xəstələnsin, bu, anlaşılmaz və inanılması çətin məsələdir".
S.Məmmədova bəzi valideynlər öz övladlarının xəstəliklərini gizlədirlər və belə faktlar artıb.
"Hər nə qədər dəyişiklik olsa, hər nə qədər yüksək texnologiyalar əsrində yaşasaq da, azərbaycanlı valideynlər öz uşaqlarının xəstəliklərini, problemlərini gizlədirlər. Qızları ərə verəndə, oğlanı evləndirəndə deyirlər "hər şey əladır, sağ-salamatdır". Amma qız ərə gedəndə uşağı olmur, yaxud hamiləlik vaxtı vərəm, epilepsiya, ginekoloji, endokrinoloji xəstəlikləri və s. üzə çıxır. Bu kimi hallar gizlədilir və nəticədə hamiləliyin fəsadlaşmasına səbəb olur. Çünki valideynlər öz övladlarının xəstəliklərini gizlədirlər, həkimlərə vaxtında müraciət etmirlər, müayinədən keçmirlər. Baxmayaraq ki, bizim ölkə rəhbərliyi tərəfindən pulsuz dispanzerizasiya təşkil olunur. Amma əhali bundan tam həcmdə istifadə etmir. Kişilərin sonsuzluq səbəbi müxtəlifdir. Bu səbəblərin bünövrəsində orqanik dəyişikliklər durur. Onlara vaxtında diaqnoz qoymaq, müayinə və müalicədən keçirmək lazımdır. Oğlan uşaqları vaxtında müayinə edilmədiyi üçün sonsuzluq səbəbləri artır, gizlədilir və nəzərə alınmır. Çünki heç bir valideyn "mənim oğlum sonsuzdur" reallığı ilə razılaşmır".

Sağlamlıq     Baxılıb: 2079   Tarix: 04 aprel 2019
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Psixoloq ideal öpüşün 3 sirrini açdı

Romantik münasibət və evliliyi ehtiraslı öpüşsüz təsəvvür etmək mümkün deyil.  . "Medicina" xəbər verir ki, psixoloq Kevin Bennet şəxsi həyatda uğur qazanmaq üçün düzgün və yaddaqalan öpüşün vacibliyini vurğulayıb

turlar.az

sonxeber.az geyim necə seçməli geyim seçimi gelinlikler salat reseptləri qarindaki yaglari eritmek dəri xəstəlikləri gənc qızlar üçün saç düzümləri kosmetika nizami gencevi novruza aid hakistalar gunay sekisler vətən haqqında bayatılar