"Qız"lar ! Günün ilk yarısı ünsiyyət üçün əlverişlidir -Bugün bürclər nə vəd edir

"Qız"lar ! Günün ilk yarısı ünsiyyət üçün əlverişlidir -Bugün bürclər nə vəd edirDünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı formada hazırlaşın. Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya mane olan sədləri aradan qaldırın.

Buğa - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin fikirlərini öyrənməyə can atın.

Əkizlər - köhnə dostlar sizə yardım edəcəklər. Günün ikinci yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar fəaliyyət müstəvisində problemlər yarana bilər. Axşam saatları pis deyil.

Xərçəng - mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz həddən artıq müşkül məsələyə çevriləcək.

Şir - karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək gərəkdir. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq var.

Qız - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları yaranır.

Tərəzi - mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir. Səfərə yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt davranın. Axşam saatlarına yaxın travma riski artacaq.

Əqrəb - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.

Oxatan - məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun. Yorğunluq hiss etməyəcəksiniz. Axşam saatları aktiv istirahət və açıq havada gəzinti üçün münasib zamandır.

Oğlaq - ünün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanları arxanızca aparın.

Dolça - riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar aramayın. Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız. Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları yaranıb.

Balıqlar - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın. Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli olmayın, təhlükəli işlərə qatılmayın.

Maraqlı     Baxılıb: 2471   Tarix: 26 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfi

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsində uğur qazanmış namizədlər üçün müsahibə mərhələsinə start verilir. Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  -a bildirilib ki, müsahib

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Əziz Sancar AMEA-nın fəxri üzvü seçildi

Nobel mükafatı laureatı Əziz Səncər AMEA-nın fəxri üzvü seçilib. xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın bu gün keçirilən ümumi yığıncağında müzakirəyə çıxarılıb. Qeyd olunub ki, AMEA prezidenti, akademik İsa Həbibbəyl

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

turlar.az

sonxeber.az hamilelikde qidalanma geyim necə seçməli makiyaj instagram orucluqda cinsi əlaqə atalar sozleri ve meseller baliq yaginin faydalari körpə gəzintidə kosmetika hesaplama rus dilini öyrənək 2 ci dərs eqreb narin faydasi laylalar