Qızlarda və oğlanlarda boy artımı neçə yaşa qədər davam edir?

Qızlarda və oğlanlarda boy artımı neçə yaşa qədər davam edir?"Azərbaycanlı uşaqların inkişafının necə olmasını dəqiq demək üçün gərək elmi tədqiqatlar aparılsın. 2016-2020-ci illərdə apardığımız elmi tədqiqatda biz uşaqları Türkiyənin 2008-ci il və Ümumdünya Səhiyyə Təşkilatının 2012-2013-cü illərinə aid olan cədvəlləri ilə müqayisə etdik".
Bunu səhiyyə nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov bildirib.
Onun sözlərinə görə, elmi tədqiqatların nəticələrinə görə, xüsusən 5-6 yaşa qədər olan uşaqlarda çəki nisbətən artıq idi, bədən kütlə indeksi daha yüksək idi.
"Burada çox faktorlar səbəb ola bilər. Məsələn, düzgün olmayan qidalanma, oturaq həyat tərzi və s. Əlbəttə ki, elmi tədqiqatın nəticələri bizi narahat edir, çünki piylənmə son illərdə dünyada davam edən ən böyük problemlərdən biridir".
Həkim uşağın yaşına uyğun boyu və çəkisi deyəndə cədvəllərdə ən alt və ən üst norma olduğunu və bu göstəricilərin daxilində olan uşaqların normal hesab olunduğunu qeyd edib:
"Eyni zamanda, uşaqlarda biz standart çəki vahidi qəbul etmirik, çünki uşaq ola bilər ki, alt normasının göstəricisinə yaxındır, amma davamlı inkişafı eyni tendesiyada gedir. O zaman bu çəki onun üçün normal qəbul edilir. Eyni şəkildə biz uşağın ata-anasının boyunu bildiyimiz zaman onun yaşına uyğun inkişafını qiymətləndirə bilirik. Belə ki, qız uşağının sağlam şəkildə böyüməsini müyyənləşdirmək üçün biz onun valideynlərinin boylarının ölçüsünü toplayırıq, alınan rəqəmdən 13 santimetr çıxırıq və ikiyə bölürük. Oğlan uşağı üçün isə bu göstəricinin üstünə 13 santimetr gəlirik və 2-yə bölürük. Beləliklə, uşağın genetik potensialına görə hədəf boyunu hesablayırıq. Əgər indiki boy göstəricisi ilə gözlənilən boy bir-birinə uyğun gəlmirsə, o zaman boy inkişafının geridə qaldığı söylənilə bilər".
E.Rəhimov boy artımının ən çox ana bətnində baş verdiyini bildirib:
"Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir.
Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir"./Modern.az 
Saglamolun.Az

Ailə və Uşaq     Baxılıb: 1311   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Körpələrə doğum zamanı bunu etmək ƏLİLLİK VƏ ÖLÜM RİSKİNİ ARTIRIR

Vaxtından əvvəl doğulmuş körpələrdə göbək kəsilmədən əvvəl 60 saniyə gözləmək lazımdır. Bu üsulla vaxtından əvvəl doğulan hər 20 körpədən biri böyük xəsarət almadan sağ qalacaq. Yeni bir araşdırmaya görə, yeni doğulmuş körpəni

.

Qorxu və narahatlıq uşağın beyninə NECƏ TƏSİR EDİR?

Bəzi uşaqlar hisslərini açıq şəkildə ifadə etsələr də, bəziləri hisslərini içində saxlaya bilər. Uşaqların beyni hələ tam inkişaf etmədiyi üçün stresli və narahat vəziyyətlər onların beyinlərinə mənfi təsir göstərə bilər

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

turlar.az

sonxeber.az maskalar qadın geyimi geyim şəkilləri kişi psixologiyası turşu resepti mexmerek dəridə ləklər kosmetika xerceng yumurta uşaq şeirləri atalar sözü bayraq