Qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidir!

Qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidir!Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir.

Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), qarının aşağı nahiyəsinə isti su ilə qrelka və s.

həkimlə məsləhətləşdikdən sonra bəzi dərman preparatları da istifadə etmək olar.

Aybaşı 3-5 gün davam edir, ümumiyyətlə isə, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün (bir qəmər ayı) olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti orta hesabla 24-30 gün arasında dəyişilir). Əksər qızlarda isə bu dövr tez bir zamanda 28 günlük dövr şəklində formalaşaraq bütün dölyaratma dövrü ərzində (klimaks dövrünədək) dəyişilmir.

Menstruasiyanın birinci ili aybaşı dövrü qeyrimütəmadi ola bilər. Bəzən 1-2 dövr müddətinə heç bir səbəb olmadan və ya bir sıra səbəblər üzündən (müxtəlif xəstəliklər, mənəvi sarsıntılar, qorxma, travma, natamam qidalanma və s.) menstruasiya tamamilə olmaya bilər. Əgər aybaşı başlayandan bir il ərzində mütəmadi tsikl formalaşmazsa - tam qaydasına düşməzsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa (yaxşı olar ki, uşaq ginekoloqu olsun) göstərmək vacib hesab edilir. Bu, yumurtalıqların müxtəlif xəstəlikləri, dıgər ciddi patoloji hallar və ya hamiləliklə əlaqədar ola bilər.

Aybaşı zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik aybaşı bezlərini dəyişdirərkən xarici cinsiyyət üzvlərini də yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil. Aybaşı dövründə bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilmir. Bu zaman, sadəcə olaraq, qarın divarının fiziki yüklənməsini istisna etmək tələb olunur.

Həkimlər qarşıdakı aybaşı haqqında qızlarını məlumatlandırmağın vacibliyi barədə analara xəbərdarlıq etdikdə, bir çox hallarda analardan "hələ vaxtımız var" cavabını eşidirlər.

Nəticədə analar əksər hallarda qızlarını xəbərdar etməyə gecikirlər və qəflətən başlamış aybaşı zamanı, kifayət qədər məlumatı olmayan qızlar, qan görən kimi qorxur, təşvişə düşürlər. Bəzən hazırlıqsız olan qızlar onlarda baş verən dəyişikliklərdən utanaraq, baş vermiş menstruasiya barədə öz analarına xəbər vermir, müvafiq gigiyenik olmayan materiallardan (tam təmiz olmayan əsgilər, tualet kağızı və s.) istifadə edirlər ki, bu da onların müxtəlif infeksiyalara yoluxması ilə nəticələnə bilər. Belə problemlərin baş verməməsi üçün artıq 9 yaşında analar qızlarını qorxuya salmadan onlara aybaşı barədə ilkin məlumatlar verməlidirlər.

Qanazlığı olan qızları aybaşı dövrünə daha ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. qidaların miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq (qan xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.

Aybaşı vaxtı həddən artıq qanaxma olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək də vacib hesab edilir. Bir çox hallarda analar qızlarında ağrı ilə keçən aybaşıya etinasız yanaşırlar. Nəzərdən qaçırmayın ki, bu ağrılara səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, əyriliyi, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.
İlk aybaşıdan sonra hamilə qalmaq ehtimalı olsa da, 18 yaşa qədər hamiləliyin baş verməsi orqanizmin inkişafının hələ davam etməsi və qızın ana olmağa hələ psixoloji cəhətdən də hazır olmaması səbəbindən, heç bir halda arzuolunan hesab edilmir. Həkimlər hesab edirlər ki, ilk aybaşıdan sonra 5 il ərzində qızların orqanizmi hamilə qalmağa hələ kifayət qədər hazırlıqlı hesab edilmir. Yeniyetmə dövrü hamiləlik üçün risk faktoru sayılır. Yeniyetmə hamilələrdə bir çox hallarda ağır toksikozlar inkişaf edir, doğuş ağır keçir, körpələr çox vaxt anadangəlmə patologiyalarla doğulurlar. Bütün bu hallar gənc ana orqanizminin və onun cinsiyyət üzvlərinin kifayət dərəcədə yetkinləşməməsi ilə bağlıdır.

Ana olmagın minimal yaş dövrünü hesablamaq üçün aybaşı başlayan yaşın üzərinə 5 il əlavə etmək lazımdır:

13 yaş + 5 il = 18 yaş;

14 yaş + 5 il = 19 yaş və s.

Azyaşlı qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidirlər.

Sağlamlıq     Baxılıb: 3679   Tarix: 08 fevral 2016
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Şarmlı qadınlarda kişiləri başdan çıxaran şeylər - BU YALNIZ QADIN SİRRİDİR - FOTOLAR

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bir çox üsullardan istifadə edirlər. Bu üsullar nəticə vermədikdə özünü bədbəxt hiss edir, amma əslində vəziyyət o qədər də mürəkkəb deyil. Kişilərin qadınlara baxdığı bəzi məqamla

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

sonxeber.az aksessuarlar gelinlikler qadin sayti toyuq yeməkləri dil haqqinda atalar sözləri sevgi ve seks qarabasaq kotleti kosmetika saglam qidalanma sekis oglan evi irem derici nizami gəncəvi