Qohumla niyə evlənmək olmaz? - HƏKİM RƏYİ

Qohumla niyə evlənmək olmaz? - HƏKİM RƏYİYaxın qohumlararası (əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu, əmiqızı, xalaqızı, dayıqızı, bibiqızı) nikahın tarixən mühüm siyasi və iqtisadi səbəbləri olmuşdur.

Məsələylə bağlı beynəlxalq sertifikatlı həkim-psixoterapevt, hipnoloq, seksoloq, Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü Şəmsəddin Babayev Metbuat.az-a açıqlama verib: "Kral sülalələri əvvəllər kənar adamları öz dairələrinə buraxmırdı və nikahlar, ancaq kral ailələrinin üzvləri arasında bağlanılırdı. Bəzi xalqlar isə belə başa düşürdülər ki, pul ailədən kənara çıxmamalıdır. Kübar ailələr ideal nikah qurmaq və öz soyadlarını qorumaq üçün qanlarını kənar qanla qarışdırmaq istəmirdi. İndi isə alimlər deyirlər ki, Misir fironlarının sülaləsinin sönməsinə səbəb məhz qohumlararası nikahlar olmuşdur. Genetiklər daim təsdiq edirlər ki, qohum nəsillərdə fizioloji anomaliyaların mümkün olma ehtimalı çoxdur. Məhz kral sülalələrində uşaqlar irsi anomaliyalardan daha tez-tez əziyyət çəkmiş, onların həyat qabiliyyətləri aşağı olmuşdur. Müasir alimlərin fikrincə, kənar qanlar çox qarışdıqca, nəsil daha sağlam, gözəl və əqli cəhətdən inkişaf etmiş olur. Qohumlararası nikah Asiyada, ölkəmizdə normal sayılır, Avropada buna heç bir hüquqi qadağa qoyulmayıb, ABŞ-da 24 ştatda buna rəsmi qadağa qoyulub, 7 ştatda isə genetik ekspertizanın icazəsi ilə qohumlar evlənə bilər".

Həkim əlavə edib ki, burada müəyyən tibbi risklər də var. Qohumlarda genlərin eyni gizli dəyişikliklərinə həddən artıq rast gəlinir. Doğulacaq uşaqda genin məlum dəyişikliyi böyük ehtimalla artıq gizli yox, aşkar olacaq, yəni, valideyn sağlam olsa belə, uşaq fiziki və ya əqli cəhətdən xəstə doğulacaq. Odur ki, qohumlar ilk öncə genetik ekspertizadan keçməli, onlardan öncəki bir neçə nəsil sağlamdırsa və tibbi risk yoxdursa, nikaha girə bilərlər.

Maraqlı     Baxılıb: 2745   Tarix: 08 aprel 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Bu gün saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən bildirilib

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

NASA "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb - FOTO

ABŞ-ın aeronavtika və kosmik fəzanın tədqiqatı üzrə milli idarəsi (NASA) "Yaradılış Sütunları"nın yeni fotolarını yayıb. "Report"a istinadən bildirir ki, fotolar Ceyms Vebb kosmik teleskopu vasitəsil

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Müəllim və direktorlara ŞAD XƏBƏR

2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsai

turlar.az

sonxeber.az kosmetoloq aksessuarlar yemek reseptleri hər gün bal xolesterini azaldan qidalar arıqlamaq 2024 un geyimleri kosmetika novruz qiz evi haxista salam qu quşu sanamalar