Qoyun ətini necə seçməliyik? - Araşdırma

Qoyun ətini necə seçməliyik? - AraşdırmaAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin mütəxəssisləri Q.Ş.Cəlladov, R.B.Səfərova, K.N.Orucova qoyun ətinin xüsusiyyəti və qida dəyəri haqqında məqalə hazırlayıb.
"Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Bu qoyun ətinin ekoloji təmiz, keyfiyyətli və asan həzm olunması ilə yanaşı, diyetik xüsusiyyətləri ilə bağlıdır. Qoyun ətinin xarakterik xüsusiyyətlərindən biri də tərkibindəki kreatinin metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olmasıdır. Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stress amilləri ilə əlaqədar olaraq dəyişir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 q intervalında dəyişir.
Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv maddələr, mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən təşkil olunmuşdur.
Qoyun ətinin əzələ toxumasında birləşdirici toxuma zülalları (kollagen, elastin, mutsin, mukoidlər və b.) istisna olmaqla, zəngin və yüksək bioloji dəyərə malik zülal kompleksi cəmləşmişdir. Bu sıraya miogen, mioqlobin, qlobin, mioalbumin, miozin, aktin, aktomiozin, troponin, tropomiozintitin, desmolin və b. şamil etmək olar. Miogen əzələ zülallarının 20-30 %-ni təşkil edir və digər zülallardan fərqli olaraq ət qaynadılarkən asanlıqla bulyonun tərkibinə keçib, səthində köpük şəklində toplanır. Mioqlobin intensiv işləyən əzələlərdə daha çoxdur. Əzələ toxumasının rənginin qırmızı çalarlı olması mioqlobinin miqdarından asılıdır. Yaşlı heyvanlara nisbətən quzuların əzələ toxumasının tərkibində mioqlobin az olduğundan ətinin rəngi də solğun-çəhrayı olur. Miozin əzələ toxuması zülallarının 35 %-ni təşkil edir və bir hissəsi aktinlə birləşərək tərkibində əvəzolunmaz amin turşuları ehtiva edən aktomiozin kompleksinə çevrilir.
Göründüyü kimi, qoyun ətinin tərkibindəki ümumi zülalların çox hissəsi sadə zülal fraksiyalarından təşkil olunmuşdur ki, bu da onun digər ət növlərindən fərqli olaraq dadlı və şirəli olmasını şərtləndirir. Həmçinin zülalların aminturşu spektrində demək olar ki, bütün amin turşuları balanslaşmış şəkildə iştirak edir. Qoyun ətinin tərkibində qliko-, lipo-, nukleo-, fosfoproteidlər və digər mürəkkəb zülallar da mövcuddur.
Qoyun ətinin tərkibindəki ekstraktiv maddələr də xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, azotlu ekstraktiv maddələr (kreatin, kreatinin, qlutation, karnozin, amin turşuları, purin və pirimidin əsasları və b.) ətin orqanoleptik xüsusiyyətlərini (konsistensiyası, dadı, qoxusu və s.), azotsuz ekstraktiv maddələr isə (qlikogen, dekstrinlər, qlükoza, süd turşusu, piroüzüm turşusu və b.) onun yetişmə prosesini tənzimləyir. Qoyun ətində qlikogenin miqdarı az (0,8 %) olsa da, heyvan kəsildikdən sonra onun süd turşusuna parçalanması ilə ətin pH göstəricisi turşuluğa doğru (pHƏzələ toxumasında lipidlərin (yağların) tərkibi heyvanın cinsi, yaşı, yemlənməsi və bəslənməsindən asılı olaraq dəyişir. Əzələ toxumasındakı yağların tərkibində mono-, di- və triasilqliserinlər, sərbəst yağ turşuları, sterinlər, fosfolipidlər, quyruqda toplanan yağların tərkibində isə doymuş ali yağ turşuları (stearin, palmitin, miristin və s.) ilə zəngin triasilqliserinlər (neytral yağlar) üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən qoyun əti həm də diyetikdir. El arasında qoyun ətinin "ağır" olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır. Yağların konsistensiyasının bərk olmasında doymuş yağ turşuları üstünlük təşkil edir. Bu səbəbdən də həzm pozğunluğu zamanı belə yağlar orqanizm tərəfindən çətin mənimsənilir.
Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə olunur. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması həm də ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Bu növ ətin istehlakı hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Çünki qoyun ətinin tərkibi fol turşusu ilə zəngindir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.
Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə olunmur. Ətin tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkənlər üçün də istehlakı zərərlidir.
Digər ət növləri kimi qoyun əti də sanitar-gigiyenik qaydalara uyğun tədarük və istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan qoyunların kəsiminə yol verilməməlidir. Həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməli və ya evlərə təhlükəsiz çatdırılması təmin olunmalıdır. Unutmayın ki, ev şəraitində ətin təhlükəsiz hazırlanması üçün ayrı lövhə və bıçaqdan istifadə olunmalıdır. Bundan başqa ətin soyuducuda yerləşdirilməsi çarpaz çirklənmənin qarşısını alacaq şəkildə həyata keçirilməlidir. Qoyun əti yalnız termiki olaraq yaxşı bişirilmiş şəkildə istehlak olunmalıdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 854   Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız

Göz altındakı şişlik və ya torbalar qadınların 80%-nin problemidir. Yaşlanma, sıx emosiyalar, yuxu olmaması və ya müəyyən sağlamlıq şərtləri gözlərin şişməsinə səbəb ola bilər. Eyni şey duza aiddir - duzlu qidaların həddində

turlar.az

sonxeber.az qadin dunyasi sade makiyaj sekilleri adlarin menasi yalan danismaq haqqinda atalar sözləri pustenin faydalari 2024 yay paltarlari haxışta sözləri kosmetika arxadan olmag meseller masqalar novruz bayramina aid hakistalar baldiza aid haxisda