Qulaqda səslər nədən yaranır?

Qulaqda səslər nədən yaranır?Qulaqda səsin-küy, cingiltinin yaranması çox zaman adi hal kimi dəyərləndirilir. Bu problemlə üzləşənlər küyün, səsəin öz-özünə keçib gedəcəyini düşünürlər. Amma bəzən qulaq küyü keçmək əvəzinə illərlə davam edir. Qulaqda səslər nədən yaranır? Bunun qarşısını necə almaq olar?
Milli.Az e-tibb.az-a istinadən burun-qulaq-boğaz-baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərovun yazısını təqdim edir.
Bəzən insanın qulağı tutulur, sanki bir vakuuma düşmüsən. Qulağında qəribə bir səs yaranır, bir uğultu eşidirsən. Havada uçursan elə bil.
Belə uğultu çoxunu yorur, çünki insanda üzgünlük yaradır. Balıqqulağını qulağa dirəyəndə, dənizin səsini xatırladan bir səs əmələ gəlir, bunun bənzəri də qulaq tutulmasında baş verir. İnsan qulağındakı səs-küydən yorulur, bilmir başını hara qoysun, necə dincəlsin.
Elmi dildə buna tinnitus deyirlər. Öz-özlüyündə ayrıca xəstəlik deyil, çünki digər xəstəliklərin təzahürü kimi ortaya çıxır, hətta bəzən yaşla da əlaqəli olur. Belə simptomların yaranmasına daha çox koxlear nevrit, orta otitlər, arterial təzyiqin yüksəlməsi və sair faktorlar səbəb olur. Adı çəkilən qulaq xəstəlikləri və eşitmənin pozulması zamanı bəzi səslər küy kimi qavranılır. Yüksək təzyiq də qulaqda bu tip səslərin yaranmasına bəzən gətirib çıxardır, baş gicəllənməsi də olur.
Bir para dərmanın qəbulu, beyin damarlarının aterosklerozu, osteoxondroz, baş-beyin travmaları, beyin xərçəngi qulaqda səsin yaranmasına səbəb ola bilər.
Müalicəsi varmı? Qulaqda küyün aradan qalxması daha çox onu yaradan səbəbi aradan qaldırmaqla baş verir. Düzgün diaqnoz olduqda qarşısını almaq, nəsə tədbir görmək olur. Statistik məlumata görə, dünyada yaşayan bütün insanların haradasa 10-20 faizi belə bir problemlə rastlaşır.
İlk növbədə qulaq, burun, boğaz həkiminin qəbuluna getmək məsləhətdir, çünki patologiyanın məhz qulaqla əlaqəli olub olmadığını təyin etmək lazımdır. Daha sonra təzyiqi və ürəyi yoxlamaq, terapevtin yanında olmaq, nevropatoloqa baş çəkmək tələb olunur.
Qulaqda səsi azaltmaq olarmı? Əvvəlcə səbəbini araşdırmaq, müayinə keçmək və səsin əmələ gəlməsinin kökündə nəyin durduğunu bilmək, sonra isə bəzi kiçik məsləhətlərə əməl etmək yerinə düşərdi. Yüksək səsli musiqidən və ya digər səs mənbəyindən uzaq durmaq vacibdir. Arterial təzyiqi gözləmək, qidada duzun miqdarını azaltmaq, kofein və tütündən uzaq durmaq yaxşı olardı. Gərginlik və qorxunu da özünüzdən kənar tutun. Gündəlik suyun qəbulunu tənzimləmək gərəkdir, çünki bu xəstəlikdə artıq su başa bəladır.
İstirahət etmək, yuxu rejiminə gözləmək, fiziki aktiv olmaq əhəmiyyətlidir. Hərdən səssizlik özü də qulaqda səsin eşidilməsinə zəmin yaradır, yəni belə anlarda radioda musiqini dinləmək olar. Dərman preparatlarının qəbulunu tam həkim nəzarətində saxlamaq gərəkdir.
Həyata pozitiv yanaşma, müsbət düşüncə tərzi, yumor hissi özlüyündə xoş dinamikaya zəmin yaradır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1848   Tarix: 16 fevral 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Gözlənilən ömür uzunluğu artacaq - Neçə il?

Beynəlxalq alimlər qrupu əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun artmağa davam edəcəyini müəyyən ediblər.   -a istinadən xəbər verir ki, 2050-ci ilə qədər qlobal ömür uzunluğunun nə qədər artacağı proqnozlaşdırılıb

.

Xroniki bel ağrılarının çarəsi tapıldı

Alimlər xroniki bel ağrılarından qurtulmağın yolunu tapıblar. -a istinadən bildirir ki, ABŞ-nin Ohayo Dövlət Universitetinin tədqiqatçıları siçanlarda zədələnmiş onurğa disklərini bərpa edən və ağrı ilə mübarizə üçün yen

.

Yaz çillərindən bu yolla xilas olun

Çillər xüsusilə yaz aylarında, günəş şüalarının təsiri ilə yaranır. Adətən, saçları kürən və açıq rəngdə olan insanlarda daha tez-tez təsadüf edilir. axşam.az-a istinadən xəbər verir ki, dəridə melanin ifraz edən melanosi

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən xəbər verir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.   -a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimi

.

Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar – İllərə meydan oxuyun

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Arağın öldürücü dozası ilə bağlı XƏBƏRDARLIQ

Çoxlu miqdarda arağın çox tez içilməsi həyat üçün təhlükəli ola bilər. .   -a istinadən xəbər verir ki, Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov spirtli içkinin ölümcül dozas

turlar.az

sonxeber.az sade makiyaj sekilleri donlar 2024 maskalar qargidali yaginin faydalari qadın döşü bürclər sarimsaqin xeyri kosmetika novruz bayramına aid hakışda pehriz faydalı bilgilər novruz bayramına aid