Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Çadır toyu səviyyəsində olan verilişlər

Qulu Məhərrəmli televiziyalar haqda danışdı: Çadır toyu səviyyəsində olan verilişlər"Bakı Musiqi Forumu"nda yerli televiziya verilişlərinə münasibət bildirilməsini çox faydalı hesab edirəm. Bir sıra tanınmış musiqi xadimlərinin, mədəniyyət adamlarının - Fərhad Bədəlbəyli, Siyavuş Kərimi kimi insanların televiziya verilişlərinə münasibəti tamamilə təbiidir. Bu sırada birbaşa televiziya həqiqətlərini deyən, hədəf auditoriyası ilə münasibətləri açıq şəkildə göstərən Murad Dadaşovun da çıxışı diqqətimi cəlb etdi".
Bu sözləri azxeber.com-a açıqlamasında professor, əməkdar jurnalist Qulu Məhərrəmli yerli televiziya kanallarında yayımlanan bayağı verilişlərə münasibət bildirərkən deyib.
Professor bildirib ki, hazırkı auditoriya televiziyadan faydalı verilişlər tələb edir:
"Bütün yanaşmalar, o cümlədən mənim yanaşmam subyektivdir. Amma tamaşaçılar üçün televiziya bir platformadır. Onlar həmin televiziyadan xəbərlər, yaxşı verilişlər, baxdıqları vaxtın itirilməməsi üçün faydalı, gərəkli verilişlər gözləyirlər. Ona görə də bizdə həmin səviyyədə verilişlər olmayanda istər-istəməz manevr taktikası tətbiq olunur. Məsələn, televiziya rəhbərləri adətən verilişi yönəltdikləri auditoriyanın istəyi, tələbi, estetik duyumu qavrayışını əsas götürürlər. Əlbəttə ki, hər bir televiziya verilişinin hazırlanmasında kateqoriya, parametr ola bilər.
Ümumiyyətlə isə, televiziya özünün missiyasından irəli gələn vəzifələri reallaşdırmalıdır. Bu o deməkdir ki, televiziya öz məhsullarını çıxardığı bazarda yüksək meyarlarla təqdim etməlidir. Bizim televiziya məkanımızın vəziyyəti elədir ki, büdcədə maliyyələşən telekanallar var, özəl telekanallar var. Büdcədə maliyyələşən kanallar AZTV-nin 3 kanalıdır, İctimai televiziyadır və Naxçıvan televiziyasıdır. Bir də özəl - kommersiya kanalları var. Bunların, əlbəttə ki, məhsullarına eyni dərəcədə, tələbkarlıqla yanaşmaq olmur".
Əməkdar jurnalist "Xəzər Media Mərkəzi"nin direktoru Murad Dadaşovun mövzu ilə bağlı açıqlamasına da münasibət bildirib:
"Murad Dadaşov onu dəqiq şəkildə deyib ki, televiziya kanalı yaşamalıdır, işçilər maaş almalıdır və televiziya sabaha baxmalıdır. Amma burada ciddi məsələ budur ki, biz jurnalistlər şou proqramlarını hazırlayırıq və onun ölçüləri, peşəkarlıq səviyyəsi, standartları nə haldadır? Bunu bilməliyik. Məsələn, vaxtıyla Murad Dadaşovun özünün çox böyük peşəkarlıqla apardığı "Maşın şou"su var idi. Ona kim nə irad tuta bilirdi ki? Həmin veriliş aparıcısından tutmuş rejissoruna qədər çox böyük səviyyədə hazırlanırdı. Bu verilişdə müəyyən bir arenada televiziya ekranlarından tamaşaçıya təlqin etdiyi müsbət mesajlar da var idi. Lakin indiki hazırlanan televiziya şouları, əyləncəli proqramlar sırf orta səviyyəli tamaşaçı üçün nəzərdə tutulur ki, auditoriya buna baxsın və həmin kanalın, verilişin reytinqi artsın. Ona görə də burada zəif verilişlərin hazırlanmasına bəraət qazandırmaqdan daha çox sözügedən verilişlərin ümumən bir standart kimi təqdim olunması tendensiyasi qorxuludur".
Qulu Məhərrəmli hesab edir ki, zəif televiziya proqramlarının hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz:
"Bizim keyfiyyətli şouları, əlbəttə ki, tamaşaçı görür. Söhbət az qala çadır toyu səviyyəsində hər cür estetik dəyərlərdən uzaq olan verilişlərin hazırlanmasından gedir. Televiziya birbaşa o verilişlərin keyfiyyəti üçün məsuliyyət daşıyır. Yəni, biz nə qədər auditoriyanı əsas amil kimi önə çəksək də, televiziyanın özünün bəlli standartları var ki, həmin meyarlar üzrə biz verilişlərə müəyyən tələblə yanaşırıq. Məncə, əsas problem budur. Bəli, televiziyaların maddi durumu ürəkaçan deyil. Kadr potensialı heç də həmişə lazım olan səviyyədə olmur. Rejissor işi, menecer işi, yaradıcılıq problemləri - bütün bunlar xeyli maliyyə tələb edir. Buna görə də həmin maliyyənin də əsas mənbəyi reklamlar və sponsorlardır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, zəif proqramların hazırlanmasına heç bir halda bəraət qazandırmaq olmaz. Ən zəif veriliş belə estetik dəyər daşımalıdır. Düşünürəm ki, bu proseslə bağlı "Musiqi Forumu"nda həyəcan təbilinin çalınması çox təbii haldır".
Mikayıl Mirzəzadə

Şou Biznes     Baxılıb: 811   Tarix: 02 noyabr 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Tanınmış türk sənətçiyə xərçəng diaqnozu qoyuldu

"Kahtalı Miçe" kimi tanınan türk sənətçi Mustafa Aslanın boğaz xərçəngi olduğu üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Aslanın müalicəsi Antalya Akdeniz Universiteti Tibb Fakültəsində davam edir

.

Nyuşa boşandığını açıqladı

Rusiyalı müğənni Nyuşa yeddi illik evliliyindən sonra əri İqor Sivovdan boşandığını açıqlayıb. Rusiya məttbuatına əsasən xəbər verir ki, bu barədə o, ilk dəfə danışıb. "İqor və mən uzun müddətdir ki, birlikdə deyili

.

Acun Ilıcalı daha bir komandanı alır

İngiltərə çempionatının komandalarından olan "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir komandanı alacağını açıqlayıb. xəbər verir ki, o, bu dəfə Sloveniyanın "Maribor" komandasını alacağını deyib. Ilıcal

.

Sevgilisi ilə dalaşdı, təcili tibbi yardım gəldi

Britni Spirs yenidən qalmaqal ilə gündəmə gəlib.  . xəbər verir ki, o, sevgilisi Paul Richard Soliz ilə Los-Ancelesdəki Chateau Marmont otelində istirahət edərkən aralarında münaqişə yaranıb. Hadisə şahidlərinin jurnalistlər

.

Alt paltarında mağazaları gəzdi - FOTOLAR

Dünyaca məşhur müğənni Doja Cat və Quram Qvasalia birlikdə görüntüləniblər.  . AZXEBER.OM xəbər verir ki, müğənni və onun layihələrinin direktoru Nyu Yorkda alış-veriş edərkən kameralara tuş gəlib. 28 yaşlı Doja Catin mağazalar

.

Azərbaycan 'Avroviziya'nın növbəti mərhələsinə keçə bilmədi

"Avroviziya-2024" mahnı müsabiqəsinin ilk finalçıları müəyyənləşib. xəbər verir ki, nəticələrə görə Azərbaycan final mərhələsinə keçə bilməyib. 12-ci sırada çıxış edən təmsilçilərimizin bu günə qədər bukmeykerlə

.

Elnarə 'Qatarlar'a yeni nəfəs verdi

Müğənni Elnarə Xəlilova əfsanəvi qrup "Karvan"nın bir zamanlar oxuduğu "Qatarlar" mahnısına 2-ci nəfəs verib. xəbər verir ki, fərqli aranjeman, düzgün vokal və mahnıya peşəkar yanaşma elə ilkin notlarda

.

Uzun ayrılığın ardından yenidən barışdılar

1.5 il öncə dostluqları "Bəxt oyunu" serialının çəkilişlərində başlayıb sevgiyə çevrilən Cemre Baysel və Aytaç Şaşmaz evlilik yolunda ikən təəccüblü şəkildə ayrılımışdılar. xəbər verir ki, cütlük ayrıldıqdan 1,

.

Murad Arifin yeni duet ortağı kim olacaq?

Mayın 23-ü Heydər əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək bəstəkar-müğənni Murad Arif yeni duetini  konsertində təqdimat edəcək. xəbər verir ki,o, bu haqda özü məlumat verib.   . Murad yeni dueti haqqında yalnı

turlar.az

sonxeber.az kosmetika mehsullari qadın geyimi geyim dəbləri ata ve qiz korpenin cekisi hamilə qalmaq hicab geyimleri kosmetika qz eviyçun hakışta qoğalın nağlı baldiza aid novruz hakistalari sağlıq