Quru meyvələrdən dadlı konfetlər - VİDEO

Ev şəraitində quru meyvələrdən müxtəlif konfetlər hazırlayın. Bununla siz soyuqdəyməyə qalib gəlməyə kömək edən, qəm-qüssəni aradan qaldıran, əhval-ruhiyyəni yaxşılaşdıran inanılmaz enerjili qarışığı əldə etmiş ilacaqsınız.

Quru meyvələrədən konfetlər:

Qozlu- meyvəli assorti

Ərzaqlar:

70 q xurma,
70 q ərik qurusu,
70 q qara gavalı,
70 q qoz-fındıq,
70 q badam,
2 x.q bal,
1 ç.q limon şirəsi,
kokos yonqarı

Hazırlanması:

• Bütün quru meyvələrin üzərinə isti su tökün və yumşalmasını gözləyin. Meyvələrin quruluğundan asılı olaraq 30-60 dəqiqə suda saxlamaq olar. Meyvələri qurudun və çəyirdiklərini çıxarın.

• Bütün ərzaqları ətşəkən maşından çəkin.

• Alınmış kütlənin üzərinə limon şirəsi və bal əlavə edib, yaxşıca qarışdırın. Quru meyvələrdən olan konfetləri kürəciklər şəklinə salın. Hər kürəciyi kokos yonqarının içərisində fırlayın. Konfetlər formasını itirməsin deyə, onları soyuducuda saxlayın.

Ədviyyatlı şirniyyat

Tərkibi:

100 q badam,
100 q xurma,
100 q əncir,
100 q kokos yonqarı,
Bir çimdik üyüdülmüş darçın,
Bir çimdik üyüdülmüş qəhvə,
0,5 ç. q üyüdülmüş zəncəfil
Quru meyvələrdən dadlı konfetlər - VİDEOHazırlanması:

• Badamı 1 saat isladın və qabığını təmizləyin. Xurmaları da 1 saat suda isladıb, çəyirdəklərini çıxarın.

• Meyvələri blenderdə xırdalayın. Bir qədər kokos yonqarı əlavə edib, qarışdırın. Yarıya bölün, bir hissəsinə üyüdülmüş darçın və zəncəfili, digər hissəsinə isə qəhvə əavə edin.

• Alınmış kütləni kiçik hissələrə bölüb, içərisinə badam dənələri qoymaqla kürəciklər şəklində konfetlər düzəldin. Hər konfeti kokos yonqarına batırın.

Quru meyvələrdən dadlı konfetlər - VİDEOŞokolad fantaziyası

Tərkibi:

100 q ərik qurusu,
100 q qoz,
0,5 ç. q bal,
1 x. qaşığı süd,
100 q acı şokolad,
üzərinə səpmək üçün kakao

Hazırlanması:

• Şokoladı xırda –xırda doğrayın və buxarda südlə qarışdırıb, əridin.

• Əriyi və qozu xırdalayın.

• Ərimiş şokoladı qoz, ərik qurusu və balla qarışdırın, soyudun.

• Quru meyvələrdən olan konfetləri kiçik kürəciklər şəklinə salın və kakonun içərisində gəzdirin.

Mətbəx     Baxılıb: 4921   Tarix: 10 dekabr 2015
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Asan Və Ləzzətli: 300 Kaloridən çox Olmayan 7 Yemək

Karnabahar gratin. Kalori - təxminən 250 kalori. Tərkibi:. Gül kələmi - 1 ədəd. Süd - 0,5 l. Krem - 100 ml. Sarımsaq - 3 diş. Sərt pendir - 100 q. Kərə yağı - 25 q. Dadmaq üçün duz. Zövqə görə üyüdülmüş ağ istiot. Pişirm

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

turlar.az

sonxeber.az toy makiyaji sekilleri yemek reseptleri geymler 2024 balıq yeməkləri stresin elametleri dirnaq manikuru hicab baglama qaydasi kosmetika həmidə klitor geyim tapmacalar həsən bəy zərdabi