Qüsl hansı hallarda alınmalıdır?

Qüsl hansı hallarda alınmalıdır?"Allah haqqı söyləməkdə həya etməz" (əl-Əhzab 53) Qüsl Allahın kitabı və Rəsulunun (s) sünnəti ilə sabit olub onu gərəktirən hallar da bildirilmişdir:

"Allah haqqı söyləməkdə həya etməz" (əl-Əhzab 53) Qüsl Allahın kitabı və Rəsulunun (s) sünnəti ilə sabit olub onu gərəktirən hallar da bildirilmişdir:

1. Məninin (spermanın) çıxması.
Ummu Sələmədən (r) rəvayətə görə Ummu Süleym (r) belə dedi: "Ya Rəsulullah (s.a.s.)! Allah haqqı söyləməkdən çəkinməz. Qadın ihtilam olduğu halda (şəhvət hissi keçirərək qurtaranda) qüsl gərəkdirmi?" Peyğəmbər (s) belə buyurdu: "Bəli, su (sperma) gəlirsə gərəkdir." (Buxari, Müslim)
2. Məni çıxsa da çıxmasa da cinsi münasibət.
Rəsulullah(s) buyurur: "Qadının dörd orqanı (əlləri və ayaqları) arasına oturub sonra cinsi münasibət olarsa, istər məni gəlsin istər gəlməsin sözsüz ki, qüsl vacib olur." (Müslim, Əhməd)
"Əgər cünub olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)." (Əl-Maidə 6).
Bu ayənin açıqlamasında İmam Şafii deyir: "Ərəb dilində cunubluq sözü məni gəlməsə belə həqiqi mənada cinsi birləşmə mənasında işlənir. "Filankəs filanla cunub oldu" deyildikdə inzal olmasa (məni çıxmazsa) belə cinsi birləşmə ağla gəlir."
3. Heyz və nifas (qadınlardakı aylıq və doğuşdan sonrakı qan halları).

4. Ölüyə vacib olan qüsl (cənazə qüslü).
5. İslamı qəbul etmə.
Qüslün necə alınması haqqında bunları söyləyə bilərik. Qüslün necə alınmasına keçməkdən əvvəl onun vacib olan şərtlərini bildirmək istərdik.
1. Niyyət.
Qüsl alarkən, qüslə almağa niyyət etmək vacibdir. Bundan ötəri nələrsə söyləməyə ehtiyac yoxdur. Niyyət qəlbən, fikrən olur. Necə ki, sərinlənmək niyyəti ilə yaxalanmağa hazırlaşan birisi bunu qəlbən, fikrən keçirir. Dili ilə "sərinlənmək üçün yaxalanıram" sözlərini demir. Sərinlənmək və ya bədəni kirdən təmizləmək niyyəti İlə yaxalanmaq; sərinlənmək və ya çimmək sayılar. Baxmayaraq ki, yaxalanma qüsldəki qayda ilə olmuşdur bu şəriətdəki qüsl sayılmaz.
2. Bütün bədənə bir dəfə suyun dəyməsi.
Bədəndə iynə ucu qədər quru yer qalmamalıdır. Hətta insan qüsl niyyəti ilə dənizdə və ya başqa dərin bir yerdə suyun içinə girib çıxmaqla qüsl almış sayılır. Bunlar qüslün vacib olan şərtləri idi. Bu vacib şərtlərdən başqa qüslün bir çox ədəb və müstəhəbləri (vacib olmayıb amma yaxşı sayılan) var. Bu ədəb və müstəhəb olan qaydalardan biri yerinə yetirilməzsə amma iki vacib şərti (niyyət və bütün bədənin islanması) yerinə yetirilərsə qüsl alınmış sayılır.
Ədəb və sünnətləri ilə bərabər qüslün alınma şəkli.
Qüsl alarkən çalışmaq lazımdır ki, arxa və üz tərəf qiblə istiqamətində olmasın. Bir də tək olmağa baxmayaraq mələklərdən həya edərək övrət yerləri, ön və arxa tərəfdən örtülü olsun.
Əlləri üç dəfə yaxalamaqla başlamaq.
Sol əl ilə örtünün altından ön və arxa tərəf övrət yerlərini yumaq.
Sağ əl ilə ağıza üç dəfə su alıb boğaza qədər götürüb qarqara etmək, buruna üç dəfə su çəkmək.
Dəstəmazda olduğu kimi üzü üç dəfə yumaq. Dəstəmazın davamı olaraq sağ sonra sol qolu üç dəfə yumaq.
Başa məsh çəkib ayaqları yumaq.
Başa su tökmək. su dibinə getsin deyə saçları ovmaq.
Sonra üç dəfə başdan su tökmək. Vücuddan əl çatan mümkün olan hər yeri ovmaq.
Sağ çiyindən sonra sol çiyinə su tökərək vücudu ovmaq.
Ehtiyac olarsa qırağa çəkilib ayaqları üç dəfə yumaq.
Saçı uzun qadınlar saçlarını yumalıdırlar. Amma hörüklü qadınlar başlarına su tökərək saçın dibinə su çatınca başım ovar. Hörükləri nə açmaq nə də yumaq lazım gəlməz.
Bu qüslün kamil şəkildə alınma qaydaları idi. Burada qeyd edilən qüslün ədəb və müstəhəb qaydalardan biri yerinə yetirilməzsə, amma iki vacib şərti (niyyət və bütün bədənin islanması) yerinə yetirilərsə qüsl alınmış sayılır.

Gözəllik və Moda     Baxılıb: 4547   Tarix: 09 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Bu qışın DƏBİ: "Üşümüş qız" makiyajı

"Tiktok" video platformasının həyatımıza qatdığı maraqlı gözəllik trendlərinə daha biri əlavə olunub. Belə ki, bu dəfə qışın gəlişi ilə yeni "Cold girl" (üşümüş qız) makiyajı dəbə minib. Bir çox qız b

.

Qəpik-quruşa başa gələn məlhəm: Və ya qüsursuz ərəb şahzadələrinin 8 gözəllik sirri

Şərq gözəlləri cazibədarlıqlarını qorumaq üçün təbii yanaşmaya sadiq qalır və bu baxım sirlərini nəsildən-nəsilə ötürürlər. Qərb kosmetologiyasında çıxan yeni məhsullar, yerini çox zaman ənənəvi üsullara verir. " sayt

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

turlar.az

sonxeber.az geyim dəbləri adlarin menasi geyim şəkilləri sızanaqlara qarşı maska tutun faydalari müsabiqələr salatlarin bezenmesi kosmetika aslan vətənə aid atalar sözləri gözellik ziyafet geyimleri rus dilini öyrənək 2 ci dərs