Ramazan bitdi, indi necə qidalanaq?

Ramazan bitdi, indi necə qidalanaq?Ramazan ayı boyu oruc tutanların orqanizm günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a həkim-terapevt Zakir Quliyev bildirib.
Onun sözlərinə görə, normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır: "Çünki orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür".
Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.
Həkim-diyetoloq Sevinc Həsənzadə isə bildirib ki, xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır: "Nə qədər liflərlə zəngin qida qəbul edilsə, həzm sistemi o qədər yaxşı bərpa olunar. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır".
Mütəxəssislər hesab edirlər ki, mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa, yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 643   Tarix: 10 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

turlar.az

sonxeber.az gelinlikler yay kolleksiyasi geymler 2024 qısa saç düzümləri ulduzların gözəllik sirləri biskvitli tort resepti infeksion xestelikler kosmetika qardasa aid haxistalar cantalar oxatan hakisdalar bir arzum var