Rənglərin həyatımızdakı rolu

Rənglərin həyatımızdakı roluRənglərin imicinizdə və həyatınızda nə qədər önəmli olduğunu heç düşündünüzmü? Rənglər duyğularımızı ifadə edir. Qarşınızdakı insanın geyimindəki rəng seçimindən hansı xarakterə sahib olduğunu təxmin edə bilərik.

Xanim.az rənglərdən necə yaxşı istifadə etməyin yollarını sizə təqdim edir:

Qırmızı: Qanımız qırmızı rəngdədir. Buna görə qırmızı rəng enerjini, canlılığı və sevgini təmsil edir. Əsasən şən insanlar bu rəngdən istifadə edirlər. Geyimlərində bu rəngdən istifadə edən insanlar özlərinə güvənir və ətrafındakı insanlardan fərqlənməyi sevirlər. Cinsəl həyatınızda qırmızı rəng əvəzolunmazdır. Gecəliyinizin qırmızı rəng olması cinsəl həyatınızı canlandırar. Qırmızı çılğın rəng olduğundan kafelərdə, barlarda və əsasən gənclərin olduğu ortamda daha çox istifadə olunur. Ancaq ciddi rəng olmadığı üçün ciddi yerlərə gedərkən qırmızı rəngdən az istifadə olunur.

Yaşıl: Əlbəttə ki, yaşıl rəng təbiəti, canlılığı ifadə edir. Lakin bu canlılıq qırmızı rəngdəki hərarətli canlılıq yox, sakit canlılıqdır. Geyimlərində yaşıl rəngə üstünlük verən insanlar əsasən anlayışlı, yaradıcı və yerinə görə sakit olub, yerinə görə hərəkətli olmağı bacaran insanlardır. Yaşıl rəngi demək olar ki, hər yerdə istifadə edə bilərsiniz. Bu rəngdən istifadə edən insanlar yaxşı dost olmağı bacarır və yaxşı ürəyə sahibdirlər.

Qara: Cənazə yerlərində həmişə qara rəng geyinilir, lakin iş adamları da əsasən qara rəngə üstünlük verirlər. Qara rəng daha çox ciddiyyəti təmsil edir. Qara rəngə üstünlük verən insanlar hirsli, qərarlı və güvənilə bilən insanlardır. Enstein-nin fikirləşmək üçün qara rəngdən ibarət otağı var idi. Fikirləşmək üçün o otağa gedərdi. İş görüşü üçün qara rəng əvəzolunmazdır. Qara rəng inam yaradır və öz ayaqları üzərində durmaq bacarığını hiss etdirir.

Mavi: Mavi rəng sakitləşdirici, inam hissi yaradan bir rəngdir. Mavi rəngi daha çox banklar istifadə edir, çünki etibarlı olduqlarını bildirmək istəyirlər. Əldə edilən məlumatlara görə qadınlar daha çox mavi rəngdə geyinən kişilərə aşiq olurlar. Çünki qadınlar sevdiyi kişiyə etibar etmək istəyirlər. Mavi rəngi hər yerdə istifadə edə bilərsiniz. Lakin diskateka və ya bar kimi hərəkətli yerlərdə istifadə etməniz tövsiyyə olunmur.

Qəhvəyi: Bu rəng ciddiliyin və keçiciliyin rəngidir. Sarı rəngin əksinə bu rəng sakitləsdirir, ancaq keçicidir. Buna görə restoranlarda bu rəng tez-tez istifadə olunur. Yavaş-yavaş yeyin, lakin getməyi də unutmayın deyə. İş görüşünə gedərkən qəhvəyi rəng tövsiyyə olunmur. Bu rəngi istifadə edən insanlar utancaq xarakterə malik insanlardır.

Narıncı: Narıncı rəng gözə çarpan bir rəngdir. Canlılığı və yaxşılığı təmsil edir. Gözü tez yorur. Əgər seçilmək istəyirsinizsə narıncı rəngi seçə bilərsiniz. Ciddi yerlərdə istifadə olunmağı tövsiyyə olunmur.

Bənövşəyi: Bənövşəyi rəng əsəbi hissləri ifadə edir. Bu rəng bədbin rəng olduğundan çox istifadə edilməyi tövsiyyə olunmur. Əsasən bədbin və ya çox şən insanlar geyimində bu rəngdən istifadə edirlər.

Çəhrayı: Çəhrayı rəng etibarlılığı və şirinliyi təmsil edir. Barbie gəlinciklərinin qutuları və ya barbie gəlincikli çantalar və s. niyə həmişə çəhrayıdır? Çünki həmin gəlinciklərin sevimli olduqlarını fikirləşməyimizi istəyirlər. Sevimli görünmək istəyirsinizsə çəhrayı rəngi seçməlisiniz.

Sarı: Sarı rəng diqqət çəkiciliyi ifadə edir. Ona görədə dünyada taksilər sarıdır. Bu rəngi daha çox şən insanlar istifadə edirlər. Diqqət çəkmək istəyirsinizsə bu rəngdən istifadə etməyiniz tövsiyyə olunur.

Ağ: Ağ rəng davamlılığı və təmizliyi ifadə edir. Buna görə də ağ rəngi tez tez istifadə etməyiniz tövsiyyə edilir. Sizi saf və etibarlı biri olaraq göstərəcək. Ağ rəngdən istifadə edən insanlar əsasən yaxşı niyyətli insanlardır. Ağ rəng digər rəglərlə uyğun olduğu üçün tez-tez istifadə olunur.

Geyimlərinizi seçərkən xarakterinizə uyğun seçim etməlisiniz.

Maraqlı     Baxılıb: 2194   Tarix: 11 yanvar 2018
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Hər kəsi heyrətə gətirən araşdırma: dünyada ölümsüzlük dövrü – FOTO

İspaniyanın Ovyedo Universitetinin Biokimya və Molekulyar Biologiya İnstitutunun araşdırması hər kəsi heyrətə gətirib. -a istinadən bildirir ki, ispan elm adamları qəsdən öldürülmə istisna olmaqla, çox uzun müddət yaşay

.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır

Bu gün saat 11:00-da 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlanır. Elm və Təhsil Nazirliyindən  -a bildirilib ki, proses elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməs

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

turlar.az

sonxeber.az gözəllik məhsulları makiyaj instagram kosmetoloq uzdeki qara noqteler saçlara qulluq 2024 payiz qis kolleksiyasi karolın ve gızlı dunya ızle kosmetika hakıştalar haxışda nağıllar efsane faydalı məsləhətlər