Robert Dilts. "Teddidən gələn məktublar"

Robert Dilts. Onun adı xanım Tompson idi. İlk dərs günü öz yeni 5-ci sinfinin qarşısında dayanaraq xanım Tompson yaxşı bilirdi ki, utanmadan bu uşaqlara yalan söyləyir. Amma bir çox müəllimlər kimi o yenə də şagirdlərinə baxır və onları sevdiyini söyləyirdi. Ancaq bu mümkün deyildi, çünki birinci sırada, Teddi Stoddard  adlı oğlan əyləşmişdi. Xanım Tompson bütün ötən il ərzində Teddiyə nəzarət etmiş, aydınlaşdırmışdı ki, O başqa uşaqlarla pis davranmaqla yanaşı, məktəbə yuyunmadan, əyni-başı natəmiz gəlir. Bundan əlavə O, qabalıq edirdi. Bu oğlana qarşı olan etinasızlıq elə bir səviyyəyə çatmışdı ki, artıq xanım Tompson Teddinin dəftərindəki səhvləri böyük zövqlə, qırmızı, yağlı qələmlə üstündən xətləyib, sonda nəhəng bir iki yazırdı.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, xanım Tompsonun dərs verdiyi məktəbdə hər bir uşağın şəxsi xasiyyətnaməsi ilə yaxından tanış olmaq tələb olunurdu və o, Teddini sona saxladı.  Lakin onun  şəxsi qovluğu  ilə tanışlıq xanım Tompsonu  dəhşətli dərəcədə təəccübləndirdi. Birinci sinifdə Teddinin müəlliməsi yazırdı. " Teddi parlaq və şən uşaqdır. O, ev tapşırıqlarını səhmanla yerinə yetirir, yaxşı rəftarı ilə hər kəsdən fərqlənir, Teddi sanki sevinc saçır".  İkinci sinif: "Teddi  mükəmməl şagirddir , sinif yoldaşları onu  çox sevir, amma o gərgindir. Çünki onun anası ölümcül xəstədir və bu balacanın evdə yaşadığı abu-hava  başdan ayağa həyati mübarizədir. Üçüncü sinif : Teddi anasının ölümünü  ağır keçirdi. O, var gücü ilə çalışır, təəssüf ki, atası onun həyatına böyük maraq göstərmir, müəyyən  tədbirlər görülməzsə, onun evdəki durumu tezliklə ona pis təsir edəcək. Dördüncü sinif: "Teddi özünə qapanıb, dərsə böyük maraq göstərmir. Onun dostları azdır və bəzən dərsdə yatır" Artıq xanım Tompson uşaqla nə baş verdiyini anladı və utandı.  Milad bayramında Teddidən başqa  bütün uşaqların  gətirdikləri, parlaq  kağıza bükülüb qırmızı lentlə bağlanmış  hədiyyələri gördükdə xanım Tompson özünü daha da pis hiss etdi. Teddinin hədiyyəsi ərzaq mağasından əldə olunmuş yöndəmsiz bir vərəqə bükülmüşdü. Xanım Tompson bilərəkdən bütün hədiyyələrlə yanaşı Teddinin də hədiyyəsini açdı. Teddi müəlliməyə bəzi daşları çatışmayan saxta brilliantdan ibarət  olan qolbağı və dağarcıqda yalnız 1/4 hissəsi qalan ətir hədiyyə etmişdi. Hədiyyəni görən bəzi uşaqlar xısın-xısın  gülməyə başladılar. Amma xanım Tompson uşaqları susmağa vadar etdi, ətirdən biləklərinə çəkib qolbağı qoluna taxdı. Xanım Tompson aldığı  hədiyyələrdən  qürür duyduğunu və nə qədər dəyərli olduğunu bildirdi. Həmin gün  Teddi Xanım Tompsona "Bu gün  sizdən anamın qoxusunu aldım" demək üçün  dərsdən sonra bir  qədər  yubandı.  Xanım Tompson bütün uşaqlar getdikdən sonra saatlarla göz yaşlarına qərq oldu.  O gündən etibarən oxu, yazı, riyaziyyat fənlərini tədris etmədi. Bunun əvəzində  indi onun üçün  yalnız uşaqlar  və onlara  öyrədiləcək daha vacib şeylər var  idi. Artıq xanım Tompson ona xüsusi diqqət yetirir və Teddinin qəlbi bundan sanki canlanmağa başlayırdı.  Hər dəfə onun tərifləyib, həvəsləndirdikcə o dərslərə daha fəal cavab verirdi. İlin sonuna yaxın  Teddi sinfin ən müvəffəqiyyətli şagirdlərindən birinə və müəllimlərin sevimlisinə çevrildi. Bir il sonra xanım Tompson öz qapısında Teddidən  kiçik bir məktub gördü.  O yazırdı, Xanım Tompson onun həyatında olan ən yaxşı müəllimdir.
Altı ildən sonra O, Teddidən daha bir məktub aldı. Teddi yazırdı,   çalışqanlığına görə orta məktəbi sinif üzrə  3-cü olaraq bitirir və  xanım Tompson onun həyatında ən yaxşı müəllim olub.
Dörd ildən sonra o bir məktub daha aldı. Məktubda bəzən keçirdiyi çətinliklərə baxmayaraq, tezliklə təhsilini davam etdirib kolleci əla qiymətlərlə bitirdiyini yazırdı.  O xanım Tompsona onun həyatında  sevimli və əvəzolunmaz müəllim olduğunu bir daha vurğulayırdı.
Dörd ildən sonra bir məktub daha gəldi. Bu dəfə o, bakalavr dərəcəsi aldığını və təhsilini davam etdirmək fikrində olduğunu bildirirdi. Məktubda xanım Tompsonun onun həyatının hələ də  əvəzolunmaz müəllimi olduğu qeyd olunurdu. Lakin indi onun adı bir qədər uzun idi. Məktubda belə yazılırdı - Teodor F. Stoddard tibb elmləri doktoru.
Bununla onun tarixçəsi bitmir. Həmin yaz bir məktub daha gəldi. Teddi yazırdı O, ecazkar bir xanımla tanış olub və evlənməyə qərar verib. O atasının bir neçə il bundan əvvəl vəfat etdiyini yazaraq,  xanım Tompsondan  toyunda adəti üzrə bəyin anasına məxsus olan yeri əvəz etməyə razı olub olmayacağını  soruşurdu. Əlbəttə ki, xanım Tompson razılaşdı. Bundan əlavə, xanım Tompson saxta brilliantdan ibarət  olan qolbağı taxmağı unutmadı. Bununla yanaşı, Teddinin bağışladığı və anasının son milad bayramında ətirləndiyi  dağarcığı taparaq onunla ətirləndi.  Onlar qucaqlaşdılar və doktor Teddi xanım Tompsonun qulağına  pıçıldayaraq dedi: "Mənə inandığınız üçün çox sağ olun. Özümə görə bir insan, fərd olduğumu  hiss etməyə şərait yaratdığınıza və bir mövqe sahibi ola bildiyimi mənə göstərdiyinizə görə sizə böyük minnətdarlığımı bildirirəm."  Xanım Tompson doluxsunaraq cavabında pıçıldadı, əslində heç də belə deyil. Mənim nəyəsə qadir olduğumu başa düşməyə kömək edən sən oldun. Sənə rast gəlməyincə, mən  uşaqları necə öyrədəcəyimi bilmirdim.
Milli.Az

Xəbərlər     Baxılıb: 868   Tarix: 02 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar donlar 2024 gənc qızlar üçün saç düzümləri geyim qaydaları qonaq otaqi dizayni pnevmoniya xesteliyi kosmetika kondom nedir intim nizami gencevi vətənə aid qurd ve quzu