Röyadan ŞOK AÇIQLAMA: " Onu heç vaxt... "

Röyadan ŞOK AÇIQLAMA: " Onu heç vaxt... "Hər zaman səmimiyyəti ilə seçilib. Bəlkə də elə sevilməyinin sirri bundadır. Bu dəfə də keçmişi ilə bağlı heç yerdə danışmadığı sirlərini açdı.

Xanim.az əməkdar artist Röyanın yenicag.az-a müsahibəsini təqdim edir.

- Çox şanslısan, səni bütün yaş təbəqəsindən olan insanlar sevir. Sevilməyinin sirri nədədir?
- Bu, sevgi deyil, inamdır. Yəqin ona görə ki, mən yaxşı qızam, yaxşı övladam, yaxşı bacıyam.

- Nə vaxtsa bu inamı qırmaqdan qorxmursan ki?
- Nə gizlədim, buna görə həmişə qorxuram və hər zaman da qorxacam. Bu qorxu ömrüm boyu məni təqib edəcək. Həmişə yalvarmışam ki, Allah, ağlımı əlimdən alma.

- Həyatında "kaş ki.." dediyin anlar çox olub?
- Mən elə şeyləri sevmirəm. Nə olubsa olub, heç vecimə də deyil.

- Yəni keçmişlə yaşamağı sevmirsən?
- Yox. Bunu heç kimə arzulamıram da. Qoy hamı bunu başından atsın, keçmiş keçmişdə qaldı. Geriyə yox, irəliyə baxsınlar.

- Təbii ki, günahsız adam yoxdur. Allahla söhbətləşəndə hansısa günahına görə bağışlanmağını istəmisənmi?
- Bəzi şeylər var ki, buna görə Allahdan bağışlanmağımı istəmişəm. Amma indidən deyim ki, bu geyimlə bağlı deyil. Birdən elə bilərsiz açıq-saçıq geyimlərimə görə olub, yox. Bu, Allahla mənim aramda olan sirdir, aramızda da qalacaq.

- Leksikonunda "üzr istəyirəm", "məni bağışla" kimi ifadələr varmı?
- Var. Üzr istəməyi sevirəm; baxmıram ki, həmin adam məndən yaşca kiçikdir, ya böyük. Əgər səhvim olubsa, üzr istəməyi bacarıram. Bunu özümə alçaqlıq bilmirəm.

- Düşməninin pis gününə sevinirsən? Ürəyində deyirsənmi ki, yaxşı oldu, mənə etdiyin pislik qabağına çıxdı...
- Qətiyyən. Mən elə şeylərdən qorxuram. Çünki kiməsə gülmüşəmsə, öz başıma gəlib.

- Keçmiş həyat yoldaşın Anarı çətin vəziyyətdə müdafiə etməyin səni çoxlarının gözündə ucaltdı...
- Bizdə boşanma mədəniyyəti yoxdur. Elə qızlar var ki, ərindən ayrılandan sonra uşağı atasından gizlədir. Mənim o qızlara məsləhətim budur ki, qətiyyən belə etməsinlər. Çünki zamanında özüm də o acı taleni yaşamışam.

Valideynlərim boşananda başım çəkib, onlar ayrılıb, acısını biz uşaqlar yaşamışıq. Yadımdadır ki, anam pəncərələrə "reşotka" vurdurmuşdu. Qorxurdu ki, birdən dədəm gələndə biz birinci mərtəbədən hoppanıb onun yanına qaçarıq. Ona görə də mən ilk dəfə əlimə pul düşən kimi atama ev aldım. Axtarıb dədəmi tapdım. Anaların bu addımı düzgün deyil. Əksinə, bu hərəkətlə övlad ataya daha çox bağlanır.

- Yəni heç Anarla aranızda uşağa görə narazılıq olmayıb?
- Əgər bu günə kimi oğlumu atasından aralamağa çalışdımsa, Allah bəlamı versin. Hər cümə günü oğlumun əşyaları yığılır. Yalvarır ki, ana, qoy bir az dostlarımla oynayım. Deyirəm olmaz, düz atanın evinə. Bütün boşanan qadınlara da bunu arzulayıram ki, ağıllı olsunlar. Unutmasınlar ki, qan həmişə çəkir. Övladınızı atasından nə qədər ayrı tutacaqsınız, bir o qədər də ona yaxınlaşdıracaqsınız.

- Anarı unutmaq sənə asan oldu?
- O, heç vaxt unudulmayacaq. Çünki bizim uşağımız var.

Xəbərlər     Baxılıb: 3558   Tarix: 10 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bədənimizdəki şişlər nədən xəbər verir?

Bədənin müxtəlif yerlərində vaxtaşırı şişkinlik insanların tez-tez yaşadığı və əsasən müvəqqəti xarakter daşıyan bir vəziyyətdir. Ancaq bəzən bu şişkinliklər tez-tez baş verirsə və keçmirsə, bu, diqqət tələb edən problemdə

.

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT

Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir. xəbər verir ki, bu dəfə təqdim edəcəyi resept beyinə qan dövranını yaxşılaşdırır. Eyni zamanda damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir

.

Ürəyi gücləndirmək üçün - Təsirli RESEPT

Ürəyi gücləndirmək üçün uzun illərdir bu sadə və təsirli reseptdən istifadə olunur. sağlamolun.az-a istinadən həmin resepti təqdim edir:. Damarları gücləndirir, yaddaşı bərpa edir, immuniteti yüksəldir - Möhtəşəm RESEPT 

.

Yerkökünün bilmədiyimiz faydası

Mütəxəssislər yerkökünün faydalarını açıqlayıb.   -a istinadən bildirir ki, bu tərəvəzin bir sıra dəyərli faydaları var. Yerkökü xolesterol səviyyəsini normallaşdırmağa kömək edir və ümumiyyətlə ürəyə müsbət müalicəvi təsi

.

Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir? - Cəmi 15 qəpiklik çarə

Ayaqlarınız tərləyir, pis qoxu, göbələk sizə əzab verir?. e- -a istinadən xəbər verir ki, çarəsi var.  sizə 15 qəpiklik çarə təqdim edir:. 1 litr isti su, 6 damcı yod və 4 xörək qaşığı duz götürün. Bütün inqridyentleri qarışdırı

.

İnternetlə depressiya arasında hansı əlaqə var?

Avstraliya, Böyük Britaniya və Malayziyadan olan beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, kompüterlər, noutbuklar və smartfonlar yeniyetmələr arasında yuxululuğa və depressiya əlamətlərin

.

Arıqlamağa əngəl olan səbəblər

Əgər kalorilərin məhdudlaşdırılması və idman arıqlamağa kömək etmirsə, endokrinoloqa müraciət etməlisiniz. .   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı məşhur qastroenteroloq Rüstəm Sadıqov danışıb. Həkim bildiri

.

Qaraciyərimiz bu 5 qidanı sevir

Pəhrizinizə müəyyən qidaları daxil etməklə qaraciyərin fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərsiniz.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, bu 5 qida qaraciyərin sağlamlığında xüsusi rol oynayır

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

sonxeber.az gelinlikler toy makiyaji sekilleri qadin dunyasi intim seks atalar sozu elm haqqinda seksual pozalar bu ilin cantalari kosmetika azerb clpaq qadinlari sperma efsane bürcler hekaye janri