"Saat" salatı - VİDEO

"Saat" salatı - VİDEOYeni ildə dost və yaxınları stol ətrafında toplamaq artıq bir ənənə halını alıb. Gecə bütün gözlər saat əqrəblərinə zillənir. Bayram süfrəsində saat formasında yemək görmək bayrama əlavə rəng qatır.

Beləliklə, yeni il salatının resepti

Tərkibi:

Toyuq döşü — 2 ədəd.
Kartof — 2 ədəd.
Yerkökü — 1 ədəd.
Təzə şampion göbələyi — 500 qr.
Bərk pendir — 100 qr.
Toyuq yumurtası — 3 ədəd.
Mayonez — 100 qr.
Duz, qara istiot — zövqə görə
Bəzək üçün bir az şüyüd və cəfəri

Hazırlanması:

1. Şampionları təmizləyin və yaxşıca yuyun. Qurudun (məsələn, süzgəcdə), nazik doğrayın. 15 dəqiqə ərzində göbələkləri o tərəf, bu tərəfə çevirərək qızardın.
2. Toyuq döşü, kartof və yerkökünü yuyun. Sonra hazır olana qədər bişirin. Yumurtanı da qaynadın (təxminən 8 dəqiqə). Salatın inqrediyentlərini soyudun.
3. Qab götürün. Salatı qoymaq üçün qabda folqa qatı qoyun.
4. Kartofun qabıqlarını təmizləyin, onu xırdalayın, sürtkəcdən keçirin. Birinci qata duzlanmış, bir qədər mayonez vurulmuş kartof qoyun.
5. Toyuq döşünü nazik sap kimi bölün və ya zolaqlar şəklində doğrayın. Onu duzlayıb və bir qədər mayonez əlavə edib, kartof qatının üzərinə qoyun.
6. Növbəti qat qızarmış göbələklər olacaq.
7. Qabığı soyulmuş və doğranmış yumurtanı göbələk qatının üzərinə qoyun. Təbii ki, göbələyə duz və mayonez əlavə edirsiniz.
8. Salatın hər tərəfinə doğranmış pendir səpin.
9. Salatın üzərinə bişmiş yerköküdən saat əqrəbi kəsin. Rəqəmləri mayonezlə düzəldin. Göyərtilərlə (cəfəri/şüyüd) salatı bəzəyin.

Mətbəx     Baxılıb: 4966   Tarix: 16 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

turlar.az

sonxeber.az geyim seçimi gozel gorunmek kosmetoloq qadın haqqinda maraqlı hicab haqqinda azərbaycan haqda kosmetika vetene aid atalar sozu oxatan usaq geyimleri eqreb azerbaycanli is adami amerikada gullelendi