Sabah Azərbaycana sulu qar, qar yağacaq

Sabah Azərbaycana sulu qar, qar yağacaqSabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qadinsayti.az-a verilən məlumata görə, dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər zəif duman, çiskin olacaq.
Lakin axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.
Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, 17-si axşama doğru, 18-də gecə və səhər bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. İntensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Tibbi-meteoroloji proqnoza görə, sabah Abşeron yarımadasında gündüz güclü xəzri küləyi fonunda rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Dekabrın 18-19-da meteoroloji amillərin mülayim və zəif tərəddüdü müsbət amildir.

Xəbərlər     Baxılıb: 1754   Tarix: 17 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Ölkə əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkib

Keçən il ailə planlaşdırılması xidmətinin təşkili üzrə 22 361 tibbi xidmət göstərilib. -ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan "Azərbayca

.

Mədə divarını necə bərpa edək? – Bunları için

Həzm orqanlarının selikli qişasını bərpa etmək, qastrit və xoraları dərmansız sağaltmaq üçün 2 vasitə var.   -a istinadən xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva ən təbii vasitələri açıqlayıb:. "Həzm orqanlarını

.

Orqanizmə faydalı 5 balıq növü

Həkimlər ən sağlam 5 balıq növünü müəyyənləşdiriblər.   -a istinadən bildirir ki, balıq aşağı kalorili, yüksək proteinli qidadır. Həkimlər həm böyüklərə, həm də uşaqlara bu məhsulu mütəmadi olaraq pəhrizlərinə daxil etməy

.

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   -a istinadən xəbər verir ki, həkim Andrey Kondraxin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb

.

Saç tökülməsinin qarşısını alan 3 əsas qida

Araşdırmalara görə, 3 məşhur vitamin və mineral saç tökülməsinin qarşısını almağa kömək edə bilər. -a istinadən xəbər verir ki, saç tökülməsi tez-tez stress və ya hormonal dəyişikliklər nəticəsində yaranan ümumi bir problemdir

.

Çiyələyi bu qidalar ilə birlikdə yemək olmaz

Çiyələyin müəyyən qidalarla birləşməsi həzm problemlərinə səbəb ola bilər. .   -a istinadən bildirir ki, mütəxəssislər çiyələyi süd məhsulları ilə birləşdirməyi məsləhət görürlər. Ağciyəri toksinlərdən təmizləyən qidalar

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Kivini qabığı ilə yesək nə olar?

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

turlar.az

sonxeber.az maskalar sade makiyaj sekilleri reseptler dogusun baslanmasi sinir sistemi 2024 yay paltarlari aybasi ucun derman kosmetika novruz bayramı haxışta laylalar nağıllar novruza aid hakisdalar atalar sozu