Saç telini qalınlaşdırmaq üçün belə edin

Saç telini qalınlaşdırmaq üçün belə edinİncə telli saçlar üçün təklifimiz budur ki, saçlarınızı yormayın. "Saçlarım əvvəllər çox gur idi, indi çox azalıb. Saçlarım həmişə incə tellidir, kaş ki qalın və ya dolğun olaydı" deyirsinizsə, bu xəbəri oxumağınız məsləhətdir.

Yeni yuyulmuş saçınızı qurutmadan və ya fenləməzdən əvvəl dəsmala, ya da bir tənzifə bükün və qurumasını gözləyin. Sonra iri dişli daraqla darayın. Saçlarınızı darayarkən altdan başlayıb yavaş-yavaş daramağa çalışın, əsla saçınızı dartmayın. Bu prosesdən sonra fenləyin və fendə istilik nizamını orta dərəcədə edin. Saçınızı fenləməzdən əvvəl saçlarınızın sönük görünməməsi üçün bir az şəkilləndirici köpükdən də istifadə edə bilərsiniz. Saçınızın həcmli və qalın görüüməsini istəyirsinizsə, incə biqudilərdən istifadə edə bilərsiniz. Əgər saçlarınız uzundursa, axşamdan saçlarınızı hörə bilərsiniz, bu zaman həcmli saçlara malik olacaqsınız.

İncə telli saçlar üçün baxım kremləri saçınızın rəngini müəyyən edir. Saç kremləri incə telli saçları gücsüz və yağlı göstərir, bu səbəbdən mümkün olduqca istifadə etməməniz lazımdır. Lakin saçınız boyalıdırsa və kremdən ​​istifadə etmək vacibdirsə, düzgün kremdən istifadə etmək birinci qaydadır.
İncə telli saçlara malik olan xanımlar yağlı məhsullardan çox istifadə etməməlidir, bunun yerinə saçınızı yuduqdan sonra nəmli saç spreyini vurmaq daha faydalıdır. İncə telli saçlar üçün şampundan istifadə çox əhəmiyyətlidir, bunun üçün saç ustanızdan məsləhət istəyə bilər, ondakı qulluq məhsullarını sınaya bilərsiniz. Gözəllik mütəxəssislərində incə telli saçları qalınlaşdırmaq üçün kimyəvi maddələr var, bu, sizin üçün uyğun deyilsə, əlavə saç taxdıra bilərsiniz.

İncə telli saçlarınız varsa, yeməyiniz lazım olan başlıca yeməklər biotin tərkibli zəngin tünd yaşıl meyvə-tərəvəzlər və ət yeməkləridir. Çünki saç zülaldan ibarətdir. Buna görə yumurta və noxud kimi yeməklər saçın daha güclü olması üçün əhəmiyyətlidir. Zeytun yağının da saça faydalı olduğunu unutmayın.
Əgər saçlarınız çox tökülür və qırılırsa, tərkibində A vitamini olan qidalardan uzaq olmanızda fayda var. Lakin badam və qabıqlı meyvələri yeməyiniz məsləhətdir, çünki tərkibində sink olduğu üçün saç köklərinə çox faydalıdır.

Zəif saçların başlıca səbəbləri isə düzgün qidalanmamaq, həddindən artıq kökəlib arıqlamaq, hormon pozğunluğu, saç boyası və tətbiq olunan yanlış müalicələr ola bilər. Saçların olduğundan daha zəif görünməsinin digər bir səbəbi isə saç köklərində olan sebum adlı yağın saç diblərini tutaraq saçın nəfəs almasını və toksinləri atmasını əngəlləməsidir. Bu da saç kökünün iltihabı, saçda pis qoxu, saç dərisində ağrı və saçda sızanaq kimi problemlər yarada bilər. Qidalanmayan və xəstəliklərlə üzləşən saçlar incəlir və zəifləyir. Zeytun yağı, jojoba yağı, aloe vera, avokado yağı kimi bitki mənşəli yağlar da faydalıdır. Xüsusilə zeytun yağı həm saçlarda kəpəyin yaranmasına mane olur, həm də tərkibində olan amin turşuları ilə keratin "istehsal edərək" saçları qidalandırır və gücləndirir.

Gözəllik və Moda     Baxılıb: 9085   Tarix: 30 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

70-ci illərin məşhur saç modeli YENİDƏN DƏBDƏ

70-ci illərdə trenddə olan saç kəsimləri bu il yenidən dəbə minib. Bu barədə "Glamour" jurnalında məlumat dərc olunub. Söhbət qarışıq, qısa və qıvrımlı saçlardan gedir. Bu saç kəsimi moda dünyasında yenidən aktuallaşıb

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

turlar.az

sonxeber.az qadin dunyasi gözəllik məhsulları yay geyimləri 2024 fikrət əmirov adların mənası qadin dunyasi 2024 qas qalinlasmasi ucun maskalar kosmetika faydalı bilgilər vətən həsrəti sağlamlığın sirleri ginekoloq novruz hakistalari