Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO

Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTOSaç tökülməsi problemi ilə üzləşən xanımların sayı getdikcə artır. Kimi bu problemdən çıxış yolu olaraq müxtəlif şampunlar alır, kimi vitamin kompleksləri ilə həll etməyə çalışır, kimi maskaları yoxlayır və s. Uğurlu alınanı da olur, cəhdləri nəticəsiz qalanı da.
Bəzən deyirlər ki, saç daranması indi azdır, ona görə saç tökülməsi çoxdur. Niyə bu problem artıb? Həlli üçün nələr etməliyik?
Milli.Az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTODermatoloq Vaqif Abdullayev ilk olaraq bildirdi ki, saçı darayanda, dartanda, 7-8 tel düşürsə, bu, normaldır. Əgər 15-20 tel düşürsə, bu, problemdir. Gün ərzində 60-a qədər saç tökülməsi normal sayılırsa, 100-200 tökülmə artıq ciddi problem göstəricisidir. Ciddi problemlə üzləşənlərin sayının bu gün çox olmasına gəlincə, V.Abdullayev dedi ki, saç tökülməsinə təsir edən faktorlar artıb:
"Əslində, əvvəllər də insanlarda saç tökülməsi halları olub. Təbii ki, indiki qədər deyildi. Ona görə müasir zamanda saç tökülmə problemi ilə müraciət edənlər də çoxdur".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO"Daramamaq səbəb deyil"
V.Abdullayev faktorların fərqli və çox olduğunu dedi:
"Autoimmun xəstəliklər, hormonal balansın pozulması, infeksion xəstəliklər, stress, bəzi mikroelementlərin çatışmazlığı və s. ola bilər. Məsələn, sink, dəmir çatışmazlığı da saç tökülməsinə yol açır. Urbanizasiyanın təsirindən yetəri qədər mikroelement, vitamin qəbul edə bilməyən insanlar var. Bu da təsirini göstərir. COVİD-19-dan sonra saç tökülmələri çox artıb. Saç diblərinə zərər vuran formada hörük, saç yığımları olarsa, onun da təsiri ola bilər. Saç tökülməsi problemi yaşayanların çoxu heç də onları edənlər deyil. Çünki o cür yığımlar, indi dəbdə deyil".
Qadınların saç daraması hallarının azalmasının təsirinə gəlincə, V.Abdullayev bununla bağlı hər hansı elmi araşdırma olmadığını dedi:
"Saçı daramamaq saçın tökülməsinə təsir edən ciddi faktor deyil. Düzdür, daranma özü də bir masaj kimi dərinin mikrosirkulyasiyasına müsbət təsir göstərir. Masaj zamanı damarlar daha çox genişlənir, saç kökünə daha çox qan gəlir. Saç kökləri daha yaxşı qidalanır. Müsbət effekt verir. Ancaq demək olmaz ki, saçların tökülməsində az daranması, yaxud daranmaması səbəbdir".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTOMüalicəvi şampunlar həll yoludur?
Dermatoloqun sözlərinə görə, səbəbini bilmədən tətbiq etdiyimiz həll yolu nəticə verməyəcək:
"Adam var ki, hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır. Sonra hamıya məsləhət görür ki, mən bunu etdim, düzəldi. Rəfiqəsi də edir, amma onda nəticə uğurlu olmur. Çünki problem eyni olsa da, səbəb fərqlidir. Deməli, rəfiqəsində səbəb başqadır. Onu tapmaq lazımdır. Boşuna vitamin qəbul etməyin faydası olmayacaq. Bəzən adam çox stress keçirir, hər bir məsələyə baxır, amma səbəbin stressi ilə bağlı olduğunu düşünmür. Bu diaqnozu da özü qoymamalıdır. Ola bilər adam stressə bağlayar, amma hansısa daxili problemlə bağlı olar. Diaqnozu mütəxəssis qoymalı və ona uyğun tədbirlər görülməlidir".
Şampunların effektinə inananlar da var. V.Abdullayev deyir ki, müalicəvi şampunlar var. Onlar da bütün növ saç tökülmələrində effektli olmur:
"Müalicəvi və kosmetik şampunlar var. Kosmetik şampunlar güclü effektə malik deyil. Yuyucu vasitə kimi rahat istifadə edilə bilər. Müalicəvi şampunlara gəlincə, tibdə onların effektinə inanan da var, inanmayan da. Bu da problemə görə dəyişir. Daxili orqanlara bağlı problemdirsə, bu zaman rolu olmayacaq. Ancaq saç dərisi kimi məsələyə bağlıdırsa, o zaman effekt göstərə bilir. Müalicəvi şampunlar da yalnız həkimlər tərəfindən təyin olunmalıdır".
"Qidalanma düzgün olmalıdır"
V.Abdullayev bildirdi ki, saç dərisinə qulluğu unutmamalıyıq:
"İllər öncə ilə müqayisə etsək, bu gün xanımlarımızın saça qulluq faizi çox artıb. 30-40 il əvvəl insanlar saçlarına daha az fikir verirdilər, nəinki indi. Necə ki üz dərisinə, dırnaqlara qulluq edilir, saçlara da qulluq etmək lazımdır. Düzgün şampunlardan, yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yağlı saçlardırsa, yağlı saçlar üçün olan şampunlardan istifadə edilsin. Quru saçları yağlı saçlar üçün olan şampunlarla yuduqda, saçların daha çox quruması müşahidə olunacaq. Daha çox ziyan görəcək".
Mütəxəssis bildirdi ki, sağlam saçlarımız olması üçün qidalanmaya xüsusi diqqət etməliyik: "Qidalanma düzgün, rasionumuz vitaminlərlə, mikroelementlərlə zəngin olmalıdır. Tək "fast-food"larla qidalanan adamın dərisi də, saçı da düzgün qidalanan insanın saçından, dərisindən fərqlidir. Spirtli içki, siqaret saçlara mənfi təsir göstərir. Saçların sağlam olmasını istəyirsinizsə, mütləq qidalanmaya fikir verin. Gün ərzində 2 litr su içməyi unutmayın".
Saçımız tökülürsə, nə edək? - ARAŞDIRMA - FOTO"İki aydan çox davam edirsə..."
Saç boyalarının təsirinə gəlincə, dermatoloq qeyd etdi ki, bu məsələdə ümumiyyətlə, diqqətli olmalıyıq:
"Perekis tərkibli saraldan boyalar saçları çox zədələyir. Saçların diametrində incəlmələr müşahidə olunur. Saçın uzanmasına təsir göstərə bilir. Tünd rəngli saç boyalar isə tərkibində kanserogen maddələr çox olduğu üçün əksər hallarda bir çox ölkələrdə qadağan olunmaq üzrədir. Xərçəng yaratma riskləri yüksəkdir".
Həkim sonda qeyd etdi ki, əgər saç tökülməsi normadan çoxdursa, 2 aydan çox davam edirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az

Xəbərlər     Baxılıb: 817   Tarix: 10 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

.

Bədəndən xolesterolu dərmansız çıxarmağın ƏN ASAN YOLU

Xolesterolun aradan qaldırılmasını sürətləndirmək üçün bədəndə müəyyən bir mineralın səviyyəsini izləmək vacibdir. Damarlarda həddindən artıq "pis" xolesterin infarkt və insult riskini artırır.   -a istinadən xəbə

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

.

Ədviyyatlı yemək zamanı orqanizmdə nə baş verir?

Ədviyyatlı qidaların tez-tez istifadəsi qida borusu xərçənginə səbəb ola bilər.   -a istinadən bildirir ki, ədviyyatlı qidalar bədəndə unikal reaksiyalar yaradır. Bibər və digər ədviyyatlı qidalarda olan kapsaisin sinir sistemindək

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Şəhər, yoxsa kənddə yaşamaq – Harda xərçəng daha çox yaranır?

Kənd insanının bədəni sağlam, ömrü uzun olur deyirlər. Həqiqətənmi şəhərdən uzaq yaşamağın özü sağlamlıq üçün yetərlidir?.   -a istinadən xəbər verir ki, paytaxtda və kənddə yaşamaq orqanizmə fərqli risklər yaradır və hərəsini

.

İbn Sinanın bəhs etdiyi qida: zəkanı artırır, gözə dərman

Əqli gücü artıran, zəkanı kəskinləşdirən müxtəlif qidalar olduğu bilinir. -a istinadən xəbər verir ki, bunlardan birinin adını məşhur tibb alimi İbn Sina əsrlər öncə açıqlayıb. Sağlamlıq sahəsində müxtəlif tədqiqatlar apara

turlar.az

sonxeber.az qadin dunyasi gozel gorunmek kosmetoloq nişanlılıq gənc ailə toy gecesi küncüt yağı kosmetika aybawi paxlava baliq fitat namiq qaraçuxurlu