Saçınız gec uzanırsa, bu maskalar sizin üçündür

Saçınız gec uzanırsa, bu maskalar sizin üçündürSaçlarınızın uzanması üçün maska resepti təqdim etməyə davam edirik. Bu dəfə fərqli üsulla sizi tanış edəcəyik. Belə ki, budəfəki məqaləmizdə saşların uzanmasında əvəzsiz rol oynayan darçından bəhs edəcəyik.

Darçın saç baxımında mütəmadi olaraq istifadə edildiyində saçların daha tez uzanmasını təmin edir və saç köklərini gücləndirir. Saça faydaları olan darçın maskalarını təqdim edirik.

Darçın yağı maskası

Saç müalicəsinin ən asan yolu darçın qabığı yarpaqlarından çıxarılan yağla saç dərisini masaj etməkdir. Saçlarınızı yumadan 25 dəqiqə əvvəl darçın yağını saç diblərinə sürtsəniz, baş dərisindəki qan dövranı yaxşılaşar, saç kökləri daha tez böyüyər. Bundan başqa bu maska kəpək və qaşıntı kimi problemlərin həllinə də yardım edir.

Darçın və zeytun yağı maskası

Bu maskanı saç tökülməsini dayandırmaq və saç uzanmasını tezləşdirmək üçün istifadə edə bilərsiniz. 1 çay qaşığı toz darçın və 2 yemək qaşığı zeytun yağını şüşə qabda qarışdırın. Saç dərisinə masaj edərək sürtün və yarım saat saçlarınızda saxlayın, sonra şampunla yuyun. Maskanı hazırlamadan əvvəl zeytun yağını isitməyi unutmayın.

Darçın, yumurta və zeytun yağı maskası

Saçlarınızın tez uzanması üçün daha təsirli bir üsul axtarırsınızsa, bu maskadan yararlana bilərsiniz. Darçın, yumurta və isidilmiş zeytun yağını yaxşıca qarışdırıb saçlara sürtmək lazımdır. Nəm saça sürtün və saçınızı darayın. 15-20 dəqiqə saxladıqdan sonra maskanı şampunla yuyun. Həftədə bir dəfə tətbiq edin.

Darçın, bal və zeytun yağı

Darçın, bal, zeytun yağı saç tökülməsinin qarşısını alır, saçların tez uzanmasına yardım edir. Bütün bu ərzaqları qabda qarışdırın, əldə edilən qarışımı saç dərisinə sürtün və 15 dəqiqə sonra şampunla yuyun.

Bundan başqa darçından rəng açıcı kimi də istifadə edə bilərsiniz. Əgər saçlarınızda rəng dəyişikliyi istəyirsinizsə, 1 çay qaşığı darçın tozu 2 yemək qaşığı saç kremi ilə qarışdırın. Maskanı saça sürtün. Yaş dəsmalla bağlayıb bir gecə belə saxlayın. Saçınızı səhər oyananda ən azı iki dəfə şampunla yuyun. Həftədə bir dəfə bu maskanı edin./lent.az/

Gözəllik və Moda     Baxılıb: 3479   Tarix: 10 yanvar 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yeni il bayramından öncə hansı prosedurlar edilməməlidir?

Bir çox qadınlar cazibədar görünmək üçün Yeni il öncəsi müxtəlif fəndlərə əl atırlar. Bəziləri bayramdan öncə müxtəlif qocalma əleyhinə prosedurlar edirlər. Mütəxəssislər isə nəticənin həmişə gözləntiləri doğrultmadığı barəd

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

İsti havada çox tərləyənlər üçün 3 ÇARƏ

Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır. -a istinadən tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edir:. 1. Limo

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

turlar.az

sonxeber.az yemek reseptleri yay geyimləri 2024 qadin sayti cennet almasi murebbesi pol breqq qadindunyasi.az ziyafət geyimləri kosmetika intim narin faydasi paxlava qiz adlari xeyanet