Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsinizBəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir.
Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərlə tanış edirik.
Allergiya testi etmirsiniz
Boya paketlərində saçınızı rəngləmədən öncə allergiya testi etmək tövsiyə olunur. Əlbəttə ki, müasir yüksək keyfiyyətli boyaların tərkibində hər hansı təhlükəli maddələr yoxdur, lakin fərdi allergik reaksiya ehtimalı istisna olunmur. Əgər boya sizə uyğun gəlmirsə, onun istifadəsi ən yaxşı halda qaşınma və qıcıqlanma, ən pis halda isə baş dərisinin yanması və saç tökülməsi ilə nəticələnə bilər. İstifadə etməzdən əvvəl mütləq sınaqdan keçirin: dirsəyə bir az boya çəkin, 45 dəqiqə gözləyin, sonrakı gün dərinin vəziyyətini müşahidə edin. Hər şey qaydasındadırsa, boya istifadə edilə bilər.
Boyamazdan əvvəl saçlarınızı yumaq olmaz
Boyanın dəriyə zərər verməməsi üçün baş dərisində ifraz olunan sebum vacibdir. Saçlarınızı yusanız, demək olar ki, bütün sebum baş dərisindən yuyulub gedəcək, bununla da baş dərisini qoruyucudan məhrum edirik. Təzə yuyulmuş saçlara boya çəkmək təhlükəli ola, qaşınma, qıcıqlanma, hətta allergiyaya yarada bilər. Boyanmazdan dərhal əvvəl saça həcm verən kondisionerlərin istifadəsini də unutmağa dəyər – onlar boyanın saça nüfuz etməsinə mane olan qoruyucu bir səth yaradırlar. Eyni zamanda boya çox çirkli saçlara da oturmayacaq. Boya üçün optimal vaxt son yuyulmadan 1-2 gün sonradır.
Ardıcıllığa əməl etmirsiniz
Boyanı yavaş-yavaş çəkdiyiniz üçün saçın bəzi hissələrində digərlərinə nisbətən daha çox olacağı ortaya çıxır. Və bu hissələrin seçimi təsadüfi olmamalıdır: saça zərər verməmək və vahid rəng əldə etmək üçün boyama prosesində müəyyən ardıcıllıq var. Saçınızı dörd hissəyə bölün. Əvvəlcə boyanı köklərə, sonra bütün uzunluğa, sonda isə üzün yaxınlığındakı tellərə tətbiq edin.
Vaxtı uzadırsınız
Daha zəngin bir dərin rəng əldə etmək ümidi ilə boyanı saçınızda təyin edilmiş qırx dəqiqə əvəzinə bir saat saxlamamalısınız. Bu, onsuz da effelt verməyəcək, baş dərinizə zərər verə və ya saçınızı quruda bilərsiniz ki, sonradan heç bir maska onları xilas edə bilməyəcək. Həmişə qablaşdırmadakı təlimatları diqqətlə oxuyun və boyanı istehsalçının göstərişlərinə uyğun olaraq saxlayın.
Əvvəlki təcrübəni nəzərə almırsınız
Paketin üzərindəki fotoda gördüklərinizlə eyni rəng əldə etməyi gözləməyin, xüsusən də bu sizin ilk saç boyamanız deyilsə. Saç boyaları ən gözlənilməz və həmişə xoş olmayan effekt verə bilər. Daha əvvəl xına və ya basmadan istifadə edənlər xüsusilə diqqətli olmalıdırlar. Təbii boyaların tərkibində saçda uzun müddət qalan metallar var və o, boyanın kimyəvi komponentləri ilə birləşdikdə saça mavi, hətta yaşılımtıl rəng verə bilər.

Gözəllik və Moda     Baxılıb: 6513   Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Hər kəsin cibinə uyğun olmayan kosmetik vasitələr

Dünyanın ən bahalı ətiri. 2019-ci ildə "Nabeel" parfüm şirkəti tərəfindən istehsal edilən dünyanın ən bahalı ətri  Dubayda keçirilən " The Spirit of Dubai" sərgisində  təqdim edilib. "Shumukh"

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

turlar.az

sonxeber.az reseptler yay kolleksiyasi yaz geyimleri 2024 dondurmalar parfümeriya hamiləlikdə şaftalının xeyri kosmetika bir arzum var seksi baldıza aid hakışta ana haqqinda bayati sac modelleri