Saçları yağlanmadan tamamilə xilas edən RESEPT

Saçları yağlanmadan tamamilə xilas edən RESEPTSaçların həddən artıq yağlılığı çox böyük problemdir.
Bu həm insanın xarici görünüşünü korlayır, həm də saçların çox güclü tökülməsinə səbəb olur. Bu problemi həll etmək çətin olsa da mümkündür.

1. Qidalanmanızı fikir verin. Bu əsas şərtlərdən biridir. Çox yağlı, qızardılmış, hisə verilmiş, şirin qidalardan imtina edin, sağlam qidalanın, kifayət qədər su için.

2. İlk növbədə saçları düzgün yumaq lazımdır. İsti və soyuq sudan istifadə etməyin. İsti və soyuq su piy vəzilərinin fəaliyyətini daha da gücləndirir. Saçlarınızı ilıq su ilə yuyun.

3. Yağlı saçlar üçün olan xüsusi şampunlardan istifadə edin. Belə şampunların tərkibinə çobanyastığı, aloe, gicitkən, kalendula, palıd qabığı, qatırquyruğu kimi bitkiləri daxil edirlər. Bu bitkilər saçların yağlalığını azaldır.

4. Saçları yuduqda baş dərisini dırnaqlarla qaşımayın. Bu piy vəzilərin fəaliyyətini gücləndirir. Baş dərisini barmaqların ucları ilə yüngül massaj edin.

5. Balzam, saç kondisionerləri, lak, müxtəlif gel və köpüklərdən istifadə etməyin. Şotka daraqdan imtina edin, adi daraqdan istifadə edin.

6. Mümkün qədər az hallarda fendən istifadə edin.

7. Saçlarınıza saçların yağlılığını azaldan maskaları edin. Belə maskaları həftədə 2-3 dəfə etmək lazımdır:
- Kosmetik gil (ağ, göy) ilıq su ilə xama konsistensiya alınana kimi qarışdırılır və baş dərisinə massaj hərəkətləri ilə çəkilir. Maskanı 2 saat ərzində saxlayın və sonra saçlarınızı yuyun.

- Xardal tozunu ilıq su ilə qarışdırın, saçların dərisinə çəkin və 5-10 dəqiqədən sonra saçlarınızı yuyun.

- Çovdar çörəyi suda isladıb sıyıq vəziyyətinə çatdırın və saçlara çəkin. 10 dəqiqədən sonra saçlarınızı yuyun.

- 1 yumurta sarısı, 1/2 limonun şirəsi, 1 çay qaşığı bal, 1 diş sarımsaq (əzin və şirəsini istifadə edin) qarışdırın və saçların köklərinə çəkin. Sonra saçlarınızı plyonkaya və üzərindən dəsmala bükün və 1 saatdan sonra saçlarınızı yuyun.

- Yumazdan əvvəl saçların köklərinə qatığın çəkilməsi yaxşı effekt verir, yağlılığı azaldır.

- Yumazdan əvvəl baş dərisinə aloe şirəsini çəkin və 20 dəqiqədən sonra saçlarınızı yuyun.

- Yumazdan əvvəl baş dərisini simonun dilimi ilə sürtün. Bu yağlılığının azalmasına kömək edir.

- Saçları yuduqdan sonra müalicəvi bitkilərin dəmləmələri ilə yaxalayın. Bu çox effektlidir. Çobanyastığı, palıd qadığı, kalendula, nar qabığı, mayaotu toxumu istifadə edin. Bitkidən 3 xörək qaşığı götürüb 1/2 l qaynar suda dəmləyin, soyudun, süzün və təmiz saçları yaxalayın. Bir neçə bitki qarışdırmaq da olar.

- Sirkə ilə yaxalamalar da çox yaxşı kömək edir. Saçları yuyandan sonra 1 l ilıq suya 1 çay qaşığı sirkə əlavə edin və saçları yaxalayın. Naşatır spirtindən də istifadə etmək olar. 1 l ilıq suya 1 çay qaşığı naşatır spirti götürülür.

- Saçlar üçün olan xüsusi vitamin-mineral komplekslər mövcuddur. Belə komplekslərin tərkibinə dəmir, kükürd, C və B qrupu vitaminləri daxildir

Gözəllik və Moda     Baxılıb: 5905   Tarix: 22 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Koreyalı qadınların 4 cavanlıq sirri

Koreyalı qadınlara baxanda onların əsl yaşını təxmin etmək çətindir. Bu insanlar həmişə yaşlarından daha cavan görünürlər. Bir çoxu bunun genetika ilə əlaqəli olduğunu düşünür, amma belə deyil. Əsl səbəb odur ki, Asiya qadınlar

.

Baxımlı qalmaq istəyirsinizsə…

Gözəl və baxımlı olmaq istəyirsinizsə onda mütləq aşağıdakı məqamlara diqqət yetirin. Üzünüzdə olan şişkinliyi aradan qaldırmaq və üzünüzə təravətli görüntü vermək üçün duzlu sudan istifadə edin. Dəsmalı duzlu suda isladıb

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

turlar.az

sonxeber.az kosmetoloq reseptler qaşların formalari salatlarin bezedilmesi gecəliklər bal maskasi uz ucun yuxuyozmalar kosmetika efsaneler aybawi sperma şirin qoğal eqreb