Saçların tökülməsi və onun səbəbləri

Saçların tökülməsi və onun səbəbləriBaşın dərisində olan hər bir saçın ömrü orta hesabla 3-4 il olur. Buna görə də saçların daimi olaraq tökülməsi tam normal və təbii olan bir prosesdir.
Əgər siz öz saçlarınızla kifayət qədər ehtiyatla davranırsınızsa, tökülən saçlar əsasən, qocalmış, ölmüş, tökülmək üçün nəzərdə tutulmuş saçlar olur. Hesab edilir ki, bir gün ərzində tökülən saçların sayı 50-100 sayda olur. Saçların tökülməsi, adətən, yaz və payız aylarında artır. Bununla eyni bir zamanda yeni tüklər də inkişaf etməyə başlayır - onların bu dövrlərdə inkişaf etməsi qış və yay fəsillərinə nisbətən daha sürətli olur.
Əgər siz saçlarınızın get-gedə daha sürətlə tökülməsini müşahidə etsəniz, mütləq həkim-trixoloqa (saçlar üzrə mütəxəssis) müraciət etməlisiniz. Saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bu halda sizə digər mütəxəssislərin məsləhəti lazım ola bilər.
Saçların tökülməsinin ən əsas və çox təsadüf edilən səbəbləri - irsi meyllik, immunoloji və endokrin xəstəliklər (qalxanvari vəzinin xəstəlikləri, diabet, yumurtalıqların polikistozu və s.), anemiyalar, baş dərisinin müxtəlif xəstəlikləri, sinir pozğunluqları, qeyri-sağlam həyat tərzi, vitamin çatışmazlıqları, müxtəlif dietalara aludə olmaq, qeyri-düzgün qidalanma və s. ola bilər. Ağır, xüsusən də infeksion xəstəliklərdən (skarlatina, qrip və s.), zəhərlənmələrdən, psixi travmalardan, ağır həyəcanlardan, uzunmüddətli yorğunluqlardan sonra da saçların tökülməsi sürətlənə bilər.
Bir çox hallarda saçların tökülməsi klimaks zamanı, yeniyetmə dövründə, hamiləlik, uşaqsalma vaxtı, hətta normal doğuşlardan sonra hormonal fonda olan dəyişikliklər səbəbindən də baş verə bilər.
Şübhəsiz ki, bir çox hallarda saçların tökülməsinin səbəbi hər hansı bir xəstəlik deyil, saçlara düzgün olmayan qulluq göstərilməsi olur: müvafiq tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, isti fenlə tez-tez və uzun müddət ərzində qurudulması və s.
Saçların tökülməsi bəzi dərmanların (hamiləliyin qarşısını alan, yüksək təzyiqə qarşı olan həblər, sidikqovucular, antidepressantlar, steroidlər və s.) uzun müddət ərzində qəbul edilməsindən də ola bilər. Dərman qəbul edərkən əks göstərişlərə diqqət yetirin, əgər orada saçların tökülməsi də qeyd olunubsa, həkimlə məsləhətləşərək onu hansı dərmanla əvəz etməyin mümkün olduğunu öyrənin.
Saçların tökülməsi müvəqqəti və ya daimi (keçəlləşmə) olur. Saçların müvəqqəti tökülməsi zamanı saçın kökü və soğanağı saxlanmış olur. Bir müddət keçdikdən sonra saç yenə də uzanmağa başlayır. Saçların davamlı tökülməsi zamanı saçın kökü və soğanağı tam şəkildə məhv olaraq çapıq toxuması ilə əvəz olunur. Bu halda saç artıq inkişaf edə bilmir və onun bərpa edilməsi də mümkün olmur. Saçların davamlı tökülməsi bir sıra ağır göbələk xəstəliklərindən, dərinin irinli və digər xəstəlikləri nəticəsində baş verir ki, bu zaman bütün saç aparatı iltihabi prosesə qoşulur. Bu xəstəliklər təcili və düzgün müalicə tələb edir. Baxış zamanı həkim-trixoloq ilk növbədə saçların güclü şəkildə tökülməsinin əmələgəlmə səbəbini müəyyən etməyə çalışır. Bu zaman xüsusi laborator və digər mütəxəssislər tərəfindən (immunoloq, dermatoloq, qastroenteroloq, endokrinoloq və s.) müayinələrin aparılması da lazım ola bilər. Əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal hala gəlir. Əgər saçların tökülməsinin səbəbi baş dərisinin hər hansı bir xəstəliyi olarsa, həkim-trixoloq tərəfindən müvafiq müalicə təyin olunur. Ola bilər ki, ilkin olaraq siz saçlarınızı bir qədər qısaltmalı olacaqsınız - bu, baş dərisini oksigenlə kifayət qədər təmin etməyə imkan verərək, saçlara və baş dərisinə qulluq edilməsini də asanlaşdırır.
Həkim tərəfindən yazılan dərman preparatlarının qəbul edilməsi ilə birlikdə başın dərisinə maska sürtülməsi, saçların dərman otlarından hazırlanmış dəmləmələrlə yaxalanması, baş dərisinin masaj edilməsi (quru və normal saçlar üçün) də yaxşı effekt verir. Ancaq bir daha qeyd etmək istəyirik ki, heç bir maskalar və otlar, həkim tərəfindən aparılan müayinə və müalicəni əvəz edə bilməz.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 901   Tarix: 16 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Yumurta ilə hansı qidaları yemək olmaz?

Yumurtanın müəyyən qidalarla birləşdirilməsi mədə problemlərinə səbəb ola bilər.   -a istinadən xəbər verir ki, qidalanma mütəxəssisləri yumurtaları ət, vetçina, pendir və yüksək kalorili souslarla (mayonez, tartar və s.

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

Yumurta qabığını atmayın - Bu faydaları var

a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:. - Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasın

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Meteohəssas insanlara XƏBƏRDARLIQ: mayın 13-də

Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mayın 13-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssa

.

Energetik içkilər yuxunu qaçırmır - Sürücülərə təhlükə

Gecə yolda yatmamaq üçün sükan arxasında energetik içki içmək təhlükəlidir.   -a istinadən xəbər verir ki, həkim Tatyana Romanenko yuxulamağa qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir. Onlar da kofein tərkiblidir

.

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.   -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməy

.

Uzunömürlülüyün gözlənilməz sirləri: 4 sadə qaydaya əməl edin

Bir çox insanın arzusu uzun və xoşbəxt bir həyat sürməkdir. Aydındır ki, orta fiziki fəaliyyət və düzgün qidalanma prinsiplərinə riayət etməklə uzunömürlülük şansı artır.   -a istinadən xəbər verir ki, ancaq ömrü uzatmağı

turlar.az

sonxeber.az donlar 2024 gozel gorunmek aksessuarlar uc baci dolmasi qaymaqlı krem gözəllik xəbərləri quru yeməklər kosmetika xlor lekesi opusme qz eviyçun hakışta pomidor lakonizim