Saçqıranlardan necə azad olmalı?

Saçqıranlardan necə azad olmalı?Müasir dövrdə daimi olaraq istifadə etdiyimiz fen və saçlarımıza çox böyük ziyan vuran digər əlamətlər, kövrək və zəif saçların olmasına gətirib çıxardır.
İlk növbədə müşahidə etdiyimiz problemlərdən biri saçqıranların üzə çıxmasıdır.
Hər bir problemdə olduğu kimi bu problemdə də ilk növbədə orqanizmin ümumi vəziyyətinə nəzər salmaq məsləhət görülür. Dırnaq və saçların vəziyyəti ,sağlamlığın nə halda olmasından xəbər verən dəqiq indikatordur. Saçqıranlar adətən vitamin çatışmazlığı,qeyri düzgün qidalanma, qidalı maddələrə olan çatışmazlıqların nəticəsi ola bilər. Məhz buna görə problemi daxildən həll etmək lazımdır.
Beləliklə, ilk olaraq gündə 2-3 lt su içmək lazımdır, belə ki, orqanizmdə su çatışmazlığı saçların quru və kövrək olmasına səbəb olur. Səhərlər ac qarına 1 çay qaşığı zeytun yağı içmək həmçinin məsləhətdir. Belə ki, gözəl saçlara sahib olmaq istəyirsinizsə bitki yağlarının nə qədər önəmli olmasını bilməniz şərtdir. Saçları yuduqdan sonra isə adı su ilə deyil, müxtəlif bitki məhlulları ilə yaxalamanız yaxşı olar.
Bundan əlavə quru və kövrək saçlara yaxşı təsir edən yağlardan istifadə mütləqdir. Saçları yumazdan əvvəl gənəgərçək, ayığəncəsi, zeytun və digər yağlarla maskalar etməyiniz bu tip problemin həllinə köməkçi olacaq.
Digər üsullara gəldikdə isə, bu problemin həllini hər bir salonda tapmaq olar. İlk üsul saçqıranların kəsimi və sonrakı qulluqdur. Son zamanlar isə xeyli məşhurlaşan qaynar qayçı ilə kəsimdir. Bu kifayət qədər uzun bir prosedurdur(1.5-2 saat). Saçların ucunu kəsdikdə yüksək hərarətin təsirindən uclar yapışaraq, laylara ayrılmır.
Digər salon proseduru olan - termo bərpa edilmə adlanır. Saçlarınıza xüsusi vasitələr sürtülür, sonradan şampunla yuyulub, uclarına xüusi zərdab sürtülərək proseduru xüsusi ütü ilə bitirirlər. Saçlar böyük dozada bərpaedici vasitələrlə qidalanaraq, yüksək hərarətlə emal edildiyinə görə effekti uzunmüddətli saxlayır.
Bundan əlavə digər üsullarda vardır, sadəcə salonda olunan bir çox üsulların əksəri müalicəvi deyil kosmetik sayılır. Belə ki, onlar üstən problemi həll edərək saçlarınıza müvəqqəti gözəllik və parlaqlıq verə bilirlər. Bu səbəbdən hər bir problem və xəstəlikdə olduğu kimi, saçqıran problemini də daxildən həll etmək lazımdır.

Saglamolun.Az

Gözəllik və Moda     Baxılıb: 2063   Tarix: 13 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Kirpikləri daha effektli göstərən hiylə

Vazelin istənilən kosmetik vasitənin effektivliyini artırmağa kömək edən möcüzəvi məhsuldur. Biləklərə və qulaq arxasına vazelin çəkdikdən sonra ətir sıxsanız, qalıcılığı artır. Onun köməyilə qaşlarınızı da qidalandıra bilərsiniz

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

turlar.az

sonxeber.az adlarin menasi gelinlikler aksessuarlar gəlin qayınana uzdeki qara noqteler cinsi mövzular xına bəzəkləri kosmetika nizami gəncəvi oglan evi xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır fitat novruz haqistalari