Sağlam dişlərə sahib olmağın şərtləri

Sağlam dişlərə sahib olmağın şərtləriDişlərin sağlam olması üçün ən vacib şərt ona düzgün qulluq edilməsi, yəni sadə şəkildə fırçalanması ilə əlaqədardır. Hər kəs bunu düzgün şəkildə yerinə yetirməlidir. Bundan başqa ən azı ildə iki dəfə həkim-stomatoloq tərəfindən dişlərin müayinəsi və profilaktik təmizlənməsi aparılmalıdır. Dişlər nə qədər düzgün fırçalansa da, bioloji olaraq onun üzərində pərdəcik yaranır və get-gedə diş daşı deyilən quruluş yaranır və onun da üzərində mikroblar yerləşir. Onun yalnız fırça ilə təmizlənməsi mümkün deyil.
Milli.Az xəbər verir ki, bunu həkim-stomatoloq Qədir Hüseynov deyib.
Onun dediyinə görə, bir və bir neçə səbəbdən törənən xəstəliklər var: "Məsələn, kariyes bir çox etioloji faktorlar nəticəsində əmələ gəlir. Dişin çürüməsi əsasən mikrobların əmələ gəlməsi nəticəsində olur. Onlar diş çökəklərində yerləşə bildiyinə görə kariyes daha çox oradan və iki diş arasından başlayır. Şirniyyatdan çox istifadə edənlərdə həmin problem daha qabarıq olur. Dişlərin sərt toxuma xəstəliklərindən sonra ikinci yeri damaq xəstəlikləri tutur. Onun etiologiyasında ən başlıca səbəblərdən biri iltihab nəticəsində yaranan diş daşlarıdır. Diş çöpləri və saplarından düzgün istifadə edilməməsi də onun yaranması ilə nəticələnir".
Həkim-stomatoloq diş fırçaları barədə danışarkən deyib: "Əsasən orta sərtlikdə olan fırçalardan istifadə etmək məsləhət görülür. İntensiv olaraq diş ərpi yaranan xəstələrdə daha sərt, diş ətində qanamalar olanlar daha yumşaq fırçalardan istifadə etməlidirlər. Diş məcunlarının da böyük rolu var, lakin ən əsası dişlərin düzgün fırçalanmasıdır. Elektrik diş fırçaları isə müxtəlif istiqamətlərdə sürəkli hərəkət edir, onu diş ətinə çox sıxmayaraq dişi zədələməmək şərtilə istifadə etmək olar, bərk sıxılaraq sürtülməsi isə diş əti problemi və gingivit xəstəliyinin yaranmasına aparıb çıxarır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1101   Tarix: 09 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəbizliyi dərhal aradan qaldıran tərəvəz

Qəbizlik geniş yayılan və haqqında çox danışılmayan bir problemdir. Bu problem çox vaxt həyat keyfiyyətini aşağı salır və insanı narahat hiss etdirir. Uzun müddət davam etdikdə isə xroniki hal ala bilər. Ona görə də qəbizliy

.

Diqqət: Bu kartof çox təhlükəlidir

Göyərmiş, yaşıla çalan kartof ən zəhərləyici təsirli kartofdur. -a istinadən xəbər verir ki, terapevt, tibb elmləri namizədi Marqarita Koroleva yaşıl rəng almış kartofun zərərindən danışıb:. "Kartof gün altında uzu

.

Arıqlamağa kömək edən YEGANƏ MƏHSUL

Mütəxəssislər arıqlamağın yeganə yolunu açıqlayıblar.   -a istinadən xəbər verir ki, kilo vermək üçün 50:50 deyilən qaydaya əməl etməlidir. . Karbohidratların səviyyəsini gündə 50 q-dan aşağı saxlamaq lazımdır, lakin zülalları

.

Yatarkən belə yağ yandırmaq mümkündür – Necə?

Salk İnstitutunun araşdırmasına görə, nə qədər oyaq qalsaq, bir o qədər çox kalori qəbul edirik. Buna görə də alimlər kalori qəbulunu azaltmağın ən sadə yolunun erkən yatmaq olduğunu bildirirlər. Yatarkən arıqlamağın başq

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

.

Xərçəng əmələ gətirməyə qadir - 5 ət məhsulu

Xərçəng tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, əslində həyatımız boyu müəyyən qədər kanserogenli qida qəbul etməyimiz mümkündür. Amma əgər rasionda

.

Avropada hər gün minlərlə insan bu səbəbdən ölür

Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. -a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir. Bildirili

.

Mətbəxin ən çirkli əşyası – Təhlükələr nələrdir?

Mətbəxdə ən çirkli əşya müəyyən edilib.   -a istinadən xəbər verir ki, masaların üstünü silmək üçün istifadə olunan əskidir. . Bildirilir ki, o daim qida və yağ ilə təmasda olur. Bu da böyrək problemlərinə və hətta pnevmoniyay

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

turlar.az

sonxeber.az reseptler geyim şəkilləri maskalar göyəm turşusu suni usaq yemekleri salatlarin hazirlanmasi bezedilmesi qadin ehtirasi artiran dermanlar kosmetika eqreb anabaci rus dilini öyrənək badambura novruz haqistalari