Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADI

Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADIYeni il bayramı və tətil günləri çox yeyib-içmək üzrə uzanan marafon yarışına bənzəyir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, sağlam qidalanma üzrə ekspert Elena Solomatina Yeni il masasında bir-biri ilə uyğun və uzlaşmayan spirtli içkilərlə məzə və qəlyanaltılardan danışıb.
Ekspert izah edir ki, spirtli içkilərin yanında təklif edilən məzə və qəlyanaltının iki əsas tələbi var. Birincisi, sürətli intoksikasiyanın qarşısını almalıdır. İkincisi, qəlyanaltı alkoqollu içkinin dadını və qoxusunu boğmamalıdır:
"Etil spirti - spirtli içkilərin tərkibindəki etanol qaraciyərdə parçalanır. Odur ki, alkoqol qaraciyərə daha çox zərər verir. Etanol müxtəlif fermentlərin işlədiyi iki mərhələdə parçalanır. Əvvəlcə alkoqol dehidrogenləşmə fermenti etanolu asetaldehidə çevirir. Və sonra ferment asetaldehidi sirkə turşusuna çevirir. Düzgün qəlyanaltı bu fermentlərin ifrazına kömək edə, həm də spirtin qana daxil olmasını ləngidə bilər.
Yeni il masasını olivye salatı olmadan təsəvvür etmək çətindir. Belə bir salatı hansı şərabla birlikdə yemək lazımdır? Bu, onun hazırlanması və təqdimatından asılıdır. Salat toyuğun döş əti, zeytun yağı, az yağlı xama və ya qatıqla hazırlanıbsa, ağ şərabla əla qəlyanaltı olacaq. Əgər salata mayonez, turşu, göbələk, ət və digər yağlı qidalar əlavə ediriksə, onda bu məzə qırmızı şərab və ya araqla yaxşı həzm olunacaq".
Dietoloq "Quru şərablar ət qəlyanaltıları ilə yaxşı gedir" ənənəvi fikri təsdiqləyir.
"Ət və yağ spirtin qana daxil olmasını yavaşladır. Quru şərab da öz növbəsində ətin həzm prosesinə kömək edir. Fakt budur ki, ət uzun müddət həzm olunur və çox miqdarda mədə şirəsi və duz turşusu tələb olunur. Bu halda quru qırmızı şərab sadəcə turşu əlavə edir, orta turşululuğu artırır və ətin həzm olunmasına kömək edir. Bundan əlavə, şərabın tərkibində ətdəki xolesterinin mənfi təsirlərini azaldan antioksidantlar var.
Ümumiyyətlə, quru şərablar bir çox məhsulla uzlaşır, odur ki, onlara məzə və qəlyanaltı seçmək o qədər də çətin deyil. Ağız dadına əsasən bu və ya digər qəlyanaltı şərabın dadını vurğulaya və ya əksinə onu əngəlləyə bilər. Quru ağ şərabın tamı daha neytraldır, odur ki, onunla kəskin dada malik olmayan, daha yumşaq qoxu və dada malik yeməklər uyğun gəlir. Onunla yağlı pendir, qaynadılmış və qızardılmış balıq, yaxud da ağ ət tövsiyə etmək olar. Quru qırmızı şərabları isə ən yaxşısı daha ədviyyatlı və kəskin qırmızı ətlə birləşdirin. Ədviyyatlı pendir də əla məzə ola bilər".
Limonla konyak dost ola bilməz
Dietoloq təzə tərəvəz, karides, dana, quş əti və ya balıqdan hazırlanan qəlyanaltıları klassik şampanla birlikdə istifadə etməyi məsləhət görür.
"Ancaq qızardılmış bifştek, quzu qabırğası və sarımsaq-soğan-mayonezdən hazırlanmış salatlar şampanın zərif dadını "öldürür". Həm kəmşirin, həm də şirin şampan üçün ən yaxşı məzə müxtəlif meyvə və çərəzlərdir. Yeri gəlmişkən, eyni məzələr şirin, kəmşirin şərab və likörlə də uyğundur. Nə qədər qəribə olsa da, konyak tünd şokolad kimi müxtəlif yüngül desertlərlə uyğun gəlir. Konyakın limonla birləşməsi tamamilə yanlışdır. Birincisi, bu sitrus meyvəsi "tam hüquqlu" bir məzə deyil və heç bir şəkildə konyakın qan dövranına daxil olma dərəcəsini azaltmır. İkincisi, limon əslində bu nəcib içkinin dadını boğur.
Ziyafət süfrələrində yer alan pivəyə gəldikdə, konsentrat duzlu və ədviyyatlı yeməklər ən yaxşı qəlyanaltı kimi verilir. Pivənin tündlüyü nə qədər yüksəkdirsə, qəlyanaltı daha kəskin və acı olmalıdır.
Araq + siyənək - təzə pomidor
Ekspertin sözlərinə görə, olivye və şuba salatlarına əlavə edilən siyənək balığı və donuz əti araqla əla qəlyanaltı olacaq:
"Xörək yağlıdırsa, araq mədənin həzm prosesinə kömək edəcək. Eyni zamanda, yağ mədədə spirtin qana tez keçməsinə imkan verməyən qoruyucu bir təbəqə yaradır. Beləliklə, sizi ağır sərxoşluqdan xilas edəcək.
Araqla birlikdə masadakı turşular da faydalıdır. Araq bədəndən duzları çıxarır. Pomidor, xiyar və kələm turşusu tarazlığı normallaşdırır. Yeri gəlmişkən, araq təzə pomidorla yola getmir. Pomidorda çox sayda üzvi turşu var. Etil spirti ilə birlikdə bu maddələrin təsiri o qədər artırılır ki, mədə mukozası çox qıcıqlanır. Nəticədə şişkinlik, ağırlıq hissi, narahatlıq yaranır.
Qeyd: Həkim dietoloq deyir ki, yağlı ət yeməkləri kəmşirin və şirin şərabla uyğun gəlmir. Ət və digər ağır qidalar uzun müddət mədədə qalır və mədə şirəsi ilə həzm olunur. Buraya şirin sular əlavə olunduqda mədədə mayalanma başlayır. Müvafiq xoşagəlməz nəticələrsə özünü çox gözlətməyəcək. Karbon qazı ilə doldurulmuş şirin şampan xüsusilə ciddi narahatlığa səbəb ola bilər. Xatırladaq ki, kardioloqlar təzyiq problemi olan insanları araq içməkdən çəkinməyə çağırırlar.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1346   Tarix: 28 dekabr 2019
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

30 dəqiqə seks 200, orqazm həddi isə 312 kilokalori yandırır – NORMAL ÇƏKİDƏ QALMAĞIN TƏBİİ YOLLARI

Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbi

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

turlar.az

sonxeber.az qis geyimləri 2024 qadin dunyasi adlarin menasi gozlerin bezedilmesi əlibala hacızadə yeni dogulmus korpeye lazim olan esyalar marqarita pizza kosmetika toy gecesı sac duzumleri klitor xerceng seksual