Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADI

Şampan, şərab, araq və pivəni hansı qəlyanaltılarla birləşdirmək lazımdır? - EKSPERT AÇIQLADIYeni il bayramı və tətil günləri çox yeyib-içmək üzrə uzanan marafon yarışına bənzəyir.
Milli.Az xəbər verir ki, sağlam qidalanma üzrə ekspert Elena Solomatina Yeni il masasında bir-biri ilə uyğun və uzlaşmayan spirtli içkilərlə məzə və qəlyanaltılardan danışıb.
Ekspert izah edir ki, spirtli içkilərin yanında təklif edilən məzə və qəlyanaltının iki əsas tələbi var. Birincisi, sürətli intoksikasiyanın qarşısını almalıdır. İkincisi, qəlyanaltı alkoqollu içkinin dadını və qoxusunu boğmamalıdır:
"Etil spirti - spirtli içkilərin tərkibindəki etanol qaraciyərdə parçalanır. Odur ki, alkoqol qaraciyərə daha çox zərər verir. Etanol müxtəlif fermentlərin işlədiyi iki mərhələdə parçalanır. Əvvəlcə alkoqol dehidrogenləşmə fermenti etanolu asetaldehidə çevirir. Və sonra ferment asetaldehidi sirkə turşusuna çevirir. Düzgün qəlyanaltı bu fermentlərin ifrazına kömək edə, həm də spirtin qana daxil olmasını ləngidə bilər.
Yeni il masasını olivye salatı olmadan təsəvvür etmək çətindir. Belə bir salatı hansı şərabla birlikdə yemək lazımdır? Bu, onun hazırlanması və təqdimatından asılıdır. Salat toyuğun döş əti, zeytun yağı, az yağlı xama və ya qatıqla hazırlanıbsa, ağ şərabla əla qəlyanaltı olacaq. Əgər salata mayonez, turşu, göbələk, ət və digər yağlı qidalar əlavə ediriksə, onda bu məzə qırmızı şərab və ya araqla yaxşı həzm olunacaq".
Dietoloq "Quru şərablar ət qəlyanaltıları ilə yaxşı gedir" ənənəvi fikri təsdiqləyir.
"Ət və yağ spirtin qana daxil olmasını yavaşladır. Quru şərab da öz növbəsində ətin həzm prosesinə kömək edir. Fakt budur ki, ət uzun müddət həzm olunur və çox miqdarda mədə şirəsi və duz turşusu tələb olunur. Bu halda quru qırmızı şərab sadəcə turşu əlavə edir, orta turşululuğu artırır və ətin həzm olunmasına kömək edir. Bundan əlavə, şərabın tərkibində ətdəki xolesterinin mənfi təsirlərini azaldan antioksidantlar var.
Ümumiyyətlə, quru şərablar bir çox məhsulla uzlaşır, odur ki, onlara məzə və qəlyanaltı seçmək o qədər də çətin deyil. Ağız dadına əsasən bu və ya digər qəlyanaltı şərabın dadını vurğulaya və ya əksinə onu əngəlləyə bilər. Quru ağ şərabın tamı daha neytraldır, odur ki, onunla kəskin dada malik olmayan, daha yumşaq qoxu və dada malik yeməklər uyğun gəlir. Onunla yağlı pendir, qaynadılmış və qızardılmış balıq, yaxud da ağ ət tövsiyə etmək olar. Quru qırmızı şərabları isə ən yaxşısı daha ədviyyatlı və kəskin qırmızı ətlə birləşdirin. Ədviyyatlı pendir də əla məzə ola bilər".
Limonla konyak dost ola bilməz
Dietoloq təzə tərəvəz, karides, dana, quş əti və ya balıqdan hazırlanan qəlyanaltıları klassik şampanla birlikdə istifadə etməyi məsləhət görür.
"Ancaq qızardılmış bifştek, quzu qabırğası və sarımsaq-soğan-mayonezdən hazırlanmış salatlar şampanın zərif dadını "öldürür". Həm kəmşirin, həm də şirin şampan üçün ən yaxşı məzə müxtəlif meyvə və çərəzlərdir. Yeri gəlmişkən, eyni məzələr şirin, kəmşirin şərab və likörlə də uyğundur. Nə qədər qəribə olsa da, konyak tünd şokolad kimi müxtəlif yüngül desertlərlə uyğun gəlir. Konyakın limonla birləşməsi tamamilə yanlışdır. Birincisi, bu sitrus meyvəsi "tam hüquqlu" bir məzə deyil və heç bir şəkildə konyakın qan dövranına daxil olma dərəcəsini azaltmır. İkincisi, limon əslində bu nəcib içkinin dadını boğur.
Ziyafət süfrələrində yer alan pivəyə gəldikdə, konsentrat duzlu və ədviyyatlı yeməklər ən yaxşı qəlyanaltı kimi verilir. Pivənin tündlüyü nə qədər yüksəkdirsə, qəlyanaltı daha kəskin və acı olmalıdır.
Araq + siyənək - təzə pomidor
Ekspertin sözlərinə görə, olivye və şuba salatlarına əlavə edilən siyənək balığı və donuz əti araqla əla qəlyanaltı olacaq:
"Xörək yağlıdırsa, araq mədənin həzm prosesinə kömək edəcək. Eyni zamanda, yağ mədədə spirtin qana tez keçməsinə imkan verməyən qoruyucu bir təbəqə yaradır. Beləliklə, sizi ağır sərxoşluqdan xilas edəcək.
Araqla birlikdə masadakı turşular da faydalıdır. Araq bədəndən duzları çıxarır. Pomidor, xiyar və kələm turşusu tarazlığı normallaşdırır. Yeri gəlmişkən, araq təzə pomidorla yola getmir. Pomidorda çox sayda üzvi turşu var. Etil spirti ilə birlikdə bu maddələrin təsiri o qədər artırılır ki, mədə mukozası çox qıcıqlanır. Nəticədə şişkinlik, ağırlıq hissi, narahatlıq yaranır.
Qeyd: Həkim dietoloq deyir ki, yağlı ət yeməkləri kəmşirin və şirin şərabla uyğun gəlmir. Ət və digər ağır qidalar uzun müddət mədədə qalır və mədə şirəsi ilə həzm olunur. Buraya şirin sular əlavə olunduqda mədədə mayalanma başlayır. Müvafiq xoşagəlməz nəticələrsə özünü çox gözlətməyəcək. Karbon qazı ilə doldurulmuş şirin şampan xüsusilə ciddi narahatlığa səbəb ola bilər. Xatırladaq ki, kardioloqlar təzyiq problemi olan insanları araq içməkdən çəkinməyə çağırırlar. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 4522   Tarix: 30 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər həyəcan təbili çalır: "İnfeksional xəstəliklər öldürür"

Son günlər qızdırmadan ölənlərin sayı artıb. Həmçinin azyaşlılar arasında geniş yayılan qızılca səbəbindən bir neçə uşaq baş verən virus və bakterial infeksiyanın ağırlaşmasına görə həyatını itirib.  Baku TV-yə istinadə

.

Uşağınızda öz fikrini formalaşdırmağın YOLLARI

Bəzən yetkin insanların bir çox məsələlərdə şəxsi rəyi olmur və özünü müdafiə edə bilmir. Məsələ burasındadır ki, bu xüsusiyyət gənc yaşda formalaşır.   -a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, valideynlər müstəqi

.

Gündə nə qədər "arı çörəyi" yemək olar? – Doğru istifadə qaydası

Arı məhsulları dedikdə ağla bal, polen, arı südü, propolis, arı zəhəri, apilarnil və arı çörəyi gəlir. Bunların hamısı apiterapevtikdir. Elm adamları son illərdə bu məhsullarla bağlı geniş tədqiqatlar aparırlar.   -a istinadən xəbə

.

Qeyri-sabit hava orqanizmə bu cür təsir edir – Həkim

Havanın qeyri-sabit keçməsi təkcə virusların fəallaşmasına yox, temperatur balansının pozulmasına gətirib çıxara bilər. Çox vaxt insanlar buna görə xəstələnirlər. xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, həkim-cərra

.

Bu vərdiş diabet riskini azaldır

Alimlər deyirlər ki, sadə yemək vərdişi diabet riskini azaltmağa kömək edir.   -a istinadən bildirir ki, düzgün pəhriz şəkər səviyyənizi nəzarət altına almağa kömək edəcək. Son elmi araşdırmalar müəyyən bir pəhrizin diabe

.

Həftədə neçə dəfə makaron yemək olar?

Makaronlar sağlam pəhrizin tərkibində ola bilər. Bir şərtlə ki, makaron bərk buğda növündən olsun. "Medicina"ya istinadən xəbər verir ki, dietoloq Uitni Linzenmeyer faydalı pasta və makarondan qaçmamağı tövsiy

.

Saç boyaları süd vəzi xərçəngi yaradır?

Saçları davamlı olaraq rəngləyən şəxslərdə döş xərçənginə tutulma riski digərlərinə nisbətən 9 dəfə çoxdur.   -a istinadən xəbər verir ki, elmi araşdırmada 46 min 709 qadın iştirak edib. Tədqiqatlarda Afrika əsilli amerikal

.

Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır. Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığın

.

Satışda saxta gigiyenik vasitələr var: Necə tanımaq olar?

Ölkədə bir müddətdir ki, saxta gigiyenik vasitələr və kimyəvi məhsullar istehsal edən sex aşkar edilib. Bu isə bazarda satılan gigiyenik və yuyucu vasitələrin orijinallığı məsələsini gündəmə gətirib. Beləliklə, müştərilə

turlar.az

sonxeber.az qadin dunyasi toy makiyajlari qaşların formalari quymaq resepti ürək damar və qan sistemi kicik biznes qurmagin yollari kəpək kosmetika rəksanə burclerin uygunlugu seksi bahar şebnem tovuzlu