Şərbətli dilbər dodağı – FƏRQLİ RESEPT

Şərbətli dilbər dodağı – FƏRQLİ RESEPTŞirniyyatı hər birimiz sevirik. Xüsusilə də evdə hazırladığımız şirniyyatların ətri, dadı sanki bir başqa olur. Ailem.az sizə ağız dadınızı dəyişdirəcək fərqli və ləzzətli şirniyyat resepti təqdim edir.

Şərbətli dilbər dodağı

5 stəkan un
2 yumurta
1 stəkan qatıq
1 stəkan duru yağ
1 xörək qaşığı sirkə
1 qabartma tozu
1 çay qaşığı duz
İri doğranmış qoz
Xəmiri asan açmaq üçün qarğıdalı nişastası

Üzəri üçün lazım olanlar:

100 qr kərə yağı
2 xörək qaşığı duru yağ

Şərbəti üçün:

4 stəkan şəkər tozu
4 stəkan su
Yarım limon suyu

Şərbətin hazırlanması:

QEYD: Bildirək ki, bu resepti hazırlayarkən şərbətin soyumasını gözləyəcəyiniz üçün onu əvvəlcədən hazırlamağınız məsləhətdir.

Dərin bir qazana su və şəkər əlavə edərək qaynadın. Təxminən 5 dəqiqə qaynatdıqdan sonra üzərinə limon suyu tökün və qazın odunu azaldaraq 20 dəqiqə daha qaynadın.
Şərbət mət hala gəldikdə ocaqdan götürün və soyumağa qoyun.

Xəmirin hazırlanması:

Yumurta, yağ, sirkə və duzu bir qabda qarışdırın. Ardından un və qabartma tozunu əlavə edin. Ələ yapışmayan yumşaq bir xəmir halına gəlincə iki bərabər hissəyə bölün və hər parçadan 12 kiçik kündə hazırlayın. Hazırladığınız kündələri unlu bir sininin üzərinə düzün və təxminən bir saatsaxlayın.

İlk 12 kündəni tək-tək, altına və üstünə nişasta səpərək yayın.

Yaydığınız kündələri aralarına yenə nişasta səpərək üst-üstə düzün və 4 mm qalınlığında tək bir yuxa halına gəlincəyə qədər təkrar yayın. Digər 12 kündəyə də eyni prosesi tətbiq edin.

Yaydığınız yuxaları yuvarlaq bir qəliblə kəsin. İstəsəniz, stəkandan da istifadə edə bilərsiniz.

Kəsdiyiniz dairələrin arasına iri doğranmış qozu qoyun və bağlayaraq soba qabına yığın.

Kərə yağı və duru yağı kiçik bir tavaya əlavə edərək əridin. Daha sonra soba qabına yığdığınız şirniyyatların üzərinə sürtün. 190 dərəcəlik sobada qızarana qədər bişirin. Bişən şirniyyatların üzərinə soyumuş şərbəti tökün. Dilbər dodağı şirniyyatı şərbəti çəkdikdən sonra üzərinə qoz əlavə edə bilərsiniz.

Mətbəx     Baxılıb: 3918   Tarix: 10 dekabr 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bulqur salatı (Kısır)

Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərin

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Keçi pendirli armud salatı

Lazım olan ərzaqlar. 50 qr keçi pendiri. 2 ədəd armud. 2 dəstə kahı. 2-3 xörək qaşığı xırdalanmış qoz. 2 çay qaşığı bal. 1 xörək qaşığı zeytun yağı. Limon şirəsi. Hazırlanması :. İlk əvvəl qrmudu fal-fal doğrayın. Zeytu

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Gül kələmi pendirlə

Gül kələmi ən faydalı tərəvəzlərdən biridir. Təəssüf ki, bizdə bu tərəvəzdən az istifadə olunur. Bu gün biz sizə çox dadlı və faydalı yemək reseptini təqdim edirik - gül kələmi pendirlə. Lazım olan məhsullar:. - gül kələm

turlar.az

sonxeber.az geymler 2024 makiyaj instagram kosmetika mehsullari qadin dunyasi sizanaqlara qarsi resept üz və bədənə qulluq metbex kosmetika hüzeyir hacibəyov uzeyir hacibeyli sperma bakire zehmet ve zinet