Seroloji tədqiqatlar strategiyamızın müəyyən olunmasına kömək olacaq – Həkim

Seroloji tədqiqatlar strategiyamızın müəyyən olunmasına kömək olacaq – Həkim"Seroloji testlərin əhali arasında təsadüfilik prinsipinə əsasən aparılması layihəsinə start verilib. Artıq bazar ertəsindən etibarən proqram vasitəsilə seçilən şəxslərə zənglər olunur və layihədə iştirak üçün dəvət edilir".
Bunu Publika.az-a danışan həkim-infeksionist Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, bu testlərin keçirilməsində əsas məqsəd əhalinin öz immun statusları haqqında məlumat əldə etməsidir: "Mənə bir sıra şəxslər müraciət edərək bilmək istəyiblər ki, bu xəstəliyi keçirib sağalıblarmı, yoxsa virusa qarşı hələ də həssasdırlar. Ona görə də analizlər keçirildiyi zaman insanların hələ də yoluxma ehtimalının olub-olmadığı müəyyən olunacaq. Çünki xəstəlik 81 faiz halda ya yüngül simptomla keçir, ya da ümumiyyətlə simptomsuz olur. İndiyə qədər bununla bağlı müraciət etmiş şəxslər olub ki, onlar ödənişli əsaslarla özəl laboratoriyalarda analizlər veriblər və onlarda koronavirus seroloji testi müsbət olub. Bu, o deməkdir ki, onların qanında yeni növ koronavirusa qarşı artıq immun cisimciklər yaranıb. Hansı ki, bu şəxslər bildirirlər ki, qızdırmaları və digər simptomları olmayıb. Onlar xəstəliyi nə zaman keçirdiklərindən də xəbərsizdirlər. Bu baxımdan seroloji testlərin keçirilməsi müsbət haldır".
N.Mustafayeva qeyd edib ki, analizlər zamanı əlavə olaraq 26 parametrdən ibarət qanın ümümi analizi də həmin şəxslərə ödənişsiz şəkildə həyata keçirilə bilər: "Bu da eyni müayinəyə daxildir. Bir sıra inkişaf etmiş ölkələr artıq bu layihəni keçiriblər. Məsələn, Türkiyə, Çin, Almaniya, İsveçrə kimi ölkələrdə bu proses artıq həyata keçirilib və müəyyən nəticələr də əldə olunub. Seroloji tədqiqatlar növbəti dövr ərzində strategiyamızın müəyyən olunmasına kömək olacaq. Öyrənilməlidir ki, əhalinin hansı hissəsi bu virusu keçirib, yoxsa insanlar bu virusa qarşı hələ də həssasdır. Bu, çox vacibdir".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 1467   Tarix: 19 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Psixoloq: Gecə sindromu var, qadınlar danışdıqları oğlana çılpaq fotolar göndərir

Uzun müddətdir ki, insanlar dostluq və sevgi münasibətlərini virtual arenada qurmağa üstünlük verir. Günü-gündən artan və bəzən insanların həyatı bahasına başa gələn şantaj halları elə məhz sosial şəbəkə üzərindən edilə

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Cinsi həyatı zəifləyən evlilər üçün - Tövsiyələr

Evlilikdən bir neçə il sonra cütlüklər cinsi münasibətdə problem yarandığının fərqinə varır. Bunun səbəblərini araşdırmadan bir-birini günahlandıranlar da olur, aşkar və ya gizli çıxış yolu, məsləhət axtaranlar da. "Medicina"

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim və ayaqqabılar yaz geyimleri 2024 faydalı məsləhətlər hakışta zirinc faydalari allergik xəstəliklər kosmetika hüzeyir hacibəyov qadin saglamlig lakonizim qoğalın nağlı tapmacalar