Sinə dikləşdirməsi haqqında bunları bilməlisiniz

Sinə dikləşdirməsi haqqında bunları bilməlisinizSinələr nə üçün sallanır?

Qadınlarda yaşın irəliləməsi, hormonal problemlərin yaşanması, doğumdan sonra körpə əmizdirmək, sürətli kilo alıb vermək və daha bir çox səbəbdən ötəri sinələrində sallanmalar meydana gələr. Bundan əlavə bəzi qadınlarda doğuşdan sinələri daşıyan bağların zəif olması ilə əlaqədar onlarda çox erkən yaşlarda sinələrində sallanma müşahidə edilir.

Əməliyyat olmadan sallanmış sinələr dikləşdirilə bilərmi?

Qətiliklə xeyr. Əməliyyat xaricində sinələri yığacaq və dikləşdirəcək heç bir üsul yoxdur. Dükanlarda bəzi sinə dikləşdirici adı altında kremlər satılmaqdadır, ancaq təsirli deyil. Sinənizi idman məşqləri ilə bir az dikləşdirə bilərsiniz. Mütəmadi idmanla məşğul olsanız sinənizin əzələləri yığılır və bir az da olsa normal görünüş əldə edə bilərsiniz.

Estetik sinə dikləşdirmə əməliyyatında iz qalırmı?

Çox kiçik bir kəsik izi olsa da mütləq iz qalacaq. Hələ iz buraxmayan bir əməliyyat növü yoxdur. Bu əməliyyat izi çox kiçik olduğundan müəyyən zaman müddətində rəngi solğunlaşacaq və çox bilinməyəcək. Əslində estetik sinə dikləşdirmə əməliyyatında sinə ətrafınızın böyüklüyü və sinələrinizin sallanması əməliyyat izi ölçüsünü təyin edən ən böyük faktordur.

Sinə dikləşdirməsi haqqında bunları bilməlisinizSinə dikləşdirmə əməliyyatından sonra körpə əmizdirilə bilərmi?

Əslində bəli, əmizdirin. Ancaq sinə dikləşdirmə əməliyyatından sonra körpə əmizdirərkən sinələrinizi bir az daha fərqli bir hərəkətlə tutaraq əmizdirməyə çalışsanız probleminiz olmaz.

Yəni döş ucunu qaldıraraq əmizdirə bilərsiniz.

Sinələri böyütmək üçün taxılan silikonlar sallanan sinələri dikləşdirə bilərmi?

Silikon protezlərinin əsl və yeganə məqsədi sinələri böyütməkdir. Bu səbəblə sallanan sinələrə silikon taxdırsanız belə sinə ucu yenə də aşağıda olacağı üçün çox da faydası olmayacaq.

Döş dikləşdirmə əməliyyatından sonra nə kimi hallar yaşanır?

Əməliyyatdan sonra ilk 4 gün bir az ağrı və sızıltı hiss edəcəksiniz, amma narahat olmayın, həkiminiz bu ağrılarınızı keçirəcək müəyyən ağrı kəsici dərmanlar verəcək. Döş dikləşdirmə əməliyyatından sonra 1 həftə evdə istirahət etməlisiniz. Bu bir həftə içərsində sinələrinizi məcbur edəcək hərəkətlər etməməyə, qollarınızı yanlara və yuxarıya doğru çox açmamağa, yerdən ağır bir şey qaldırmamağa diqqət etməlisiniz.

Döş dikləşdirmə əməliyyatı üçün qeydlər:

• Döş dikləşdirmə əməliyyatı 1 - 2 saat davam edir.

• Sinə dikləşdirmə əməliyyatından sonra eyni gün xəstəxanadan evə buraxıla bilərsiniz.

• Sinə dikləşdirmə əməliyyatından sonra ilk 10 gün içində bənövşəyilik və şişliklər ola bilər.

• Əməliyyatdan 4 gün sonra sarğını aça bilərsiniz.

Sağlamlıq   Baxılıb: 5905   Tarix: 26 fevral 2016  
f Paylaş

DİGƏR XƏBƏRLƏR

mp3 yukle
Mp3 yukle sayti