Sıravi oxucu ilə hazırlıqlı oxucu arasındakı 16 fərq

Sıravi oxucu ilə hazırlıqlı oxucu arasındakı 16 fərqSıravi oxucu ilə hazırlıqlı oxucu arasındakı 16 fərqi təqdim edirik.

1. Sıravi oxucu bir kitabı ikinci dəfə oxumağı vaxt itkisi hesab edir, amma əsl kitab oxuyan adam bir kitabı çox rahat şəkildə ikinci dəfə oxuya bilər. Bəzən bu rəqəm arta da bilər.

2. Sıravi oxucu kitabxanasını sadəcə yaxşı görünmək üçün doldurur, əsl oxucu yaxşı kitab arxivi yaradır.

3. Sıravi oxucu filmi çəkilmiş hansısa romanın özünə deyil, filmə üstünlük verir, hazırlıqlı oxucu isə çox vaxt romanın özünə üstünlük verir.

4. Sıravi oxucu kitabın səhifələri azaldıqca sevinib tez-bazar qurtarmaq istəyir, hazırlıqlı oxucu isə kitab xoşuna gəlibsə, bitməsini istəmir.

5. Sıravi oxucu kitaba dalıb 4-5 səhifə boyunca oxuduğunu başa düşməsə də davam edir, amma hazırlıqlı oxucu geriyə qayıdıb başa düşmədiyi yerləri təkrar oxuyur.

6. Sıravi oxucu kitabın müəllifinin sadəcə adını eşidib, hazırlıqlı oxucu isə yazıçının həyat və yaradıcılığı haqda məlumatlıdır, digər əsərlərini də oxuyub.

7. Sıravi oxucu kitab oxuyanda diqqəti tez-tez dağılsa da, hazırlıqlı oxucu kitaba elə qapılır ki, hətta onu çağıranda da eşitmir bəzən.

8. Sıravi oxucu dostundan aldığı kitabı aylarla oxuyub qurtarmır, hazırlıqlı oxucu isə bir neçə günə kitabı sahibinə qaytarır.

9. Sıravi oxucu ona hədiyyə olaraq kitab veriləndə çox da məmnun qalmır, amma hazırlıqlı oxucu ona kitab hədiyyə ediləndə sevindiyindən uçur.

10. Sıravi oxucuya qalın kitablar qorxulu gəlir, əsl oxucu isə belə kitabları tərəddüd etmədən oxumağa başlayır.

11. Sıravi oxucu dincəlməyə gedərkən çantasına yerləşməyən kitabları evdə saxlayır, amma ciddi oxucu kitablara görə bəzi paltarlarını evdə saxlamağa razı olur.

12. Sıravi oxucu bekar qalanda kitab oxuyur, əsl kitabsevər isə hər yerdə, hər fürsətdə, hər zaman kitab oxuyur...

13. Sıravi oxucu kinosu, serialı çıxdıqdan sonra həmin kitabdan xəbərdar olur, əsl oxucu isə həmin kitabı çoxdan oxuyub.

14. Sıravi oxucunun kitablarının çoxu kitab marketlərindən alınıbsa, əsl kitab oxucusunun kitabları bukinistdən alınıb.

15. Sıravi oxucu artıq pulu olduğuna görə kitab alır, hazırlıqlı oxucu isə cibindəki son qəpiyi də kitaba xərcləyir.

16. Sıravi oxucu bəzən sırf üz qabığı xoşuna gəldiyinə görə hansısa kitabı alır, əsl kitabsevər üçünsə üz qabığının fərqi yoxdur.

Ailə və Uşaq     Baxılıb: 1988   Tarix: 31 yanvar 2015
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Oyuncaqlı uşaq menyuları tələsinə ALDANMAYIN

Mütəxəssislər fast food şəbəkələrinin uşaqları qida dükanlarına daxil etmək üçün həyata keçirdiyi "oyuncaqlı uşaq menyusu" tələsi ilə bağlı valideynlərə xəbərdarlıq ediblər. Türkiyəli prof. Dr. Ali Kağan Gökak bununl

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Hamiləlikdə HEPATİT B təhlükəsi

Hepatit B virusu nədir?. Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır. Hepatit B virusu hepadnavirus ailəsinə aiddir. İnfeksiyalı insanlarda virus aşkar olunur:. Qanda. Tüpürcəkdə. Tərdə. Göz yaşı mayesində. Ana südündə

.

Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərin

.

Dinimizə görə süni mayalanma ilə dünyaya uşaq gətirmək günahdır? - Rəy

Milli Məclisin iyunun 13-də keçirilən iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycanda sonsuzluq hallarının sayının gün keçdikcə artdığını diqqətə çatdırıb. Millət vəkili "Reproduktiv sağlamlıq haqqında"

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

turlar.az

sonxeber.az reseptler həkim məsləhəti toy gecesi cennet almasi pilinqin hazirlanmasi əlibala hacızadə gavali haqqinda kosmetika qizlar statuslar atalar sözü birlik haqqinda salam