ŞOK ! Kişilər hamilə qalmamaq üçün həblərdən istifadə edəcək

ŞOK ! Kişilər hamilə qalmamaq üçün həblərdən istifadə edəcəkİngiltərəli elm adamları cütlüklərin cinsi həyatı ilə bağlı yeniliyə imza atıblar. Onlar spermanın aktivliyini dayandırmağın çarəsini tapıblar. Bu isə tibbi inqilablardan biri hesab edilir. Artıq kişilər də doğuş həbləri istifadə edə biləcəklər.

Aile.lent.az xarici mediaya istinadən kişi doğuş həbləri haqda yazını təqdim edir.

Araşdırma qrupuna başçılıq edən professor John Houel deyib ki, kişilər həbləri cinsi əlaqədən əvvəl qəbul edəcək. Nəticədə həb sayəsində qadın hamilə qalmayacaq: "Həb 5 dəqiqə ərzində dərhal təsirini göstərir. Hazırda həblərin yaradılması üzərində işlər davam edir. Kişi doğuş həblərinin 2021-ci ildə bazara çıxarılacağı gözlənilir. Bir çox ölkələrdə hər 4 qadından 1-i öz istəyi xaricində hamilə qalır. Bu üsul qadınları arzuolunmaz hamiləlikdən qoruyacaq".

Mütəxəssis bildirir ki, ümumiyyətlə, doğuş həbləri uşaq sahibi olmamaq mənasını vermir, üstəlik, ana-körpə sağlamlığı baxımından çox əhəmiyyətlidir. Doğuş həbləri plansız reallaşan hamiləliklərdə riskləri azaldır və ailənin xoşbəxtliyi üçün vacibdir. Yeni nəsil doğuş həbləri isə günü-gündən təkmilləşdirilir: "Qadınların doğuş həbləri ilə bağlı yanlış anlayışları olduğundan onu qəbul etmək istəmirlər. Yeni nəsil doğuş həblərində estrogen dozaları azaldılıb, sızanaq və tüklənməni aradan qaldırır, dərini gözəlləşdirən maddələrlə zənginləşdirilir. Çəki artırmayan, şiş azaldan yeni nəsil doğuş həbləri artıq bazara təqdim olunub. Bu həbi 28 gün davamlı istifadə edən qadın hamilə qalmır".

Mütəxəssislər daha da əhəmiyyətli məqama toxunublar. Onlar bildirirlər ki, qadın doğuş həbləri doğru və nizamlı istifadə edildikdə həyat keyfiyyətini və ömrü uzadır. Son aparılan araşdırmalar sübut edib ki, doğuş həbləri ümumi xərçəng riski və bütün səbəblərə bağlı ölümlərdə 10 faiz azalma təmin edir. İngiltərədə Oksford Universiteti tərəfindən həyata keçirilən və The Lancet Oncology tərəfindən aparılan tədqiqat isə doğuş həblərinin faydalarını bu cür sıralayıb:

* Yumurtalıq və uşaqlıq xərçəngi riskini 50-60 faiz azaldır
* Menstruasiya dövrünü tənzimləyir
* Menstruasiya qanaması miqdarını azaldır
* Menstruasiya əvvəli gərginliyi aradan qaldırır
* Menstruasiya ağrılarını azaldır
* Aknelərə yaxşı təsir edir
* Tüklənməni azaldır
* Dəri və saç gözəlliyini təmin edir
* Pelvik inflamatuar xəstəliyinə qarşı qoruyur
* Over kistaları və miomanı azaldır
* Xoşxassəli döş xərçəngi riskini azaldır
* Uşaqlıqdankənar hamiləliyə mane olur
* Şiş azaldıcı təsir göstərir
* Sümük möhkəmliyini artırır, sümük əriməsini azaldır
* Yumurtalıq kistaları və döşlərdəki fibrokistik xəstəliklərin qarşısını alır

Ailə və Uşaq     Baxılıb: 3438   Tarix: 26 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Hamiləlik zamanı mərhələli müayinələr - NƏLƏR EDİLMƏLİDİR?

Hamiləlik (lat.graviditas) – qadının reproduktiv orqaninda embrion və ya dölün inkişafı  ilə gedən xüsusi bir haldır. Hamiləlik qadın və kişi cinsi hüceyrələrinin uşaqlıq borularında mayalanıb 46 xromosomdan təşkil olunmu

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Uşaq bezləri virus yayır – Valideynlərin NƏZƏRİNƏ

 . Uşaq bezləri məlum olmayan yeni viruslar yayır. "Nature Microbiology" jurnalında bununla bağlı məqalə dərc edilib. Məlumata görə, beynəlxalq tədqiqat qrupu körpə nəcisində 10 00 yeni virus aşkar etdiyini bildirib

.

Şiddət görən uşaqların inkişaf problemi: 1 şillə belə təsir edir

Yeni bir araşdırma uşaqları döyməyin beyin inkişafına təsirini aydınlaşdırıb. Bir çox valideynlər mübahisə edə bilər ki, səhv bir şeyi təkrarlamamaq üçün uşağına yüngül bir şillə vurulmalıdır. Ancaq bu valideynlər bilməlidirlə

.

Ana südünü artıracaq təbii qidalar

Bu gün ana südünü artıran qidalar barədə danışmaq və süd verən analara nələr yeməli olduqlarına dair tövsiyələr vermək istəyirik. Əmizdirmə dövrü analar üçün  hər nə qədər stresli bir dövr olsa da bilirik ki, əmizdirmə körpəni

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

turlar.az

sonxeber.az donlar 2024 yemek reseptleri qadin dunyasi sizanaqlara qarsi uz maskalari valideyn ovlad munasibetleri payiz geyimleri dəri xəstəlikləri kosmetika terezi qiz evi ucun pehriz dovsan vətənə aid bayatı