Şokoladlı bananlı keks

Şokoladlı bananlı keksƏrzaqlar

1 3/4 stəkan (245 q) un
1/4 stəkan (30 q) tünd kakao tozu
1 stəkan (250 q) şəkər tozu
1 çay qaşığı baking powder (səhf etmirəmsə, rusca buna pekarskiy poroşok deyirlər.Türkcə isə kabartma tozu.Marketlərdən əldə etmək olar)
1/4 çay qaşığı soda
1/4 çay qaşığı duz
bir çimdik vanil tozu
3 yetişmiş banan (təxminən 454 qram), yaxşıca əzilmiş (təxminən 1 1/2 stəkan banan püresi əldə edəcəksiniz)
2 böyük yumurta, yüngülvari mikserlə və ya qaşıqla çalınmış
1/2 stəkan (120 q) qazın üzərində və ya mikrodalğalı sobada əridilmiş (bildiyiniz ərinmiş yağ deyil) və soyudulmuş kərə yağı
1/2 stəkan (55 q) xırda (noxud boyda) doğranmış qoz
1/2 stəkan (85 q) xırda (noxud boyda) doğranmiş tünd plitka şokolad

1. Sobanı 180˚C-dək qızdırın.

2. 23 X 13 X 8 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın.

3. Böyük bir qabda un, kakao tozu, şəkər tozu, baking powder (bax: qeyd), soda, duz və vanil tozunu qaşıqla qarışdırın.

4. Başqa qabda əzilmiş banan, yumurta və yağı qaşıqla qarışdırın. Sonra isə bananlı qarışığı unlu qarışığa əlavə edib qarışdırın. Əldə etdiyiniz kütlə nə çox qatı, nə də ki çox duru olmalıdır. Şəkildə gördüyünüz kimi. Buna qoz və şokoladı da əlavə edib qaşıqla qarışdırın.

5. Alınan kütləni yağlanmış keks formasına tökün. Sobanın orta yerində 55-60 dəqiqə ərzində bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ tortunuz hazırdır. Keks öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. İstəyən keksin üzərinə şəkər nişastası səpə və yaxud da shokoladlı qlazur yaya bilər. Bu keks isti-isti də çox ləzzətli olur. Nuş Olsun!

Mətbəx     Baxılıb: 3010   Tarix: 18 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Cinnabon – Darçınlı bulka resepti

Hamının sevdiyi darçınlı bulkaların adı bütün dünyada məşhur olan Cinnabon şirkəti ilə əlaqəlidir. Cinnabon – "cinnamon" ingilis dilindən darçın, "bone" – latın dilindən yaxşı deməkdir. 1985-ci ildə at

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

turlar.az

sonxeber.az kosmetoloq yay geyimləri 2024 gelinlikler qrip xəstəliyi qizi ehtiraslandiran sozler qargidali salati kosmetologiya kosmetika qadin saglamlig bayatılar rus dilini öyrənək 2 ci dərs dieta sevgi